“Baffalo” – “Arizona” oyununun gedişində maraqlı hadisə baş verib.
"Football-plus.az" xəbər verir ki, “Baffalo”nun sabiq hücumçusu, hazırda komandanın oyunlarını şərh edən Rob Rey zədə alıb.
Epizodların birində şayba meydanı tərk edərək yaxınlıqda əyləşən, işlə məşğul olan Reyin sifətinə dəyib. Buna baxmayaraq, həkim burun körpüsündə qanaxmanı dayandıran kimi şərhçi işini davam etdirib:
“Sağlıq durumum qaydasındadı, sadəcə, qeydlərimdən istifadə edə bilmirəm, çünki hər şey qan içindədi. Adi adamı yəqin arenadan aparardılar”.
Rob 1990-2002-ci illər aralığında “Baffalo”nun şərəfini qoruyub. Cərimə dəqiqələrinin sayına (3189) görə klub rekordu ona məxsusdu.
Aylenders – Toronto 4:3 ОТ (2:1, 1:1, 0:1, 1:0)
Baffalo – Arizona 5:2 (1:0, 3:1, 1:1)
Dallas – Detroyt 6:3 (2:1, 2:1, 2:1)
Kolorado – Kalqari 6:5 (1:1, 2:4, 3:0)
Ottava – Karolina 3:7 (1:4, 2:0, 0:3)
Pittsburq – Arziona 4:2 (2:2, 0:0, 2:0)
Reyncers – Toronto 3:7 (1:4, 2:0, 0:3)
Neşvill – Filadelfiya 3:2 ОТ (1:0, 1:1, 0:1, 1:0)
Sent-Luis – Detroyt 4:6 (1:2, 3:1, 0:3)
Vankuver – Tampa-Bey 4:1 (1:1, 2:0, 1:0)
Veqas – Kalqari 5:4 ОТ (1:1, 1:2, 2:1, 1:0)
Sietl – Florida 4:0 (0:0, 1:0, 3:0)
Edmonton – Çikaqo 4:1 (2:1, 1:0, 1:0)
San-Xose – Vinnipeq 2:1 (1:1, 0:0, 1:0)