Karri: “Bu haqda danışmaqdan bezmişəm”

13.12.2023 19:51 173
İdman
“Qolden Steyt”in oyun qurucusu Stefen Karri komandasının cari mövsümdəki çıxışından narazıdı.

"Football-plus.az" xəbər verir ki, “Uorriorz” dekabrın 9-da overtaymda “Oklahoma-Siti”yə uduzdu.. Son 14 oyunun 10-da məğlubiyyətlə barışan komandanın lideri qəzəbini bu sözlərlə dilə gətirdi:
“Artıq məğlubiyyətlər haqda danışmağı dayandırmalı, bütün problemləri həll etməliyik. Əks halda yeni ilə də eyni problemlərlə başlayacağıq. Nəyisə etmək gücümüz daxilindədisə, etməliyik. Ciddi komanda olmaq istəyiriksə. Bu haqda danışmaqdan bezmişəm, iş görmək vaxtıdı”.


Cari mövsümdə ümidləri doğrultmayan komandalardan biri də “San-Antonio”du. “Spers” “Çikaqo”ya da uduzmaqla ardıcıl məğlubiyyətlərinin sayını 16-ya çatdırdı. Bu isə ötən mövsüm qeydə alınan klub antirekordunun təkrarlanmasıdı. Qreqq Popoviçin çalışdırdığı komanda 21 oyunun yalnız üçündə qələbə qazanıb.

9 dekabr
Şarlott – Toronto 119:116 (35:22, 31:32, 24:23, 29:39)
Orlando – Detroyt 123:91 (28:23, 30:21, 35:24, 30:23)
Filadelfiya 76 – Atlanta 125:114 (35:23, 27:45, 31:24, 32:22)
Boston – Nyu-York 133:123 (33:32, 41:33, 35:30, 24:28)
Bruklin – Vaşinqton 124:97 (26:18, 24:29, 40:24, 34:26)
Mayami – Klivlend 99:111 (25:17, 27:36, 23:35, 24:23)
Oklahoma-Siti – Qolden Steyt 138:136 OT (19:28, 37:34, 33:22, 29:34, 20:18)
Memfis – Minnesota 103:127 (31:33, 24:27, 24:38, 24:29)
San-Antonio – Çikaqo 112:121 (33:24, 30:28, 20:35, 29:34)
Denver – Hyuston 106:114 (22:27, 26:25, 26:40, 32:22)
Finiks – Sakramento 106:114 (26:24, 33:26, 12:33, 35:31)
Portlend – Dallas 112:125 (22:37, 38:34, 30:26, 22:28)
Yuta – Klippers 103:117 (26:32, 20:27, 29:29, 28:29)

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul