• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Hadisələrin axarı belə davam edərsə, “Qəbələ” premyer-liqadan düşə bilər”

Ölkə futbolu / Manşet

13-12-2023, 14:0

“Qəbələ” Misli premyer-liqasının 16-cı turunda “Kəpəz”ə böyük hesabla uduzmaqla turnir cədvəlinin sonuncu pilləsinə yuvarlandı. Bununla onsuz da ürəkaçan durumda olmayan komanda işini daha da çətinə saldı.

İndi futbol ictimaiyyətini maraqlandıran mövzulardan biri komandanın gələcək taleyidi. Görəsən, rəhbərlik vəziyyətdən çıxış yolu tapa biləcəkmi? Ümumiyyətlə, mümkün faciədən xilas olmaq üçün hansı addımlar atılmalıdı? Əlbəttə, faciə deyərkən “qırmızı-qaralar”ın 1-ci liqaya düşmək ehtimalını nəzərdə tuturuq. Bu və başqa məsələlərlə bağlı fikrini öyrənmək üçün təcrübəli mütəxəssis Aslan Kərimovla əlaqə saxladıq. O, öncə indiyə qədər yaşananların səbəbləri barədə danışdı:

“Ən azı qış fasiləsinə qədər olan dönəmdə “Qəbələ”nin durumu heç də ürəkaçan deyil. Bunun səbəblərindən biri kimi ölkə kubokunu qazanandan sonra heyətdəki “açar” oyunçuların satılması və ya tərk etməsi oldu. Bunlar İsnik Alimi, Rafael Utziq, Ramon Maçado və Ruan Renato idi. Belə deyim də: həm yarımmüdafiə, həm müdafiə, həm də hücum mövqelərinə baxanda görə bilərik ki, bu oyunçular komandanın onurğa sütunu idi. Elə Aliminin meydanın mərkəzindən oyunun istiqamətini istədiyi yerə yönəltməsi, Utziqin ən çətin oyunlarda kreativlik hesabına qollar vurması komandanın qələbə qazanmasında önəmli idi. Ruan Renaton indi “Zirə”nin mərkəz müdafiəçisidi, həqiqətən də çətin oyunlarda qapısının toxunulmaz saxlanılmasında böyük rol oynayır. Məncə, bu futbolçuların gedişi istər-istəməz böyük təsir edir. Düşünürəm ki, “Qəbələ”nin indi bu vəziyyətdə olması belə “açar” oyunçuların birdən-birə komandanı tərk etməsi ilə bağlıdı”.

Söhbətin davamında problemin həll yollarını axtardıq:

“Hadisələrin axarı belə davam edərsə, əlbəttə, “Qəbələ” premyer-liqadan düşə bilər. Amma hələ ki heç nə itirilməyib. Hesab edirəm ki, qış fasiləsi komanda üçün bir dönüş nöqtəsi ola bilər. Burda bəzi məqamlar var ki, onları dəyişə bilsələr, premyer-liqadan düşməmək yolunda onlara kömək edə bilər. Çünki istər-istəməz ən yaxın izləyicinə - “Kəpəz”ə də məğlub olursansa, düşmək ehtimalın artır. Hesab edirəm ki, belə vəziyyət istənilən komandanın başına gələ bilir. Bəzən Avropada da belə klublar oyunçularını satmağa məcbur olurlar. Səbəblər müxtəlifdi – iqtisadi də ola bilər, oyunçuların oynamaq istəməməsi də. Ancaq bizim komandalarla Avropa təmsilçiləri arasındakı fərq ondan ibarətdi ki, bizdə futbolçunu satıb pul qazanmaq, yenidən oyunçu almaq bir qədər çətindi. Hesab edirəm ki, “Qəbələ”də də bununla üzləşdilər. Əsas oyunçularını satıb, onların yerini doldura bilmədilər. Belə durumlarda klubun büdcəsi ilə bağlı əməlli-başlı iş görmək lazım gəlir. Qış fasiləsinə qədər belə davam etsə, hansısa yeni oyunçu almaq məcburiyyətində qalacaqlar. Bu dəqiqə “Qəbələ”nin oyununa baxası olsaq, düşünmürəm ki, komandanın ümumi oyun üslubu pisdi. Hətta “Qarabağ”a qarşı belə bəzən dominant oyun oynayırlar. Digər komandalarla da başa-baş oynayırlar, sadəcə, məğlub duruma düşürlər. Bunun da səbəblərindən biri müdafiədə “açar” oyunçularının olmamasıdı. İndiki mərkəz müdafiəçiləri ilə tez-tez qollar buraxırlar. Bəlkə qapıçı mövqeyi də ideal deyil. Ondan əlavə meydanın mərkəzində oyun qurucusu görünmür. Emil Səfərov çox yaxşı oyunçudur. “Qara at” kimi hər tərəfə işləyir, texnikası var, amma indiki dövr üçün daha bir təcrübəli futbolçuya ehtiyac var. Emil Səfərov, demək olar ki, komandanın yarısıdı, ancaq o, təcrübə baxımından İsnik Alimi deyil. Sosial mediada Emilin də komandadan gedəcəyi yazılır. O da gedəsi olsa, “Qəbələ”nin işi, ümumiyyətlə, həddən artıq çətinə düşəcək. Yəni onu nəzərdə tuturam ki, belə durumlara bütün komandalar düşə bilər. “Neftçi” də, elə “Qarabağ” özü də belə duruma düşüb. Mövsümə başlayanda baxırsan ki, satdığın oyunçularla aldığın oyunçuların keyfiyyəti uyğun gəlmir. Amma “Qarabağ”ın və ya “Neftçi”nin imkanları əl verir ki, tez zamanda yenidən başqa oyunçu alsınlar. “Qəbələ”də gördüyüm qədəri ilə bu baxımdan imkan məhduddu”.

Aslan bəy baş məşqçi Elmar Baxşıyevin istefa verib-verməməli olduğu haqda sualımızı isə belə cavabladı:

“Düşünürəm ki, istefa verməli deyil. Bu, Elmar Baxşıyevin buraxdığı səhv deyil. Deyəsən ki, idarəetməni bacarmır, məşqi pis keçir, oyunçuları oynada bilmir, komandada hərc-mərclik var, yəni belə şeyləri nəzərə alsaq, görərik ki, bu tərəfdən “Qəbələ” axsamır. Sadəcə, komanda xal toplaya bilmir. Çünki yetərincə keyfiyyətli oyunçulara malik deyillər. Amma oyun üslubları yaxşı səviyyədədi. Ona görə də Elmar Baxşıyevi dəyişməklə nələrisə dəyişə bilməyəcəklər. Bu mənim fikrimdi. Düzdü, çıxış yollarından biri komandaya “yeni qan”, yeni ad gətirməkdi. Bəzən görürsən ki, hansısa bir məşqçi dəyişikliyindən sonra komanda bir-iki oyunda qələbə qazanır. Amma bu uzunmüddətli bir şey deyil. Yenə də yeni gələn bir məşqçi yeni oyunçular almalıdı, yeni oyunçular gətirməlidi. Eyni şeyi Elmar Baxşıyev üçün edəsi olsalar, məncə, qara zolaqdan çıxa bilərlər. Hələ ki qabaqda uzun marafon var. Mənə elə gəlir ki, qış “transfer pəncərəsi”ndə seleksiyada bir balaca hərəkətli olsalar, bayaq dediyim kimi, əsas mərkəz müdafiəçisi və hücumların davamlılığını artırmaq üçün dayaq yarımmüdafiəçisi ala bilsələr, axırıncı pillədən qurtula biləcəklər”.

MİRKAMAL KAZIMZADƏ

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet / Yazarlar

20-11-2023, 20:0

“Qırmızı-qaralar" zirzəmidə: çıxış yolu varmı? - YAZI

Premyer-liqa

22-10-2022, 12:0

"Qəbələ"nin "Kəpəz"lə 22-ci sınağı

Premyer-liqa

22-06-2022, 21:0

"Qəbələ" onları razı saldı

Premyer-liqa / Manşet

8-08-2022, 18:0

"Qəbələ" qələbə ilə başladı - YENİLƏNİB

Premyer-liqa

30-11-2022, 20:0

Alimidən yubiley

Premyer-liqa

5-09-2022, 21:0

"Qəbələ"nin legionerindən yubiley

Aktual
“Heyət, infrastruktur cəhətdən bu komanda 11-ci olmağa layiq deyil”
“Məşq etmirik, oyundan-oyuna yığışırıq” - autsayderə uduzan baş məşqçidən açıqlama
“Qarabağ”la oyuna hazırlaşan “Sabah”da ciddi itki
1-ci liqa təmsilçiləri elitaya yüksəlsə, hansı stadionda oynayacaq?
“Sabah” “Bəhramov”a neçə azarkeşlə gələcək?
Kukseviçin qeyri-adi bəhanələri - rusiyalı mütəxəssis nə istəyir?
Son xəbərlər
  • Bu gün, 18:07
    “DH Volley” voleybol meydançası inşa etdi
  • Bu gün, 18:01
    “Barselona” çempionluğa doğru daha bir addım atdı - İCMAL
  • Bu gün, 17:14
    Hidayət Heydərov finalda uduzdu - AÇ
  • Bu gün, 17:08
    "Araz-Naxçıvan" "Turan Tovuz"a qarşı - YENİLƏNİR
  • Bu gün, 16:43
    Millimiz Gürcüstana da uduzdu
  • Bu gün, 16:23
    Çempionluq artıq MS üçün əlçatmaz deyil - İCMAL
  • Bu gün, 15:51
    "Araz-Naxçıvan" - "Turnəan Tovuz": START HEYƏTLƏRİ
  • Bu gün, 15:20
    “Bavariya” 54 illik rekordu sona 5 tur qalmış yenilədi! - İCMAL
  • Bu gün, 14:59
    “Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
  • Bu gün, 14:43
    Hidayət Heydərov 6-cı dəfə Avropa çempionatının finalında
  • Bu gün, 14:33
    “Heyət, infrastruktur cəhətdən bu komanda 11-ci olmağa layiq deyil”
  • Bu gün, 14:08
    “Dinamo” da xal itirdi, “Şaxtyor” da - İCMAL
  • Bu gün, 13:43
    Lənkəranda UEFA C kursu keçirildi
  • Bu gün, 13:25
    “Məşq etmirik, oyundan-oyuna yığışırıq” - autsayderə uduzan baş məşqçidən açıqlama
  • Bu gün, 13:10
    “Qarabağ”la oyuna hazırlaşan “Sabah”da ciddi itki
  • Bu gün, 12:57
    Hidayət Heydərov yarımfinalda - AÇ
  • Bu gün, 12:29
    "Qarabağ" azarkeşlərə müraciət etdi
  • Bu gün, 11:58
    Vernidubun uğuruna kölgə salan Abasov... – YAZI
  • Bu gün, 11:39
    AFFA-da növbəti seminar
  • Bu gün, 11:12
    Mahiri bu gün start heyətində görəcəyik?
  • Bu gün, 10:55
    Bu gün 1/4 finalın növbəti iki matçı keçiriləcək - ABL
  • Bu gün, 10:47
    1-ci liqa təmsilçiləri elitaya yüksəlsə, hansı stadionda oynayacaq?
  • Bu gün, 10:26
    Millimiz Gürcüstana qarşı
  • Bu gün, 10:06
    “Sabah” “Bəhramov”a neçə azarkeşlə gələcək?
  • Bu gün, 10:00
    Hidayət Heydərov mübarizəyə başlayır - AÇ
  • Bu gün, 09:49
    Ardanın “Şaxtyor”u yarımfinalda
  • Dünən, 23:31
    Kukseviçin qeyri-adi bəhanələri - rusiyalı mütəxəssis nə istəyir?
  • Dünən, 23:09
    Sabiq ulduzu ''Çelsi''ni yıxıb-sürüdü - ''Onların kim olduğunu bilmirəm''
  • Dünən, 22:56
    Yayda işini itirə bilər
  • Dünən, 21:55
    U-20-nin heyətində elita təcrübəsi olan bir futbolçu var
  • Dünən, 21:24
    İngiltərədən Almaniyaya üz tutmaq şansı var
  • Dünən, 20:53
    Yeni mövsümdə “Milan”a lazım olmayacaq
  • Dünən, 20:22
    PFL rəsmisindən AFFA ilə bağlanan müqavilə haqda açıqlama – şərtlər nədi?
  • Dünən, 19:52
    Levandovski “Barselona”da necə qala bilər?
  • Dünən, 19:21
    “Nyukasl”ı o da tərk edəcək?
Daha çox
Oxunub: 163
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 142
“Kəpəz” – “Neftçi” oyunu Gəncə şəhər stadionunda... – bir azca da döz, gəncəli!
Oxunub: 140
“Qarabağ” nigeriyalı futbolçuları yola saldı - klub yayda ciddi addım atacaq!
Oxunub: 129
"Qarabağ"ın "dirəy"i gedir! - Zubirin yeni klubu açıqlandı
Oxunub: 115
Tural Qurbanov da “özünü yandırdı” – səhvsiz FİFA referisi qalmadı...
Oxunub: 113
Qurban Qurbanov təslim oldu… - azarkeşlər bu cür sözlər eşitmək istəmir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə