• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bavariya” “böyük beşliy”in ən bəstəboy oyunçusunu transfer etdi!

Dünya futbolu

11-12-2023, 19:0

Avropa futbolunda mövsümlərarası “transfer pəncərəsi” hələ açılmasa da, indidən bir diqqətçəkən keçid baş tutub.

“Football-plus.az” xəbər verir ki, belə ki, “Bavariya” gözlənilmədən İspaniya çempionatının autsayderlərindən olan “Qranada”dan bir futbolçunu heyətinə qatıb. Söhbət Brayan Saraqosadan gedir. Bu transfer Münhen nəhənginə 15 milyon avroya başa gəlib və 22 yaşlı ispaniyalı vingerlə 2028-ci ilə qədər müqavilə imzalanıb. Keçid artıq açıqlansa da, Saraqosa rəsmi şəkildə yanvarda münhenlilərin oyunçusuna çevriləcək. Amma o, icarə əsasında “Qranada”da oynamaqda davam edəcək və yeni klubuna yalnız gələn ay qoşulacaq.

Sürətli yüksəliş
Müasir futbolun əsas insayderi Fabrisio Romanonun məlumatına görə, Almaniyanın digər iddialı klubu “Leyptsiq” də Saraqosaya göz dikmişdi. “Öküzlər” 14 milyon avro ödəməyə razı idilər. Amma onlar bu futbolçunun qışda heyətə cəlb olunmasını istəyirdilər. Keçidə məhz bu məqam mane oldu. Çünki həm Brayan özü, həm də “Qranada” rəhbərliyi onun mövsümü məhz İspaniyada tamamlamasını istəyirdilər. “Bavariya”nın idman direktoru Kristof Froynd indidən bu futbolçunun gəlişini səbirsizliklə gözləyir: “Brayan ən perspektivli ispaniyalı futbolçulardan biridi. Onu neçə müddət idi diqqətlə təqib edirdik. Ona bu mövsüm “Qranada”da uğurlar arzulayırıq. Mövsümün sonunu və bu futbolçunun sıralarımıza qatılmasını səbirsizliklə gözləyirik”.
Brayan Saraqosa 2001-ci ildə əhalisinin sayına görə İspaniyanın ən böyük 6-cı şəhəri olan Malaqada doğulub. Amma yerli komandanın akademiyası ona qapılarını açmadı. “Malaqa”dan başqa “Betis” və “Valyadolid” də bu futbolçuda potensial görmədi. Əsas problem onun fiziki göstəricilərinin zəif olmasında idi. Saraqosanın boyu cəmi 164 sm-di. O, hazırda “böyük beşliy”in ən bəstəboy futbolçusudu! Buna baxmayaraq, 18 yaşı olarkən “Qranada” vingerə qucaq açmağa razı oldu. O bəstəboy olmasını və hava toplarındakı zəif oyununu cəldliyi, sürəti, texnikası və ən əsası isə driblinqi ilə kompensasiya edir. Bu mövsüm Saraqosanın aktivində La Liqada 14 qarşılaşmada 5 qol və 2 məhsuldar ötürmə var. Düzdü, ilk baxışdan bunu möhtəşəm göstərici adlandırmaq çətindi. Amma unutmayaq ki, o, 19-ci pillədə qərarlaşan bir kollektivin şərəfini qoruyur və hazırda “Qranada”nın ən məhsuldar iki oyunçusundan biridi. Onun bu mövsümkü sürətli yüksəlişini bir qədər gözlənilməzlik də saymaq olar. Çünki “Qranada” ötən mövsüm sequndada çıxış edərkən Saraqosa əsas futbolçu sayılmırdı və iştirak etdiyi 34 oyunun cəmi 6-da start heyətində meydana çıxmışdı.

Driblinq ustası
Saraqosa bu mövsüm La Liqada açıq-ara fərqlə ən çox – 82 driblinq edən futbolçudu. Onun ən yaxın izləyicisi olan “Atletik”in vingeri Niko Uilyamsın 73 driblinqi var. O, uğurlu driblinqlərin sayına (40) görə də birinci pillədə qərarlaşıb. Qəhrəmanımız orta hesabla hər oyuna 2,9 driblinq edir. Düzdü, aktivində 30 uğurlu driblinq olan “Real”ın braziliyalı ulduzu Vinisiusun cari “futbol ili”ndə zədələrdən əziyyət çəkdiyini də qeyd etməliyik. AS nəşrinin köşə yazarı Alfredo Relanyo Saraqosa haqda bunları deyib: “İspaniya akademiyalarında adətən hərtərəfli inkişaf edən, taktiki və texniki cəhətdən güclü olan futbolçular yetişir. Məşqçilərin vəzifəsi həmin gənclərin çatışmayan cəhətlərini aradan qaldırmaqdı. Bu isə futbolçunun gözdən düşməsinə və ya ümumiyyətlə, komandadan ayrılmasına səbəb olur. Ona görə də bizdə kiçik yaşlarından istedadı ilə seçilən futbolçuların sayı azalıb. Sabit olaraq belə gənclər əsasən Braziliyada yetişir. Çünki orda yeniyetmələr mini-futbol oynayaraq özəlliklərini daha da inkişaf etdirirlər. Ronaldinyo və Vinisius da orda yetişib. Saraqosa uşaq futbolundan böyük futbola keçid edərkən öz tərzini qorumağı bacaran nadir oyunçulardandı. Bunun sayəsində biz sanki XXI əsrdə XX əsrdən olan bir futbolçu qazanmışıq”. Saraqosa özü də bu nəzəriyyəni təsdiqləyir: “Mən hər zaman topu ələ keçirən kimi qarşımdakı oyunçunu aldadıcı fəndlə keçməyə çalışıram. Topun arxasınca qaçmaq və ya digər şeylər mənlik deyil. Mənim oyunum driblinq üzərində qurulub. Uşaq yaşlarımda səhərdən axşama qədər məhəllə futbolunda oynayırdım. Bu oyun tərzi də məndə həmin illərdən formalaşıb. Bəzən meydanda özümü hələ də öz rayonumuzda oynayırmış kimi hiss edirəm”. Saraqosanın kumirləri də təbii ki, driblinq ustalarıdı: “Hər zaman Messini və onun topla hərəkətlərini böyük diqqətlə izləyirdim. Neymarın oyununu da bəyənirdim. Son dönəmlərdə isə oyununu ən çox izlədiyim futbolçu Vinisiusdu”.

“Barselona”ya qarşı dubl
“Qranada”nın baş məşqçisi Pako Lopesi də dinləmək yerinə düşər: “Brayan kimi inkişafa meyl edən futbolçular azdı. Bütün oyunçular oynamaq, start heyətində meydana çıxmaq və 90 dəqiqə meydanda qalmaq istəyirlər. Amma Saraqosa gözəl başa düşür ki, uğur təkcə meydanda keçirdiyin dəqiqələrin çox olması sayəsində qazanılmır. O, özünü hər məşqə həsr edir və hər gün daha da güclü olmağa çalışır. Yaşı az olsa da, indidən karyerasında yüksəlişlər və enişlər olub. Amma Saraqosa həqiqətən mükəmməl futbolçudu”. Əsasən solda qərarlaşmasına baxmayaraq hər iki cinahda oynamağı bacaran Saraqosa gah birdən-birə sürət yığaraq, gah da əksinə birdən-birə dayanaraq müdafiəçilərin başını gicəlləndirir. Bəzi məqamlarda o hətta qarşısıalınmaz futbolçu təsiri bağışlayır. Brayanın populyarlığını artıran oyun oktyabrın 8-nə təsadüf etdi. Həmin gün “Qranada” 9-cu tur çərçivəsində öz meydanında “Barselona” ilə qarşılaşırdı. Brayan biri 17-ci saniyədə olmaqla ilk 29 dəqiqəyə dubl etdi və hər kəsi mat-məəttəl qoydu. Onun xüsusilə də ikinci qolu möhtəşəm alındı və bu futbolçu həmin epizodda ən güclü tərəflərini, yəni sürət, driblinq, soyuqqanlılıq və texnikanı nümayiş etdirməyə müvəffəq oldu. Boş zonaya sürətlə açılaraq topu qəbul edən istedadlı futbolçu həm Kundeni, həm də Ter-Ştegeni “bazara göndərərək” yaxın küncü dəqiq nişan aldı. Maraqlıdı ki, bu futbolçu artıq İspaniya yığmasında da debüt etməyə macal tapıb. Özü də “10” nömrəli forma ilə! “Barsa” ilə həmin qarşılaşmadakı dubldan bir neçə saat sonra Saraqosa ilk dəfə yığmaya dəvət aldı. Düzdü, onun adı ilkin siyahıda yox idi. Amma “Vilyarreal”lı Yeremi Pinonun zədələnməsi onun yığmaya yolunu açdı. Üstəlik “Basra”nın gənc ulduzu Yamin Lamal da eyni səbəbə görə yığmanın düşərgəsini tərk etdi. Saraqosa Şotlandiyaya qarşı ev oyununun (2:0) fasiləsində meydana daxil oldu. İspanlar hər iki qolu ikinci hissədə vursalar da, bu futbolçu qollarda yaxından iştirak etmədi. O yalnız ənənəvi driblinqlə “Mançester Yunayted”lı Skott Maktomineyin başını gicəlləndirməsi və “Everton”lu Neytan Pattersona sarı vərəqə “aldırması” ilə diqqət çəkdi. Noyabrdakı qarşılaşmalarda isə Saraqosa yığmaya dəvət almadı.

Riberinin davamçısı?
İndi ortaya sual çıxır ki, Saraqosa hücum xəttində onsuz da güclü rəqabət yaşanan və dünya səviyyəli futbolçulara malik olan “Bavariya”nın nəyinə lazımdı? Sane Keynin kölgəsində qalsa da, əla futbol sərgiləyir və karyerasının ən yaxşı mövsümünü keçirir. Heyətdə Koman və Qnabri kimi önəmli vingerlər də var. Lazım gəldikdə gənc Musiala da vinger mövqeyində oynamağı bacarır. Üstəlik bu oyunçulardan heç birinin müqavilə müddəti başa çatmaq üzrə deyil. Yalnız Sanenin müqaviləsi 2025-də bitəcək. Gənc ispaniyalının gəlişindən sonra ola bilər ki bu futbolçulardan biri ilə yollar ayrılsın. Və ya belə bir ehtimal da var ki, Saraqosa daha çox təcrübə toplaması üçün “Bavariya”ya gəldikdən sonra ilk mövsümdə başqa bir iddialı kluba icarəyə verilə bilər. Münhendə ona indidən Frank Riberinin davamçısı gözü ilə baxanlar da var. Yaxın keçmişdə “rekordmayster”də böyük iz buraxmış fransalı futbolçu da bəstəboy idi. Amma öz oyunu ilə fanatları valeh edirdi. Saraqosa da Riberi kimi sol cinahda oynamağa üstünlük verən sağ ayaqlı və güclü driblinqli vingerdi. Gələn mövsüm heyətə 164 sm-dən balaca futbolçu cəlb olunmasa, Saraqosa avtomatik Münhen nəhənginin ən bəstəboy futbolçusuna çevriləcək. Hazırda komandada bu statusda olan futbolçu Rafael Gerreyrodu. Portuqaliyalı cinah müdafiəçisinin boyu 170 sm-di.

ƏLİ RAUFOĞLU

P.S. Əsas suala da cavab verək. Saraqosa hələ ki, karyerasında “Saraqosa”ya qol vurmayıb. Baxmayaraq ki, ötən mövsüm sequndada bu komandaya qarşı hər iki oyunda meydana çıxmışdı...

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

10-12-2023, 18:0

İspaniyadan Almaniyaya yollana bilər

Dünya futbolu

5-09-2023, 11:0

''Qalatasaray'' ''Tottenhem''dən 2 oyunçu transfer etdi

Dünya futbolu

30-07-2022, 17:0

“Bavariya” Aznunu aldı, Riçardsı satdı

Aktual
Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
“Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
Son xəbərlər
  • Bu gün, 01:09
    Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
  • Bu gün, 00:17
    "Qarabağ"ın növbəti rəqibi məlum oldu
  • Dünən, 23:56
    "Elvin üçün faydası varsa, tez-tez asfalta göndərərik" - Qurban Qurbanov
  • Dünən, 23:35
    "Fürsətlərdən yararlana bilmədik" - İvan Kostyuk
  • Dünən, 23:13
    "Sabah"ın "Tofiq Bəhramov" seçiminin əsl səbəbi - klub Masazırda hansı problemlə üzləşib?
  • Dünən, 22:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 22:02
    "Qarabağ" Konfrans Liqasının pley-offunda! - YENİLƏNİB
  • Dünən, 21:11
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:35
    "Real”a yeni mövsümdə lazım olmadı
  • Dünən, 20:04
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 19:33
    Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
  • Dünən, 19:25
    Dünya çempionunun yolu haradı?
  • Dünən, 18:33
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:00
    APL Fantasy platformasında qeydiyyatdan keçənlərin sayı 10 000-i ötdü!
  • Dünən, 17:53
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 17:43
    “Tofiq Bəhramov” dolub-daşacaq! – artıq 26945 bilet satılıb
  • Dünən, 17:23
    O, artıq “Barselona”ya lazım deyil
  • Dünən, 17:04
    "Qarabağ" "Dinamo" matçından öncə fan-zona yaradılacaq
  • Dünən, 16:20
    "Şəfa"dan növbəti transfer
  • Dünən, 15:50
    Londondan Liverpula yollandı
  • Dünən, 15:20
    Haunun xələfi o oldu
  • Dünən, 14:49
    “Qarabağ”ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək
  • Dünən, 14:20
    "Araz-Naxçıvan" "Sabah"ın müdafiəçisini icarəyə götürdü
  • Dünən, 13:58
    MS-yə yenə gərək olmadı
  • Dünən, 13:27
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 12:56
    Milli komandanı tərk edəcək
  • Dünən, 12:25
    Bolonyadan Turinə yollanmağa yaxındı
  • Dünən, 11:54
    "Kəpəz" belçikalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 11:23
    “Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
  • Dünən, 10:52
    Millimiz Qazaxıstana uduzdu
  • Dünən, 10:31
    Məşhur futbolçu inadından dönmür
  • Dünən, 10:00
    Portuqaliyadan İngiltərəyə üz tutdu
  • Dünən, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • 12-08-2026, 23:0
    Bundan sonra İtaliyada oynayacaq
  • 12-08-2026, 22:0
    Dortmundu tərk etdi
Daha çox
Oxunub: 334
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 283
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 132
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə