• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Məğlubedilməz MOİK, səhvlərdən nəticə çıxaran “Qaradağ Lökatan” və başqaları…

1-ci liqa / Manşet

10-12-2023, 13:0

1-ci liqa ilə əvəzedicilərin çempionatının ayrılması hər iki turnirdə rəqabətin daha da artacağına, liqalarası keçidin təmin olunacağına işarə idi.

Əvvəki illərlə müqayisədə cari mövsümdə aşağı liqada güclü rəqabət var. Məsələn, ötən mövsüm "Araz-Naxçıvan" həm heyət, həm sponsor, həm də infrastruktur baxımından üstün, çempionatın aşkar dominantı idi. Muxtar Respublika təmsilçisi, demək olar ki, ciddi müqavimətə rast gəlmədən çempion oldu və elitaya vəsiqəni təmin etdi. Cari mövsümdə 1-ci dövrə noyabrın 24-də başa çatdı. Nəticələrə və turnir cədvəlinə nəzər yetirsək, çempionluq uğrunda 6 komanda mübarizə aparır. 1-ci yerdə qərarlaşan MOİK ilə 6-cı pillədəki "İmişli" arasında 4 xallıq fərq var (10-cu turun oyunlarından əvvəl yazılıb – red.). Yəni hansısa komandanın tam üstünlüyündən və böyük xal fərqindən söhbət gedə bilməz. İstənilən turda lider dəyişə bilər. Bəs kim çempionluğa daha şanslıdı? Orta sıralarda hansı komandalar qərarlaşacaq, 2-ci liqaya hansı yuvarlanacaq?
"İrəvan" yay transfer dönəmində heyətinə premyer-liqa təcrübəsi olan futbolçular qatdı. Onlar arasında Mirsahib və Mirabdulla Abbasov qardaşları, Elvin Yunuszadə, Cavid Tağıyev, Elşən Abdullayev, Kamal Mirzəyev, Asim Əlizadə, Arsen Ağcabəyov, Ruslan Hacıyev və başqaları var idi. Belə hay-küylü bazarlığa, təqdimat mərasimlərinə görə çoxları düşünürdü ki, Qərbi Azərbaycan icmasını təmsil etməyə iddialı komanda 1-ci liqanın çempionu olmağa ən real namizəddi. “İrəvan”ın ilk 4 turda 10 xal toplaması da belə düşünənlərin əlinə əsas verirdi. Amma 4-cü turdan sonra klubda maliyyə probleminin olması, rəhbərliklə futbolçuların münasibətlərinin pozulması hallarını gördük. İş o yerə çatdı ki, təcrübəli futbolçular 5-cı turun “İmişli” ilə səfər oyununa yollanmadı. Nəticədə komandaya texniki məğlubiyyət verildi. 6-cı tura qədər də “qiyamçılar”ın istəkləri yerinə yetirilmədi. Yenə əksər futbolçular "boykot" mövqeyi tutdu. Belədə “İrəvan” evdə “Şamaxı" qarşısına 10 nəfərlə çıxdı və təbii ki, məğlub oldu. Məsələnin ciddiliyini görən klub rəhbərliyi futbolçularla ortaq məxrəcə gəldi, bir çoxu yenidən komandaya qayıtdı. Nazim Süleymanovun çalışdırdığı komanda son 3 oyunda 2 qələbə və 1 heç-heçə ilə yadda qaldı. “İrəvan” hazırda 17 xalla 3-cü pillədədi və lider MOİK-dən 2 xal geri qalır. Həmçinin “İrəvan” da "Şamaxı", "İmişli" və "Karvan"dan 2 xal irəlidədi.

Elitanı tərk edən "Şamaxı" heyətinin müəyyən qismini qorumaqla yanaşı, 1-ci liqada yaxşı çıxış edən bəzi futbolçularla da güclənmişdi. "Şirlər"in sərəncamında premyer-liqa təcrübəsi olan oyunçuların yer aldığını və Vüqar Əsgərlinin də baş məşqçi postunda qaldığını nəzərə alsaq, bölgə təmsilçisinin də çempionluq şansı yüksək qiymətləndirilirdi. Şamaxılılar mövsümə heç-heçə ilə başlasalar da, 2-3-cü turlarda darmadağınlı qələbələr qazandılar. Sonra güclü MOİK-lə səfər oyununda xarakter göstərərək geridönüş etdilər. Komanda hesabda iki top geri düşməsinə rəğmən, sonda meydandan “sülh”lə ayrıldı. Amma "şirlər" 5-ci turda gözlənilmədən doğma publika qarşısında böyük iddiası olamayan "Mingəçevir"ə uduzdu. 9-cu turda evdə "Karvan"dan alınan 2:4 hesablı məğlubiyyət Vüqar Əsgərlinin səbrini tükətdi və istefa verdi. "Şamaxı" hazırda 15 xalla 5-ci pillədə qərarlaşıb və çempionluq şansını qoruyur. Amma Ramiz Məmmədovla çempionluğa gedən yolda şamaxılılar nə qədər effektli olacaqlar – bunu demək çətindi.
"İmişli" ilə "Karvan" da yeni mövsümə 1-ci olmaq iddiasıyla başlasalar da, qeyri-sabit çıxış edirlər. Təcrübəli Əsgər Abdullayevin baş məşqçi postuna gətirilməsinə, sponsor probleminin həllinə, doğma stadionda oynamasına və heyətində legionerlərin yer alamasına rəğmən, “İmişli” hələ ki sabitlik yaxalaya bilmir. Söz yox, bəzi oyunlarda hakim səhvləri də nəticələrə təsir göstərdi. "Karvan"la "İmişli"nin yenidən təşkil olunması müəyyən çətinlik yaradır. Futbolçular hələ də bir-birinə tam uyğunlaşa bilməyib. Amma ilk dövrənin bu iki komanda üçün yaxşı təcrübə olduğunu deyərdim.

Hazırda "Şamaxı", "Karvan" və "İmişli" eyni xalla 4-6-cı yerləri bölüşürlər. "Şirlər" qol axtarışında daha üstündü. Məhz şamaxılılardan Eşqin Tağıyev 9 qolla çempionatın ən sərrast oyunçusudu. Onun komanda yoldaşlarından Emin Zamanov 6, Cəlal Cəbrayılov isə 5 qolla bombardirlər yarışındadı. Çempionatın iki debütantının - "Araz Saatlı" ilə "Difai Ağsu"nun vəziyyəti ürəkaçan deyil. Saatlı təmsilçisi erkən islahatlara başladı, həm baş məşqçi dəyişikliyinə getdi, həm də yeni futbolçular, legionerlər transfer etdi. Həmçinin bəzi hakim səhvləri də "Araz Saatlı"nın “haqqını yeyib”. Klub prezidenti Ədalət Abdullayev dəfələrlə qəzetimizə bu haqda açıqlama verib. Hazırda turnir cədvəlinin dibində qərarlaşan "Difai Ağsu" haqda pozitiv nəsə demək olmur. Komanda 9 tura cəmi 1 xal toplayıb, 3 qol vurub, 20-ni buraxıb. Qəzetimizdə ağsuluların zəif çıxışınə çox yer vermişik. Klub prezidenti Asəf Məlikov hər dəfə "oyunçularımız meydanda can qoyur, amma hakimlər haqqımızı yeyir" deyir. Yuxarıda vurğuladığım kimi, hakimlərin başqa klublara münasibətdə də səhvləri olur. Amma heç kim uğursuzluqda yalnız referiləri qınamır. Bu gedişlə ağsuluların 2-ci liqaya yuvarlanması qaçılmazdı.

"Qaradağ Lökbatan" çoxdan aşağı liqada çıxış edir. "Qırmızı-mavilər"in hesabında 2 çempionluq, 2 gümüş və 1 bürünc medal olsa da, komanda hələ ki elitaya vəsiqə əldə edə bilməyib. Ötən mövsüm isə "Qaradağ Lökbatan" zəif çıxış edərək 9-cu yeri tutdu. Bu, 2008-ci ildən 1-ci liqada çıxış edən klubun ən zəif göstəricisi idi. Görünür, rəhbərlik və baş məşqçi ötənilki uğursuzluqdan yaxşı dərs götürüb. Çoxları gözləmədiyi halda komanda mövsümə yaxşı qoşuldu. 9 oyundan sonra 2-ci pillədə qərarlaşıblar və çempionluğa iddialıdılar. "Qırmızı-mavilər"in iştirak ərizəsinə baxanda görürsən ki, heyət sarıdan "Şamaxı", "İmişli", "İrəvan", "Karvan"dan geri qalır. Novruz Məmmədov və Sərxan Abdullayev kimi təcrübəlilər xaric əksər oyunçular 17-24 yaş arasındadı. Amma Azər Həşimov döyüşkən kollektiv formalaşdırıb. Bu sözləri çempionatın lideri və yeganə məğlubedilməz komandası MOİK haqda da təkrarlamaq olar. "Hərbçilər"də məşqçi işi göz önündədi. Qəzənfər Abbasov mübariz kollektiv yaratmaqla çoxlarını təəccübləndirdi, planlarını alt-üst etdi. Hər oyunda uğurlu nəticədən sonra MOİK-in iştahı bir qədər də artdı. Nəticə bəllidi - komanda turnir cədvəlinin vahid lideridi. İstər MOİK, istərsə "Qaradağ Lökbatan"da həm çempionatda, həm də kubokda irəliləyir. Çox güman, çempionluq uğrunda mübarizə də sona qədər əsasən bu iki komanda arasında gedəcək.

Reaksiya
Qəzənfər Abbasov, MOİK-in baş məşqçisi: "İlk dövrə bizim üçün maraqlı və gərgin keçdi. 9 oyunda məğlub olmasaq da, bu bizə böyük çətinliklər bahasına başa gəldi. Hazırda çempionatda zəif rəqib yoxdu. Hətta aşağı yerlərdə gedən komandalar da güclü müqavimət göstərirlər. Hər tur bizim üçün ağır keçdi. Elə oyunlar oldu ki, futbolçumuz qırmızı vərəqə aldı və 60-70 dəqiqə azlıqda oynadıq. Buna rəğmən, meydandan ya heç-heçə, ya da qələbə ilə ayrıldıq. Turnir cədvəlində 1-ci olmağımız və yenilgiyə məruz qalmamağımız öz yerində. Məni sevindirən əsas məqam futbolçularımın zədələnərək sıradan çıxmamasıdı. Düzdü, yüngül zədə alan oyunçularımız oldu. Amma əsas odu ki, hamı sağlamdı, zədəsizdi və sərəncamımdadı. Güclü-zəif tərəflərimizi gördük. 2-ci dövrədə daha da yaxşı çıxış etməyə çalışacağıq".
Aqşin Mürsəlov, "İmişli"nin İdarə Heyətinin sədri: "Göründüyü kimi, yeni mövsümdən 1-ci liqa maraqlı, gərgin keçir. Bu bizi çox sevindirir. PFL-in gördüyü işlər danılmazdı. Quruma klubumuz adından təşəkkür edirəm. Şükürlər olsun, çempionatda ilk dövrəni başa vurduq. Fəaliyyətimiz plana uyğun gedir. Liderlə cəmi 4 xal fərqimiz var. Yəni aradan uçurum yoxdu. Çempionluq yolunda iddiamızı davam etdiririk. 2-ci dövrədə kollektivimizi daha da gücləndirmək niyyətindəyik. Məşqçi heyətimizdən iki nəfərlə qarşılıqlı razılıq əsasında yollarımızı ayırdıq. Elşad Tahirov "Kəpəz"ə, Məqsəd Yaqubəliyev isə "Şamaxı"ya keçdi. Onlara gələcək karyeralarında uğurlar arzulayıram. İndidən transfer çalışmalarına başlamışıq. Danışıq apardığımız oyunçular var. Yanvarda heyətimizə bir neçə futbolçu qoşulacaq".
Ramiz Məmmədov, "Şamaxı"nın baş məşqçisi: "Həm özüm, həm də klubumuz adından burda çalışmış 4 məşqçinin hər birinə təşəkkürümü bildirirəm. Vüqar müəllim başda olmaqla Şahin Hüseynov, Zamir Həsənov, Ceyhun Rzayev - hər biri yaxşı gənc mütəxəssislərdəndi. Onların komandanın formalaşmasında çox əziyyəti olub. Bu gün nə Vüqar Əsgərlini, nə də başqa bir məşqçini qınamaq düzgün deyil. İlk pillədə olmamağımızda hamının, o cümlədən mənim və futbolçuların da günahı var. Odu ki, 1-ci dövrədəki nəticələrə baxıb dərs çıxarmalıyıq. Rəhbərlik qarşıya elitaya yüksəlmək tapşırışı qoyub. Hazırda komandadaxili atmosfer yaxşıdı, futbolçuların fiziki hazırlığı ürəkaçan səviyyədədi. Bir nəfər kimi birləşib qarşıya qoyulan hədəfə çatmağa çalışacağıq".

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

İdman

15-03-2023, 19:0

“Boston” pley-offa vəsiqəni təmin etdi

1-ci liqa

17-08-2022, 17:0

Birinci divizionda mövsümün təqvimi açıqlandı

1-ci liqa

28-08-2023, 21:0

1-ci liqada 2023-24 mövsümünün - TƏQVİMİ

1-ci liqa

1-03-2023, 17:0

"Araz Naxçıvan"dan darmadağın - YENİLƏNİB

1-ci liqa

28-10-2023, 11:0

MOİK liderliyini qorudu, “Şamaxı” “İrəvan”ı məğlub etdi - TURUN ŞƏRHİ

1-ci liqa

24-11-2022, 12:0

"Araz Naxçıvan" - "Qaradağ Lökbatan", MOİK "Mingəçevir" matçlarının vaxtı bəlli oldu

Aktual
“Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” Bəxtiyar Həsənalızadə belə dedi
Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
“Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
“Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
Son xəbərlər
  • Bu gün, 17:48
    Argentina - 6, Fransa – 5, İspaniya – 4...
  • Bu gün, 17:17
    DÇ-yə ən çox oyunçu göndərən çempionatlar və klublar hansılardı?
  • Bu gün, 16:47
    “Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” Bəxtiyar Həsənalızadə belə dedi
  • Bu gün, 16:16
    Hakan Safidən daha bir möhtəşəm transfer - Çalhanoğlu ''Fənər''ə keçməyə razılıq verdi!
  • Bu gün, 15:45
    ''Beşiktaş''ın yeni mövsümə hazırlığa start verəcəyi tarix bəlli oldu
  • Bu gün, 15:09
    "Zirə" Tiaqo Silva ilə vidalaşdı
  • Bu gün, 14:55
    "Şamaxı" Həbiblə yenidən anlaşdı
  • Bu gün, 14:24
    Türkiyə DÇ-yə 4 oyunluq qələbə seriyası ilə yollanır
  • Bu gün, 13:53
    Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
  • Bu gün, 13:20
    Almaniya klubunda baş məşqçi dəyişdi
  • Bu gün, 12:51
    "İndi səhifəni çevirmək və yeni fəsilə başlamaq vaxtıdı" - Dani Bolt
  • Bu gün, 12:20
    Millimiz Dünya Kubokunun yarımfinalında
  • Bu gün, 11:59
    Almaniyadan İngiltərəyə yollandı
  • Bu gün, 11:30
    Milandan Madridə yollanacaq
  • Bu gün, 11:00
    “Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
  • Bu gün, 10:32
    Almaniya klubu ilə danışıq aparır
  • Bu gün, 10:00
    London klubunu tərk etdi
  • Dünən, 23:59
    A seriyasında istefa
  • Dünən, 23:42
    Futbol əfsanəsi vəfat etdi
  • Dünən, 23:00
    İspaniyadan Niderlanda üz tutdu
  • Dünən, 22:41
    “Nyukasl”dan ayrıldılar
  • Dünən, 22:10
    “Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
  • Dünən, 21:39
    Bolonyada qərar tutdu
  • Dünən, 21:28
    İstefası qaçılmaz oldu
  • Dünən, 20:40
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 20:18
    Yığma Avropa Liqasına məğlubiyyətlə başladı
  • Dünən, 19:56
    U-21 millimiz Bəhreynə qalib gəldi
  • Dünən, 18:55
    Gözlənilən ayrılıq rəsmən açıqlandı
  • Dünən, 18:24
    “Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
  • Dünən, 17:58
    FİFA-nın növbəti qadağası azarkeşlərdə narazılıq doğurdu
  • Dünən, 17:27
    DÇ ərəfəsində böyük saxtakarlıq
  • Dünən, 16:56
    İnzaqi hara üz tutacaq?
  • Dünən, 16:25
    Türkiyənin rəqibində əsas futbolçu zədələndi
  • Dünən, 15:54
    İranlılara viza verildi
  • Dünən, 15:38
    Msanqa da "Şamaxı"dan getdi
Daha çox
Oxunub: 708
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 242
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 242
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 170
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə