FİFA-nın mərasimi nə vaxt olacaq?

9.12.2023 22:28 190
Dünya futbolu
FİFA-nın 2023-cü ilin müxtəlif nominasiyalar üzrə qaliblərinin adları gələn il açıqlanacaq.

"Football-plus.az" xəbər verir ki, ali futbol qurumunun təsis etdiyi “The Best” mükafatının laureatları 2024-cü il yanvarın 15-də bilinəcək.

Təntənəli mərasim İngiltərənin paytaxtı Londonda təşkil ediləcək. Mərasimdə ilin ən yaxşı oyunçusu, məşqçisi, ən baxımlı qolunun müəllifi, kişi və qadınlardan ibarət rəmzi komandalar, ən yaxşı azarkeşlər və “feyr-pley” mükafatının qalibi açıqlanacaq.