Hazırda davam edən HƏMAS – İsrail müharibəsinin faciəvi nəticələrinə futbol təşkilatları da biganə qala bilmir. Asiya Kubokunun oyunlarına bilet satışından əldə olunan vəsait Fələstin xalqına yardım üçün bağışlanacaq.
Qitə çempionatı 2024-cü il yanvarın 12-dən fevralın 10-dək Qətərdə keçiriləcək. Qətər Futbol Assosiasiyasının rəhbəri Şeyx Həməd bin Xəlifə Əl-Tani təqdirəlayiq qərarla bağlı belə deyib:
“Fələstində baş verən son hadisələri nəzərə alaraq, bu çətin dövrdə qardaş və bacılarımıza dəstək olmaq üçün bütün lazımi yardımları göstərməliyik. Beləliklə, Qətərdə keçiriləcək Asiya Kubokunun oyunlarına bilet satışından əldə olunacaq gəliri Fələstinə bağışlamaq qərarına gəlmişik.
Yardım göstərən tərəfdaşlarımızla işləyərək bu birgə sosial təşəbbüsün müharibədən ən çox zərər görənlərə fayda verəcəyinə və futbolun insanlara ən çətin anlarda dəstək mexanizmi kimi öz rolunu yerinə yetirəcəyinə əmin olacağıq”.