"Canni de Byazi ilə milliyə çağırılmamağım barədə danışmaq istəyirdim. Amma imkan olmadı".
"Football-plus.az" xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Rəhman Hacıyev yığmaya dəvət almaması ilə bağlı mətbuat konfransında deyib.
30 yaşlı yarımmüdafiəçi yığmaya çağırılmamasının səbəbini bilmədiyini söyləyib:
"Dəvət gözləyirdim, amma olmadı. Baş məşqçi ilə danışsaydım, deyəcəkdim ki, məni niyə çağırmırsan?"
Hacıyev millidə yerli baş məşqçinin işləməsinin tərəfdarı olduğunu vurğulayıb:
"Həmin mütəxəssisə də şans, vaxt vermək lazımdı. Çünki 6 ay və 1 il ərzində heç kim istədiyini edə bilməz".
Xatırladaq ki, AFFA İcraiyyə Komitəsi noyabrın 22-də millinin baş məşqçisi Canni de Byazi ilə yolları ayırıb. Yığma onun rəhbərliyi altında AÇ-2024-ün seçmə mərhələsində 7 xalla F qrupunda 4-cü yeri tutub.