• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Təəssüf ki, son illərdə yığmanın heyətini yetərincə gəncləşdirə bilməmişik”

İdman / Müsahibə

25-11-2023, 23:0

Azərbaycan Voleybol Federasiyasının (AVF) sabiq baş katibi Fərid Xəlilov srağagün “feysbuk” hesabında qurumun indiki rəhbərliyini sərt şəkildə qınadı və paylaşımını “Allah voleybolumuzu qorusun” ifadəsi ilə bitirdi.

Görəsən, voleybol təsərrüfatında nə baş verir?

Sabiq baş katibi narazı salan nədi? Ən aktual suallar ətrafında Fərid bəylə söhbətləşdik.

- Əvvəlcə yığmanın AÇ-də çıxışına toxunaq. Turnirdəki çıxışımızı necə dəyərləndirirsiz? Bir çox mütəxəssis bu yarış üçün hazırlıq müddətinin az olmasından gileyləndi, guya məhz buna görə uğursuzluqla üzləşdik? Siz nə düşünürsüz?
- Bu məsələyə kompleks şəkildə baxılmalıdı. Sözsüz, bir neçə problem var idi... Avropa yığmalarına nəzər salsaq, görəcəyik ki, rəqiblərin heyətləri gənc oyunçulardan ibarətdi. Orta yaş 22-25 arasıdı. Təəssüf ki, son illərdə yığmanın heyətini yetərincə gəncləşdirə bilməmişik. Milliyə yeni gələn oyunçular Polina Rəhiova, Natalya Məmmədova olmadı. İkinci amil: dünya təcrübəsində olmayan “onlayn məşqlər”. Bildiyiniz kimi, türkiyəli baş məşqçi onlayn şəkildə məşqlər keçirdi. Və sözsüz ki, məşqçi seçimi. Bəli, iki ay komandanın belə turnirə hazırlaşması üçün az idi. Bizim dövrümüzdə də dəfələrlə bildirmişdim ki, əcnəbi mütəxəssis cəlb eləməyə planlaşdırırıq, lakin seçim başqası olmalı, tam fərqli təcrübəyə malik birisi gətirilməliydi.

- Bu ilin aprelində federasiyanın baş katibi vəzifəsindən getdiz. Bu seçimi özüz etdiz, yoxsa bəzi qüvvələr sizi bu postda görmək istəmədi?
- Dəqiqləşdirmək istəyirəm, yayda getmişəm. Baxmayaraq ki, yeni rəhbərlik apreldə baş katib vəzifəsindən kənarlaşdırıldığımı elan edib, ancaq yalnız yayda o vəzifəni tərk etmişəm. Sənədləşmə işi onlar gözlədiyi gədər asan olmadı. Səbəbdən danışsaq, yeni rəhbərlik öz komandasını gətirmək istədi. Sözün açığı, birgə işlədiyimin o iki ayda bir dəfə də yeni seçilmiş federasiya prezidenti ilə görüşüm olmadı.

- Hansı ayda vəzifədən getdiz?
- İyunun 1-dən.

- AVF rəhbərliyi yeni strategiya üzərində işlədiyini deyir. Məsələn, rayonlarda seleksiya aparılır, çoxlu perspektivli qız Bakıya gətirilir. Bəs sonra nə olacaq? Onları inkişaf etdirmək üçün şərait, klub, büdcə varmı? Çünki özümüz də görürük ki, liqada klub sayı azdı. Belədə federasiya onların inkişafına necə təminat verəcək? Əslində bu proses necə getməlidi?
- Apreldə strategiya barədə çox danışıq oldu, lakin bu günə qədər o sənədin üzü də voleybol ictimaiyyətinə təqdim olunmayıb. Bəli, bölgələrə gedirlər, uşaqlara baxırlar... Sadəcə, gedib-gəlmək nəticə vermir və verməyəcək də.

- Keçmiş federasiya nümayəndəsi kimi fikirləriniz dinlənildimi?
- Təəssüf ki, xeyr.

- Belə çıxır ki, hazırkı AVF rəhbərliyi voleybolumuz üçün yanlış seçimdi?
- Buna mən rəy verə bilmərəm, gələcək göstərəcək. Ola bilər ki, işlərin nəticəsini gördükləri üçün istiqaməti dəyişib çox düz və effektiv qərarlar verəcəklər.

- Nəticə vermək üçün nələr etmək lazımdı?
- Bilirsiz ki, idmanda bir neçə istiqamət var: nəticələr əldə etmək və ya bu idman növünə maraq artırmaq. İkinci istiqamət pis icra olunmur, daha çox insan voleybol haqda məlumat alır, bu idmanı sevir. Lakin nəticə yönlü işlər görülməsi üçün tam başqa planlar olmalıdı.

- Yığmanın sabiq baş məşqçisi Ataman Güneyligilin qəzetimizə müsahibəsindən xəbərdarsız. Təəssüf ki, o da bizim mütəxəssisləri tənqid etdi. Ümumiyyətlə, baş məşqçi seçimi kimin ideyası idi?
- Bu, federasiya rəhbərliyin qərarı və seçimidi.

- Güneyligilin yığma üzvləri haqda səsləndirdiyi fikirlərə münasibətiniz necədi?
- Sözsüz, peşəkar belə ifadələr səsləndirməməliydi. Bəli, çətinliklər var, oyunçular onun istədiyi kimi deyildi. Belə problemlər yaşanmasın deyə, məşqçi ilə əvvəldən ciddi söhbət olmalıydı. Peşəkar çalışdırıcı gəlmədən təhlil aparıb anlamalıydı ki, komanda kimlərdən ibarətdi, kimlərlə işləyəcək.

- Güneyligil yığmada qruplaşmaların olduğunu dedi. Hətta bəzi qızlar onu baş məşqçi postunda görmək istəmirmiş...
- Bu, voleybolda və idmanda geniş yayılmış bir praktikadı. Hətta Faiq Qarayev də məşqçi seçimi edəndə deyirdi ki, onu gətirməyin, bunu gətirməyin. Soruşanda da ki, bəs niyə? Deyirdi ki, o zəif məşqçidi və bizim qızlara tab gətirə bilməz.

- Fərid bəy, ən çox danışılan məsələlərdən biri də Polina Rəhimova ilə bağlıdı. Əslində Güneyligilin baş məşqçi postuna gətirilməsində onun əlinin olduğunu deyirlər.
- Deyə bilərəm ki, oyunçu məşqçini seçmir, tam tərsinə olur. Polina Bakıda olanda görüşüb bunu müzakirə etmişdik. Çox güldük. Məşqçini federasiya rəhbərliyi seçir

- Baş katib vəzifəsində qalsaydız, nələri dəyişərdiz?
- Planlar böyük idi. Sözsüz, Türkiyə ilə əməkdaşlığa başlamışdım və voleybol məktəbi layihəsi üzərində çalışırdım. Digər tərəfdən, CEV ilə əməkdaşlığı yeni səviyyəyə qaldırmışdım ki, onlardan həm məşqçi, həm də idman ləvazimatları almaq fikrimiz var idi. Bu da bölgələrdə voleybolu inkişaf etdirmək planı üstündə qurulmuşdu. Növbəti ildə Avropa Voleybol Konfederasiyasının rəhbərliyinə seçilərək Azərbaycan voleyboluna dəstək olmaq istəyirdim.

- Siz vəzifədən gedəndə bu fikirləri indiki rəhbərliyə çatdırdız?
- Soruşsaydılar, çatdırardım.

- Sizcə, ölkə voleybolunu inkişaf etdirə biləcək yerli mütəxəssislər varmı?
- Müəyyən səviyyədə var. Lakin strategiya və plan olmalıdı.

- Adlar çəkə bilərsiz?
- Fikrimcə, Fərid Cəlalov, Famil Ağayev və bir neçə digər məşqçi bu işdə kömək edə bilər.

- “Azərreyl”in də rəhbəri olmusuz. Sizin dövrdəki komanda ilə indiki arasında hansı fərqlər var?
- Cavab çox sadədi. Fəxr hissi ilə deyə bilərəm ki, mənim dövrümdə “Azərreyl” ancaq qələbə qazanırdı. Voleyboldan olan dostlarla görüşdüyüm zaman da bunu deyirəm.

- Bəs indiki “Azərreyl”dəki səhvlər hansılardı?
- Göz qabağındadı. Yəqin ki, işlədiyim dövrdə peşəkarlara qulaq asaraq düzgün qərarlar qəbul edirdim. Lakin indi formalaşmış komandalar oyunçuların xasiyyətini, mədəniyyətini və başqa göstəriciləri nəzərə almırlar.

- Fərid bəy, biz indi Türkiyədən məşqçi gətiririk. Amma türklər öz mütəxəssisləri ilə işləməyə çox da cəhd göstərmir.
- Biz bir məqamı unutmamalıyıq ki, Türkiyə voleybolunun bugünü ilə ölkəmizdəki voleybol arasında çox fərq var. Müəyyən yerdə olanda öz məşqçilərdən faydalanırdılar, lakin başa düşürlər ki, dünyanın “bir nömrə”si olmaq üçün daha güclü və təcrübəli mütəxəssislər lazımdı. Azərbaycan voleybolunun indiki vəziyyəti üçün türk məşqçiləri tam yetərlidi.

- “Xarı Bülbül”ün də dağılacağı xəbəri yayılıb. Niyə voleybol klubları uzunömürlü olmur? Niyə sponsorlar AVF-dən qaçır?
- Bəli, eşitmişəm. Təəssüf ki, ölkədəki qanunvericilik bır sıra məsələlərə imkan vermir. Kim voleybola və ya başqa bir idman növünə sponsor kimi gəlirsə, faktiki öz mənfəətindən vəsait ayırır. Bu isə düz deyil. Azərbaycanda sponsorluq bazarı formalaşmayıb. Hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının MGİMO ilə birgə layihəsi olan maqistr dərəcəsi alıram. Elmi işimin mövzusu məhz Azərbaycanda idmana sponsorluğun xüsusiyyətləri ilə bağlıdı. Bu məsələ belə qala bilməz, gec-tez qanunvericilikdə dəyişikliklər olmalıdı. Türkiyə idmanında məhz belə dəyişikliklər səviyyənin qalxmasına səbəb olub.

- Klublara voleyboldan anlayışı olan adamlar gətirilsə, bəlkə onda faydasını görə bilərik.
- Əlbəttə, faydası olardı, lakin problemlər bitməyəcəydi. Sabit və müstəqil maliyyələşmə bu məsələni həll edərdi. Müstəqil klubların olması bazarın formalaşmasında öz rolunu oynaya bilər. İnvestorlar, sponsorlar klublara pul yatırsaydılar, həmçinin də imkan verməzdilər ki, o vəsaitlər batsın. Onlar daha təcrübəli kadrlar axtarıb tapardılar ki, bu problem nə yaransın, nə də təkrarlansın.

- Son paylaşımınız AVF-yə ünvanlanmışdı?
- İctimaiyyətə (gülür). Bir neçə yanlış addımı indidən görürəm və voleybolda olduğum, əziyyət çəkdiyim 4 ilə görə ürəyim ağrıyır.

- Yenidən voleybolla bağlı təklif gəlsə, qayıdarsız?
- İndi məsləhətçi kimi kömək edə bilərəm, lakin bütün həyatımı yenidən voleybola həsr etmək çətin olar. Təhsilimi bitirib idmandakı başqa sahələri inkişaf etdirmək istəyirəm.

CAVİD ƏLİYEV

Paylaş:
Digər xəbərlər

Aktual / İdman

23-11-2023, 15:0

“Allah voleybolumuzu qorusun” - sabiq baş katib “bombaladı”

İdman

12-04-2023, 14:0

Azərbaycan Voleybol Federasiyasının baş katibi vəzifədən azad edildi

İdman

9-06-2022, 10:0

Fərid Qayıbov Voleybol Mərkəzində olub

Aktual
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Son xəbərlər
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Dünən, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Dünən, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Dünən, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Dünən, 11:54
    Millimiz rekorda imza atdı
  • Dünən, 11:23
    Hamını arxada qoydu
  • Dünən, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Dünən, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Dünən, 10:00
    Lissabondan Madridə üz tutdu
  • 12-07-2026, 23:0
    Klubu ilə yenidən anlaşdı
  • 12-07-2026, 23:0
    Kapitan “gəmini” tərk etməyəcək
  • 12-07-2026, 22:0
    Son çempiondan unikal göstərici
  • 12-07-2026, 22:0
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • 12-07-2026, 22:0
    Dortmundu tərk etməyə yaxındır
  • 12-07-2026, 21:0
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
Daha çox
Oxunub: 216
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 200
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 155
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə