"Sabah"ın ispaniyalı vingeri Kristian Sebalyos Misli premyer-liqasının səviyyəsi ilə bağlı fikirlərini bölüşüb.
"Football-plus.az" xəbər verir ki, "Relevo"ya açıqlama verən 30 yaşlı futbolçu bunları deyib:
"Premyer-liqanın yaxşı səviyyəsi var. Xüsusən də, çempionatın ilk 5-6-cı pillələrində yer alan komandaların səviyyəsi yaxşıdı. Vaxtilə çıxış etdiyim Qətərdə əcnəbi oyunçulara qoyulan limit məni Azərbaycana köçməyə sövq etmişdi".
"Barselona"nın yetirməsi olan Kristian "Aroka", "Tottenhem", "Çarlton", "Sent-Trüden", "Əl-Vakra", "Qətər" klublarında oynadıqdan sonra 2021-ci ilin avqust ayında "Sabah"a keçmişdi.