“Qarabağ”dan azarkeşlərə jest

17.11.2023 18:52 215
Premyer-liqa / Manşet
“Qarabağ" - "Səbail" oyunundan əvvəl Ağdam təmsilçisinin sosial şəbəkə səhifəsində keçirilən yarışın qalibləri mükafatlandırıldı.

Tanınmış idmançı Zabit Səmədov onlara hədiyyə təqdim etdi. Belə jestin niyə döyüşçü tərəfindən həyata keçirildiyi aydınlaşdırmaq üçün klubun sözçüsü Anar Hacıyevlə əlaqə saxladıq:
"Zabit Səmədov “feysbuk” hesabında sosial şəbəkə qaliblərinə "Qarabağ" forması verəcəyini yazmışdı. Biz də onun istəyini həyata keçirmək üçün jest etdik".


ABDULLA İSMAYILOĞLU