Las-Veqasdakı bordellərdən biri “Formula-1” üzrə dünya çempionatında yarışan pilotlara noyabrın 17-19-u aralığında bu şəhərdə keçiriləcək mərhələ ərəfəsində pulsuz seks təklif edib.
TMZ həmin bordeldə çalışanlardan birinin dediyi sözləri sitat gətirib:
“Formula-1” 2018-ci ildə start nöqtəsində gözəl qızlardan imtina edəndən bəri bu yarışlarda əksər hallarda çox zəruri olan seksual cəlbedicilik çatışmır”.
Xatırladaq ki, 1981 və 1982-ci illərdə də ABŞ-ın adı çəkilən şəhərində “Formula-1” yarışları keçirilib. Həmin yarışlarda Alan Cons və Mikele Alboreto qalib gəlib.