• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Mutuya təklifim var... - KÖŞƏ

Manşet / Yazarlar

17-11-2023, 12:0

Bu yaxınlarda sosial şəbəkələrdə qarşıma çıxdı. “CBC Sport”da aparılan müzakirələrin birindən 2-3 dəqiqəlik hissə idi. Həmkarımız Rəşad Qasımov millinin sabiq futbolçusu, “Sumqayıt-2”nin baş məşqçisi Vaqif Cavadova opponentlik edirdi. Yetərincə gərgin və emosional keçən müzakirənin mövzusu “Neftçi” idi.

Rəşad bəy deyirdi ki, “Neftçi” Azərbaycan futbolunda önəmli yer tutur, bu klubun yetirmələri təkcə premyer-liqada təmsilçilərində yox, aşağı liqa təmsilçilərində də forma geyir. Onun bu fikirləri ilə Cavadov razılaşmırdı. Rəşadın “Neftçi” Azərbaycan futbolunun tarixidi, “Neftçi” düzələndə Azərbaycan futbolu da düzələcək” sözləri Vaqifi lap özündən çıxardı. Ötənlərin məşhur futbolçusu inadla sübut etməyə çalışırdı ki, digər klubların da Azərbaycan futbolunda payı elə aşağı-yuxarı “Neftçi” qədərdi, “ağ-qaralar” başqalarından heç də fərqlənmir.

Rəşadın bu sözləri “Neftçi”nin “Sumqayıt”la oyundakı start heyətini görəndən sonra yadıma düşdü. Heyətə baxdım və öz-özümə sual etdim ki, bu “Neftçi”nin düzəlmək ehtimalı varmı?! Qapıçı Aqil Məmmədovdan savayı yerli statusu ilə adı start heyətində olan futbolçular aşağıdakılar idi: Emin Mahmudov, Höccət Haqverdi, Azər Əliyev. Rumıniyalı çalışdırıcı Adrian Mutu start heyətinə 4 yerli futbolçu daxil etmişdi. İndi görək bu futbolçuların neçəsi “Neftçi”nin yetirməsidi? Heç biri! Bunu bir kənara qoyuram. Dərd orasıdı ki, meydan oyunçusu olan üç nəfərdən ikisi Rusiyada böyüyüb, futbolçu kimi formalaşıb. Emin Mahmudov milli komandada oynamağa razılıq verəndən sonra Azərbaycan vətəndaşlığı alıb. Azər Əliyev isə “Neftçi”yə Rusiya vətəndaşı kimi gəlib, hətta bir müddət legioner kimi oynayıb. Höccət Haqverdi məlum məsələdi ki, iranlıdı. Heç şübhəsiz, Mutunun əlacı olsaydı, bu dörd futbolçunu da kənarda saxlayar, 11 əcnəbi futbolçuyla “Neftçi”ni meydana çıxarardı.

Yumşaq desək, rumıniyalı azərbaycanlı futbolçuları sevmir, onlara etibar etmir. Emin Mahmudovun “Neftçi”dən küsdürüldüyü artıq heç kimə sirr deyil. Kapitanın qəlbini sındırıblar, onun meydana çıxması müqavilə öhdəliklərinin yerinə yetirilməsi üçündü. Mutu da bu yolla həm təzyiqlərin bir qismini Eminə yönəldir, həm də limitin tələbini yerinə yetirir. Onun yerli futbolçulara olan soyuq münasibəti, azərbaycanlılara göstərdiyi etimad göz qabağındadı. Əcnəbi futbolçular isə onun başının tacıdı, onların hər səhvinə göz yummaq mümkündü. Elə bu səbəbdəndi ki, səhvləri sıralayan əcnəbilər hər tur start heyətində yer alırlar, yerlilər isə nəinki əsas heyətdə, heç əvəzetmələr zamanı da meydan üzü görmür. Bu da azərbaycanlı futbolçuları daha da geri salır, onları futboldan küsdürür.

Azər Salahlı ilk turda Gəncədə “Kəpəz”ə qarşı keçirilən oyunda start heyətində idi. Bəxti gətirmədi, “Kəpəz”in qələbə qolunun vurulduğu penalti epizoduna səbəbkar oldu. Daha doğrusu, Ehtiram Şahverdiyev Azərlə mübarizədən sonra özünü yerə atdı, hakim Tural Qurbanov da dərhal “nöqtə”ni göstərdi. Odu-budu Mutu Azəri qaralayıb. Gəncə səfərindən sonra Salahlı cəmi bir oyunda, “Araz Naxçıvan”la qarşılaşmada start heyətində yer alıb. Bəxtindən “Neftçi” həmin görüşdə də 0:1 hesabıyla uduzub, özü də qolu penaltidən buraxıb. Amma budəfəki penaltinin “qazanılmasında” Azərin iştirakı olmayıb. Bununla belə, yenə də Mutunun azərbaycanlı futbolçuya qarşı “soyuq müharibəsi” davam edib, ona etimad göstərməyib. Lap elə deyək ki, “Kəpəz”lə “Araz Naxçıvan”a məğlubiyyətlərdə Azər Salahlı günahkardı, onu cəzalandırıblar. Bəs qalan uğursuzluqlara görə kim məsuliyyət daşıyır?

Sizin də yadınızda olar, “Neftçi” “Beşiktaş”a Konfrans Liqasının hər iki oyununda məğlub oldu. Həmin vaxt Adrian Mutu “qara qartallar”ın tərifini göyə qaldırmışdı. Deyirdi ki, bu səviyyəli rəqiblər Çempionlar Liqasının qrupunda olur. Zaman Mutunu necə də “haqlı” çıxarıb. “Beşiktaş” Konfrans Liqasının qrupunda qələbə üzünə həsrət qalıb, 1 xalla qrupunda sonuncu yerdədi. Yəni ki, “Beşiktaş”ın səviyyəsi nəinki Çempionlar Liqasının qrupuna, heç Avropa Liqasının qrupuna da uyğun deyil. İstanbul təmsilçisinin Konfrans Liqasındakı perspektivləri də qaranlıqdı. Bu da Mutunun bizə təriflə sırımağa çalışdığı “Beşiktaş”. Görünən odu ki, Mutu normal məşqçilik edə bilmədiyi kimi, heç bəhanə uydurmağı da bacarmır. Ona bir təklifim var. Onsuz da uduzurlar. Gələn oyunda öz gətirdiyi əcnəbiləri yanında əyləşdirsin, azərbaycanlı futbolçuları meydana buraxsın. Məğlubiyyətə görə bəhanə axtarmağa da ehtiyac qalmayacaq, hər şeyi azərbaycanlıların boynuna yıxırsan, vəssalam.

AMAL

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

4-09-2023, 14:0

“Neftçi”də yubiley het-triki

Ölkə futbolu

22-04-2023, 11:0

Vaqif Cavadova “Sumqayıt"da təyinat - RƏSMİ

1-ci liqa / Manşet

12-01-2023, 15:0

Rəşad Abdullayev onu “Neftçi-2”dən göndərdi

Aktual
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
“ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
"Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
“Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
“Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
Son xəbərlər
  • Dünən, 23:56
    “Oyunun axarı artıq göstərirdi ki, qol vura bilməyəcəyik” – Rəşad Sadıqov
  • Dünən, 23:20
    “Heç bir zorakılıq və qalmaqal yaşanmadı” – İnfantino mundialın təşkilatçılığını təriflədi
  • Dünən, 22:41
    “Bizim sirrimiz yox idi” – “Payde”nin baş məşqçisi
  • Dünən, 22:04
    Holann və Yamalın dəyəri rekord həddə çatdı - Vozinya, nəhayət, özünə klub tapdı
  • Dünən, 22:03
    "Zirə" dayandı, "Neftçi" hesabı açdı, "Qarabağ" ÇSKA-ya qarşı - YENİLƏNİR
  • Dünən, 21:31
    "Sumqayıt" "Şamaxı"ya qalib gəldi
  • Dünən, 21:08
    ÇSKA - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 20:43
    "Xankəndi" ev oyunlarını Xankəndidə keçirəcək
  • Dünən, 20:20
    Yeni mövsümün startını buraxacaq
  • Dünən, 19:59
    "Dinamo-Minsk" - "Neftçi": START HEYƏTLƏRİ
  • Dünən, 19:28
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 18:57
    "Zirə" - "Payde": START HEYƏTLƏRİ
  • Dünən, 18:26
    Per Mertezakerin yeni iş yeri məlum oldu
  • Dünən, 17:55
    Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
  • Dünən, 17:24
    Messi oyundaşlarına hədiyyə paylayıb
  • Dünən, 16:53
    "Sabah" - "Orhus" oyununun hakimləri açıqlandı
  • Dünən, 16:22
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 15:51
    İFF-dəki fəaliyyətini dayandırdı
  • Dünən, 15:36
    Finalı idarə etdi, “daha bəsdi” dedi
  • Dünən, 15:05
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 13:56
    “ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
  • Dünən, 13:25
    Parisdən Madridə yollandı
  • Dünən, 12:54
    "Sabah"ın "Orhus"a qarşı səfər oyununun vaxtı
  • Dünən, 12:23
    Gözlənilən təyinat açıqlandı
  • Dünən, 11:52
    "Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
  • Dünən, 11:31
    Milli komandanı tərk etdi
  • Dünən, 11:00
    "Şamaxı"nın sabiq futbolçusu "Kəpəz"də
  • Dünən, 10:31
    “Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
  • Dünən, 10:10
    5 güləşçimiz U-17 dünya çempionatında mübarizəyə başlayır
  • Dünən, 09:59
    “Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
  • Dünən, 09:38
    "Kəpəz"in rəhbəri Gəncənin icra başçısı ilə görüşdü
  • Dünən, 00:40
    "Tam olaraq formadayıq və hazırıq” - "Payde"nin baş məşqçisi
  • Dünən, 00:15
    "Yeganə istəyim budu ki, futbolçularım kişi kimi mübarizə aparsınlar" - Yuri Vernidub
  • 29-07-2026, 23:0
    "Sabah"ın rəqibi bəlli oldu - ÇL
  • 29-07-2026, 23:0
    "Şamaxı" müdafiəçi transfer etdi
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 213
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 117
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Oxunub: 116
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə