"Bavariya"nın futbolçusu Camal Musiala sıradan çıxıb.
"Football-plus.az" xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Qalatasaray”a qarşı oyunda (2:1) dizindən zədə alıb. O, 2-4 həftə yaşıl meydanlardan uzaq qalacaq.