Liqa 1-in 12-ci turunda nəzərdə tutulan 10 oyundan biri baş tutmayacaq.
“Football-plus.az” xəbər verir ki, Fransa Peşəkar Futbol Liqası “Brest” – “Strasbur” oyununu qeyri-müəyyən günə təxirə salıb. Buna “Kiaran” qasırğası səbəb olub. Şiddətli külək Fransanın bir sıra yaşayış məskənlərində böyük dağıntılar törədib. Liqa 1 oyununun yeni tarixi daha sonra müəyyən ediləcək.