Bruno Fernandeş tezliklə iş yerini dəyişmək imkanına malikdi.
"Football-plus.az" xəbər verir ki, onun yanvarda “Mançester Yunayted”dən ayrıla biləcəyini jurnalist Rudi Qaletti ictimaiyyətlə bölüşüb.
Onun məlumatına görə, portuqaliyalı yarımmüdafiəçi Səudiyyə Ərəbistanı klublarının maraq dairəsindədi. Lakin MY rəhbərliyi komandanın aparıcı oyunçusu ilə vidalaşmaq istəmir.