“Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiya millisinə çağırılıb.
“Football-plus.az” xəbər verir ki, baş məşqçi Valeri Karpin Kuba ilə yoxlama görüşü üçün ilkin heyətdə 32 yaşlı qolkiperə də yer verib.
Mütəxəssis ümumilikdə 29 nəfərlik heyət müəyyənləşdirib. Təlim-məşq toplanışından sonra yekun heyət açıqlanacaq.
Qeyd edək ki, Rusiya ilə Kuba arasında oyun noyabrın 20-də Volqoqradda keçiriləcək.