• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Lazımdısa, Niderlanddan ora velosipedlə gələrəm!”

Dünya futbolu

3-11-2023, 19:0

Karyerasını 2018-də bitirən Dirk Kuytun oyunu, vurduğu qollar hələ də futbolsevərlərin yaddaşından silinməyib.

“Football-plus.az” xəbər verir ki, onun karyerasının ən parlaq dönəmi isə 2006-12 aralığında şərəfini qoruduğu “Liverpul”la bağlıdı. Niderlandlı ulduz “The Athletic”ə geniş müsahibə verib. Həmin müsahibənin icmalını təqdim edirik.

Dirk oktyabrın 20-də “Hotel Anfield” tədbirinə qatılmaq üçün oğlu Roanla birgə Amsterdamdan Liverpula uçub. Onunla təmasda olmaq ümidi ilə yüzlərlə azarkeş toplaşıb. Dirk “Liverpul”da keçirdiyi sonuncu oyundan 10 il sonra azarkeşlərin əhatəsinə düşüb. Ancaq hər şey bununla bitməyib. Kuyt özünün köhnə məkanlarından birində - şəhərin mərkəzində yerləşən “San Carlo” İtaliya restoranında şam yeməyi üçün də vaxt tapıb. Eləcə də Yürgen Kloppun komandasının Mersisayd derbisindəki zəfərini (oktyabrın 21-də keçirilən oyunda “qırmızılar” “Everton”u 2:0 hesabıyla məğlub edib – red.) izləyib:

“Bizim bura gəldiyimiz gün “Qudison Park”da “Everton”un qapısına iki qol vurduğm oyunun 16 ili tamam oldu. Həmişə derbidən ləzzət almışam. Oyun nə qədər vacib olurdusa, mən özümü bir o qədər yaxşı hiss edirdim. Bura qayıtdığıma, bu təcrübəni oğlumla bölüşmək imkanına görə şadam”.


“Den Haaq” təcrübəsi uğursuz olub
Dirkin Niderland liqasının 2-ci dəstəsində yarışan “Den Haaq”dakı baş məşqçiliyinin ömrü cəmi 6 ay çəkib. O, ötən ilin noyabrında – 16 çempionat oyununda 4 qələbənin ardından qovulub. Ona qədər “Feyenoord”un 19 yaşlılarını da çalışdıran Kuyt özünü məşqçi kimi göstərəcəyinə ümid edir. Onun fikrincə, növbəti çağırışı düzgün seçmək lazımdı: “Den Haaq”da işlər yaxşı alınmasa da, indi yeni imkanlar axtarıram. Bir neçə təklif var idi, ancaq mənə uyğun deyildi. İkinci cəhdimin uğurlu olması çox vacibdi. Amerikada uğursuzluğa düçar olan adamları dəstəkləyirlər, ona görə ki, belədə təcrübə qazanırlar. “Den Haaq”da keçirdiyim altı ayda çox şey öyrəndim. Həmin təcrübənin işimə yarayacağına əminəm”.

Kuyt təxminən 20 il davam edən parlaq karyerası boyunca rəhbərliyi altında çalışdığı məşqçilərdən də çox şey öyrənib. O hələ də Niderland yığmasının sabiq baş məşqçisi, ən xırda detallara da maraq göstərməsi ilə tanınan Lui van Qalla əlaqə saxlayır: “Van Qalla bağlı bir tarixçə danışacam. Bu hadisə DÇ-2014-də - Meksika ilə 1/8 final oyunundan bir gün əvvəl baş verib. Hər oyundan əvvəl biz futbolçulara rəqib haqda videoçarx göndərilirdi, orda rəqibin bütün güclü və zəif cəhətləri haqda məlumat olurdu. Mən Van Qalın otağına getdim, orda baş məşqçi 5-3-2 sxemi ilə oynamalı olduğumuzu dedi. Adətən, hücumçu kimi oynayırdım, ancaq mənə dedi ki, “sol müdafiəçi mövqeyində yer alacaqsan, səndən bunu, bunu, bunu gözləyirəm”. Hətta bunu da əlavə etdi: “Ancaq cağ cinahdakı oğlandan o qədər də razı deyiləm, bu üzdən o işinin öhdəsindən gəlməsə, 2-ci hissədə sağda oynayacaqsan. Yox, hesabda geri düşsək və qol vurmaq lazım gəlsə, səni hücuma – mərkəz forvardı mövqeyinə keçirəcəm. Dediklərimə köklən. Hesabda irəli çıxsaq, 4-3-3 sxeminə keçəcəyik və onda sağ müdafiəçi kimi oynayacaqsan”. Görüş bir saatdan artıq davam etdi. O, mənə fərqli çarxlar göndərdi. Oyuna solda başladım, fasilədən sonra sağa keçdim, 0:1 uduzurduq və onda hücumda oynamağa başladım. Biz irəli çıxan kimi müdafiəyə çəkildim. Van Qal bütün nüansları təfərrüatı ilə anlatmışdı. Rafael Beniteslə də belə idi. Rafa karyeram boyunca gördüyüm ən yaxşı menecerlərdən biridi. Onunla iş sayəsində anladım ki, kiçik detallar böyük əhəmiyyət daşıya bilər”.

Futbolçu yox, balıqçı ola bilərmiş...
Kuytun futbolçu keufiyyətləti heç vaxt şübhə doğurmayıb. Niderland, İngiltərə və Türkiyə klublarının heyətində titullar qazanıb, 104 dəfə milli forma geyib, Çempionlar Liqasının və dünya çempionatının finalında oynayıb. Ancaq həyat yolu tam fərqli də ola bilərdi. Dirk heç də ölkənin aparıcı klublarından birinin akademiyasının yetirməsi olmayıb. Kiçik Katveyk şəhərində böyüyəndə güman olunurdu ki, o da atasının izi ilə gedəcək, futbolçu olmayacaq: “Babam kimi, atam da balıqçı olub. Atam 14 yaşında olanda dənizdə balıq tutmağa başlayıb. Uşaq vaxtı mən də balıqçılığa həvəs göstərirdim. Futbola həvəskar səviyyəli “Kvik Boyz”un akademiyasında başladım, valideynlərim inanclı insan olduqlarına görə bazar günü futbol oynaya bilmirdim, çünki həmin gün kilsəyə gedirdik. Onlar peşəkar səviyyədə oynamağımı istəmirdi. 17 yaşım olanda Utrextdən məktub gəldi. Valideynlərim məktubu mənə verib dedilər: “Futbolu çox sevdiyini bilirik, indi qərar vermək növbən çatıb. Hansı qərarı verirsən-ver, biz səni dəstəkləyəcəyik”. Qərar vermək asan deyildi, çünki mən həmişə valideynlərimə hörmət etmişəm. Hər halda, “Utrext”in təklifini qəbul etdim. Valideynlərim əvvəl kilsəyə, sonra stadiona yollanırdılar ki, mənə baxsınlar. Atam mənə demişdi ki, həyatda nəyəsə nail olmaq istəyirsənsə, çox çalışmalısan. Bəlkə də həvəskar klubun akademiyasında olarkən futbol təhsili baxımından bəzi məqamları buraxmışam, ancaq orda həm də başqalarından daha çox işləməyə məcbur idim. Niderlandın U-15 yığmasına düşəndə komandada 64 oyunçu var idi. Onlar məndən daha yaxşı idi. Bu üzdən birinci seçimdən sonra kənarda qaldım. Keçənlərin siyahısını özümdə saxladım. 2004-cü ildə ilk dəfə əsas yığmanın formasını geyəndə həmin siyahıya baxdım. Maraqlıdı ki, seçimdən keçənlərin heç biri mənim qədər irəli gedə bilməmişdi. Adamlar daim deyirdilər ki, sən yetərincə yaxşı deyilsən, ancaq mən ən yaxşı olmaq üçün həmişə mübarizə aparmışam”.

“Utrext”in heyətində keçirdiyi 176 oyunda 58 qol vurandan və Niderland kubokunu qazanandan sonra Kuyt 2003-də “Feyenoord”a keçdi. 2004/05 mövsümündə 29 qolla erediviziyanın bombardiri oldu, 12 ay sonra isə 9 milyon funt müqabilində “Liverpul”a yollandı: “DÇ-2006 ərəfəsində Rafa Benitesin zəngini xatırlayıram. “Bağışla, səni narahat edirəm. Bilirəm ki, indi dünya çempionatına köklənməyin zəruridi, ancaq sənə bir sualım var: “Liverpul”a keçmək istəyirsənmi?” Ona belə cavab verdim: “Lazımdısa, Niderlanddan ora velosipedlə gələrəm!” Rafa cavab verdi ki, bu vaxt aparar, ancaq biz səni götürəcəyik. Rafa mənə böyük inam bəxş etdi. Elə ilk mövsümdə 12 qolla “Liverpul”un premyer-liqada bombardiri oldum. Ordakı 2-ci mövsümün startı ərəfəsində - Arubada dincələrkən qəzet oxuyurdum. Birdən qəzetdə gördüm ki, komandaya Fernando Torres adlı yeni futbolçu gəlir. Şezlonqdan qalxdım və qaçmağa başladım”.
“Liverpul” karyerasının sonu: 285 oyun, 71 qol
Kuytu səciyyələndirən keyfiyyətlərdən biri də işinə sadiqlik və müxtəlif mövqelərdə oynamağa hazır olması idi. Bu üzdən azarkeşlərin də simpatiyasını qazanmışdı. O, ÇL-in yarımfinalında “Çelsi”nin qapısına qələbə penaltisini vurdu, Afinadakı finalda “Milan”ın qapısına yol tapdı, “Liverpul”a 2008/09 mövsümündə MY ilə çempionluq mübarizəsi aparmaqda yardım etdi. Ancaq komanda mançesterlilərdən 4 xal geri qaldı: “Həmin çempionluq yarışında daim bizə elə gəlirdi ki, “Yunayted”dən bir addım geridəyik. Təyyarədə uçurduq, biz uçana qədər “Yunayted” uduzurdu, artıq enəndə isə rəqibin qələbə xəbərini alırdıq. Rafa deyirdi ki, növbəti addımı atmaq üçün ona bir və ya iki oyunçu lazımdı. Ancaq klubun sahibləri 2009-da Xabi Alonsonu “Real”a, sonrakı il Xavyer Masçeranonu “Barselona”ya satdı”.

Fikir ayrılıqlarından və borclardan bezən Tom Hikslə Corc Gillett klubu satandan sonra “Liverpul”un uğursuz dönəmi başladı. 2010-un yayında Benites də getdi, Roy Hocson qısa müddətə “sükan arxasına” keçdi. Yalnız 2011-in yanvarında Kenni Dalqlişin təyinatından sonra klubun yüksəlişi başladı. Dirk bu prosesin liderlərindən biri idi: “Futbolda hər şey qısa müddət ərzində dəyişə bilər. Mən bunu Niderlandda – “Ayaks”ın nümunəsində görürəm. Ötən il deyirdilər ki, “Ayaks” qarşıdakı 20 il ərzində Niderlandın “Bavariya”sı olacaq. İndi isə komanda turnir cədvəlinin sonundadı. Dalqliş gələndən sonra bizdə vəziyyət düzəldi. Elə həmin ay Luis Suares də “Liverpul”a keçdi və klubun bütün tarixi ərzində ən yaxşı transferlərdən oldu. Növbəti yay Kenni Cordan Hendersonu gətirdi. Cordan mənim əvəzedicim idi. Artıq əvvəlki qədər oynamaq imkanı qazanmadığıma görə “Liverpul”dan getməyə qərar verdim. Ancaq Dalqlişə həm baş məşqçi, həm də insan kimi hörmətim qətiyyən azalmadı. O əsl centlemdi, “Liverpul”u təcəssüm etdirən simadı”.

Dirk “Liverpul”dakı son mövsümündə Liqa kubokunun “Kardiff” ilə final oyununda sonradan mübarizəyə qoşulsa da, qol vurdu, ardından komandasına oyunsonrası penalti seriyasından qalib ayrılmaqda yardım etdi. Komanda “qızıl dubl”a yaxın idi, ancaq ölkə kubokunun finalında “Çelsi”yə uduzdu. Bu məğlubiyyət 285 oyunda 71 qol vuran Kuytun “Liverpul”u başıuca tərk etməsinə mane olmadı: “Baxmayaraq ki, bu, yalnız Liqa kuboku idi, mənim üçün qələbə böyük önəm daşıyırdı. Mükafatla ayrılmaq istəyirdim. “Liverpul”da istədiyim qədər çox titul qazana bilmədim, ancaq bu klub məni qalib etdi. “Fənərbaxça”ya keçdim, çempionluğu, Türkiyə kubokunu və Superkubokunu qazandım. Ardından “Feyenoord”a qayıdıb Niderland kubokunu da qazandım, çempion titulundan sonra isə karyeramı bitirdim”.

2017-ci ilin mayında 36 yaşlı Kuyt mövsümün son turunda het-trik etdi. Covanni van Bronkhorstun çalışdırdığı “Feyenoord” isə “Herakles” üzərində qələbə ilə 18 illik çempionluq həsrətinə son qoydu: “Bundan bir həftə əvvəl mən heyətdə yox idim. Artıq elitanı tərk etmək üzrə olan “Ekselsior”a 0:3 uduzurduq, həmin oyunun son dəqiqələrində mənim mövqeyimdə oynayan Tonni Vilena sarı vərəqə alaraq cəzalı duruma düşdü. Məhz bu cəza heyətə yolumu açdı”.

Kuyt karyerasında uğurun nə demək olduğunu yaxşı bilir. Üç dünya çempionatında oynayıb, 2010-cu ildə titulu qazanmağa dəhşətli dərəcədə yaxın olub. Xatırladaq ki, “narıncılar” həmin il finalda İspaniyaya 0:1 uduzub: “Çempionlar Liqasının 2007-ci ildəki finalı ilə yanaşı, bu da karyeramın ən parlaq hadisələrindən, həm də ən böyük məyusluqlarından biridi. Aryen Robbenin qaçırdığı şansı həmişə xatırlayacağıq. Bəxtimiz heç gətirmədi. Gözəl karyeram olub. Futbolla məşğul olmaq şərəfinə çatmışam. Bu oyundan ötrü darıxmıram, sadəcə, mənə belə həyat bəxş etdiyinə görə futbola minnətdaram”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

6-06-2022, 20:0

Kuyt özünə 2-ci divizionda iş tapdı

Dünya futbolu

29-11-2022, 14:0

75 yaşında təyinat aldı!

Dünya futbolu

18-04-2022, 12:0

Kuyt boksda gücünü sınayacaq!

Aktual
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
“Kəpəz” azarkeşləri və Yusif İmanov arasında qalmaqal
Ayxan Abbasov gedir, “Şamaxı” rəhbərliyi qəbul etmək istəmir
Çempion bəllidi, 2-ci yerə iki namizəd var
Əli Bəşirovun harda zədələndiyi bəlli oldu – Aftandil Hacıyevdən açıqlama
"Tofiq Bəhramov"da 11 boş sektor: tribunalarda cəmi 17830 tamaşaçı var... - FOTOLAR
Son xəbərlər
  • Bu gün, 00:16
    Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
  • Dünən, 23:53
    Azərbaycan şahmatı: uğur, yoxsa uğursuzluq?
  • Dünən, 23:26
    Azərbaycan derbisinə bilet alacaq azarkeşlərin diqqətinə!
  • Dünən, 22:58
    Dünya çempionatında iştirak etməyəcək
  • Dünən, 22:28
    Burak Yılmazdan gələcəyi ilə bağlı yeni qərar
  • Dünən, 21:57
    "Üç xal qazandığımız üçün sevincliyik" - Saşa İliç
  • Dünən, 21:27
    "Azarkeşlərdən bu nəticələrə görə üzr istəyirik" - Kaxaber Sxadadze
  • Dünən, 20:57
    Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
  • Dünən, 20:26
    ''Fənərbaxça'' Edersonun menecerini İstanbula çağırdı
  • Dünən, 19:55
    "Kəpəz" uduzdu, "Sumqayıt" qalib gəldi - YENİLƏNİB
  • Dünən, 19:26
    “Turan” ölkə çempionu oldu
  • Dünən, 18:51
    “Yusif İmanov cəzalanacaq” - Azər Bağırov
  • Dünən, 18:25
    “Bu gün oyun haqda danışaq” – Jorj Kaşkilya
  • Dünən, 18:14
    “Kəpəz” azarkeşləri və Yusif İmanov arasında qalmaqal
  • Dünən, 17:09
    "Sumqayıt" - "Qəbələ": START HEYƏTLƏRİ
  • Dünən, 16:38
    Millinin üzvlərinə xatirə hədiyyəsi təqdim olundu
  • Dünən, 16:17
    Mikelsin üz sümüyü qırılıb
  • Dünən, 15:18
    Ayxan Abbasov gedir, “Şamaxı” rəhbərliyi qəbul etmək istəmir
  • Dünən, 14:57
    "Kəpəz" - "İmişli": START HEYƏTLƏRİ
  • Dünən, 14:26
    Çempion bəllidi, 2-ci yerə iki namizəd var
  • Dünən, 13:55
    Nərimanın komandası uduzdu
  • Dünən, 13:24
    Əziz Yıldırım ''Fənərbaxça''nın transfer siyasətini yıxıb sürüdü
  • Dünən, 12:53
    Əli Bəşirovun harda zədələndiyi bəlli oldu – Aftandil Hacıyevdən açıqlama
  • Dünən, 12:22
    "Qızlar bütün tapşırıqları yerinə yetirdi" - millimizin məşqçisi
  • Dünən, 11:51
    Salah ilə Robertsonu kimlər müşayiət edəcəklər?
  • Dünən, 11:20
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Dünən, 10:59
    25 illik həsrətə son qoydular
  • Dünən, 10:28
    "Beşiktaş'' 6 milyon avroya aldığı futbolçu ilə vidalaşır
  • Dünən, 09:57
    Arzuolunmaz kürəkən... – REPLİKA
  • Dünən, 00:15
    "Bəlkə, oyunçularımın yaşam tərzlərini daha çox incələməliyəm" - Qurban Qurbanov
  • 18-04-2026, 23:0
    “Real”ı kimlər tərk edəcəklər?
  • 18-04-2026, 23:0
    "Oyunçularım boşluqları bağladı, rəqib heç nə ilə yadda qalmadı" - Valdas Dambrauskas
  • 18-04-2026, 22:0
    İtaliyalı ulduz ''instaqram''ın ulduzunu söhbətə çağırdı və... səhvini etiraf etdi
  • 18-04-2026, 22:0
    Dilinin bəlasına düşdü
  • 18-04-2026, 22:0
    “Liverpul”u tərk etməyəcək
Daha çox
Oxunub: 402
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 259
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 250
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 233
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 174
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Oxunub: 159
Vernidubun uğuruna kölgə salan Abasov... – YAZI
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə