Xəbər verdiyimiz kimi, “Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası Gənclər Liqasının 2-ci təsnifat mərhələsində “Olimpiakos”la qarşılaşacaq. Bu oyun noyabrın 8-də Qəbələdə şəhər stadionda keçiriləcək.
Yunanıstan klubunun Bakı səfərinin detalları bəlli olub.
“Football-plus.az”a daxil olan məlumata görə, Pirey təmsilçisi noyabrın 5-dən ölkəmizdə olacaq. Yunanlar ayın 6-da Bakı Olimpiya Stadionunda məşqə də çıxacaqlar. Komanda Qəbələyə noyabrın 7-də yollanacaq.
İLKİN SULTANLI