• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Göygöl” yenidən oynamaq, “Sheki City” texniki qələbə istəyir

Aktual / 2-ci liqa

2-11-2023, 17:0

Srağagün ölkə futbolunda növbəti qalmaqala şahidlik etdik. Belə ki, qalmaqal 2-ci liqanın 9-cu turunun “Göygöl” – “Sheki City” oyununda yaşandı.

Meydandakı vəziyyət o qədər gərginləşdi ki, Rövşən Rəcəbovun başçılıq etdiyi hakimlər briqadası 83-cü dəqiqədə oyunu dayandırmalı oldu. İndi “Göygöl”ün futbolçularının ədalət təmsilçisinin qərarlarına sərt və davamlı etiraz etdiyi iddia olunur. Görünür, haimin ikinci hissədə ev sahiblərinə 3 qırmızı vərəqə göstərməsi birmənalı qarşılanmayıb. Həmçinin baş məşqçi Araz Mansurov texniki zonadan uzaqlaşdırılıb. Meydan sahiblərinin Rövşən Rəcəbova təzyiq göstərdiyi və hakimlərin bu üzdən qaçdığı bildirilir. Oyunu izləmək üçün PFL-in “1-ci liqa/2-ci liqa” “yutub” kanalına daxil olsaq da, videonun yayında olmadığını gördük.

Artıq “Göygöl” meydanda yaşananlarla bağlı bəyanat yayıb. Maraqlıdı ki, klub baş hakimin mərc platformalarıyla əməkdaşlığını dilə gətirməkdən də çəkinməyib:

“Oktyabrın 31-də 2-ci liqanın 9-cu turunda “Göygöl”lə “Sheki City” arasında keçirilən oyunda xoşagəlməz hadisələr yaşanıb və klubumuz bundan zərər çəkib. Başverənlərə etiraz etdiyimizi bəyan edir, məsələnin araşdırılaraq doğru qərarlar veriləcəyinə inamımızı bildiririk. Belə ki, 80-ci dəqiqədə hakimin ədalətsiz qərarına etiraz edən futbolçumuz Vüqar Əşrəfliyə qırmızı vərəqə verilib. Vüqar meydançanı tərk edərkən hakim Rövşən Rəcəbov onu təhqir edib, idmançı şərəf və ləyaqətini alçaldan ifadələr işlədərək münaqişəyə təhrik edib. Bundan sonra tərəflər arasında mübahisə başlayıb. Hakim Rövşən Rəcəbov oyun zamanı asayişdən məsul olan polis əməkdaşlarının təhlükəsizliyi təmin edə bilməməsini iddia edərək oyunu yarımçıq saxlayıb. Ədalət təmsilçisinin qeyri-adekvat hərəkətləri, oyunu yanlış idarə etməsi, daha doğrusu, idarə edə bilməməsi, kobud səhvlərə yol verməsi, səriştəsizliyi səbəbindən matçı yarıda buraxmasını nəzərə alaraq, bu şəxsin cəzalanması və matçın yenidən təşkil edilməsinin vacibliyini qeyd edir, bununla bağlı açıq ictimai müraciətimizi bildiririk. Məsələ ilə bağlı Azərbaycan Futbol Federasiyasları Assosiasiyasına (AFFA) rəsmi yazılı müraciət ediləcək.

Oyunun əvvəlki dəqiqələrində də hakimin qərəzli qərarlar verməsinin şahidi oluruq. Onun matçda sarı və qırmızı vərəqələrdən yanlış və qərəzli şəkildə istifadəsindən və vəzifə səlahiyyətlərindən istifadə edərək Azərbaycan Respublikasının sərhədləri çərçivəsində qadağan edilən mərc platformaları ilə əməkdaşlıq çərçivəsində qeyri-qanuni gəlir əldə etməsindən də şübhələnirik.

Son dövrlərdə Azərbaycan futbolunda aparılan islahatlara kölgə salan halların yolverilməz olduğunu, məsələnin AFFA İntizam Komitəsi tərəfindən nəzarətə götürülməsini xahiş edir, ədalətli qərar veriləcəyinə inamımızı bildiririk. “Göygöl” daim ədalət tərəfdarı olub, bütün addımlar zamanı ilk öncə dürüstlük, idman prinsipləri, layiqli oyun nümayiş etdirilməsini istəyib. Futbolçularımızın öncəki matçlarda da qırmızı vərəqə aldığı məqamlar olub, bunu təbii qiymətləndirərək heç bir etiraz etməmişik. Lakin qərəzli halların ardıcıl baş verməsinin üzücü bir tendensiyaya çevrilməsi bizi narahat edir. Məsələ ilə bağlı videofaktlar klubumuz tərəfindən aidiyyati üzrə təqdim etmək üçün hazırdı. Sonda heç vaxt qalmaqallarda, hakimlər və ya rəqiblərlə problemlərdə adı hallanmayan klubumuzun şərəfli yolunu əvvəlki kimi davam etdirəcəyini bildiririk”.


Bəyanatla bağlı klubun rəhbər şəxsləriylə danışmaq istəsək də, cəhdlərimiz baş tutmadı. Mətbuat xidmətinin rəhbəri Akşin Ağayev isə mövzuyla bağlı rəsmi qərarın verilməsini gözlədiklərini bildirdi.

Növbəti addımda AFFA-nın mətbuat katibi Elnur Məmmədlidən qurumun mövqeyini öyrəndik:

“Hadisənin səbəbləri və oyunun yarımçıq qalması barədə araşdırmalarımız davam edir. Proses başa çatandan sonra İntizam Komitəsi məsələ ilə bağlı qərar verəcək”.


Peşəkar Futbol Liqasının media və marketinq direktoru Sənan Abdullayev isə qurumun öhdəliklərini tam yerinə yetirəcəyini bildirdi:

“Bildiyiniz kimi, 2-ci liqa bu ildən keçirilir, yəni yeni liqadı. Bütün liqalarda olduğu kimi, burada da təhlükəsizlik məsələləri bizim üçün çox önəmlidi. Dünən (srağagün – red.) Göygöl Olimpiya İdman Kompleksində keçirilən “Göygöl” – “Sheki City” matçı baş hakim Rövşən Rəcəbovun qərarı ilə yarımçıq dayandırılıb. Oyunun həm baş hakim, həm də AFFA nümayəndəsi tərəfindən yazılmış raportunu əldə etmişik. Eyni zamanda Peşəkar Futbol Liqasının oyunla bağlı çəkilişi var. Məlumat üçün bildirək ki, PFL-in 2023/24-cü illər üçün əsasnaməsində belə halların tənzimlənməsi ilə bağlı bəndlər var. Baş hakimin fikrincə, oyuna futbolçuların, rəsmi şəxslərin və kənar şəxslərin müdaxiləsi varsa, matç yarımçıq dayandırıla bilər. Eyni zamanda vurğulamalıyıq ki, belə hallara görə yarımçıq dayandırılmış oyunlar yenidən keçirilmir. Oyunla bağlı müvafiq qərarların verilməsi müvafiq şəxlərin raportlarına əsasən AFFA İntizam Komitəsinə həvalə olunur. PFL əsasnamənin tələblərinə uyğun olaraq bütün prosedurları həyata keçirir və lazımi sənədlər AFFA İntizam Komitəsinə verilir”.


“Sheki City”nin prezidenti Elgün Hüseynova da tribuna verdik. O, qalmaqaldan danışmaqla yanaşı, AFFA İntizam Komitəsinin onlara texniki qələbə verəcəyini gözlədiyini dedi:

“Göygöl”ün iddialarıyla razı deyilik. Hakim tərəfkeşlik etmədi, əksinə, qərarların ədalətli olduğuna inanırıq. Dərinə getsək, ilk qırmızı vərəqə bizə verildi. Azlıqda qalmağımıza baxmayaraq, yaxşı oyunla hesabda önə keçdik. Biz rəqibi üstələdikcə aqressiv çıxış etməyə, hakimin hər qərarına sərt etiraz bildirməyə başladılar. Onlar qayda pozuntularına görə cəzalandı. İki futbolçusu simulyasiya etmək istəyirdi, lakin alınmadı. Belədə “sarı” verilməlidi də, başqa nə etmək olar? Oyun davam etsəydi, “Göygöl”ün hələ çox futbolçusu “qırmızı” alacaqdı. Bizdə matçın videosu var, diqqətlə baxıb təhlil etmişik. Hər şey qaydalara uyğundu. Rəqibin niyə belə davrandığını isə anlamırıq. AFFA İntizam Komitəsinin ədalətli davranaraq, bizə texniki qələbə verəcəyini düşünürük. “Göygöl”ə növbəti sınaqlarda uğurlar arzulayırıq, lakin təmkinli olsalar, daha yaxşıdı. Hər kəs ölkə futbolunun inkişafını istəyir. Məhz 2-ci liqa da bu məqsədlə yaradıldı. Nə klubumuzun, nə də turnirin belə xoşagəlməz hallarla gündəmə gəlməsini dəstəkləyirik. Öz növbəmizdə “Futbol+”ə də təşəkkür edirik ki, bizə tribuna verir və hər kəsin fikrinə hörmətlə yanaşır”.


KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

2-ci liqa / Manşet

23-10-2023, 16:0

"Kür-Araz", "Ağdaş" və "Lerik"dən qələbə - YENİLƏNİB

2-ci liqa / Manşet

25-09-2023, 17:0

2-ci liqada 4-cü tura start verildi - YENİLƏNİB

2-ci liqa

26-09-2023, 17:0

"Qusar" - "Cəbrayıl", "Ağdaş" - "Lerik" matçlarında sülh - YENİLƏNİB

2-ci liqa

28-08-2023, 22:0

2-ci liqada 2023-24 mövsümünün - TƏQVİMİ

2-ci liqa / Manşet

19-09-2023, 19:0

2-ci liqada 3-cü tura yekun vuruldu - YENİLƏNİB

2-ci liqa / Manşet

30-10-2023, 15:0

"Füzuli" xal itirdi, "Kür Araz" "Şəfa"nı, "Şahdağ Qusar" "Şəmkir"i darmadağın etdi - YENİLƏNİB

Aktual
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Son xəbərlər
  • Bu gün, 22:13
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • Bu gün, 21:44
    Mançesterdən Madridə yollandı
  • Bu gün, 21:13
    İngiltərədə iş yerini dəyişə bilər
  • Bu gün, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
  • Bu gün, 20:11
    "Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
  • Bu gün, 19:40
    Toral "Şaxtyor"a qarşı oyunun start heyətində
  • Bu gün, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Bu gün, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Bu gün, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Bu gün, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Bu gün, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Bu gün, 16:32
    Mahir start heyətində!
  • Bu gün, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Bu gün, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Bu gün, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Bu gün, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Bu gün, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Bu gün, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Bu gün, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Bu gün, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Bu gün, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Bu gün, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Bu gün, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Bu gün, 11:33
    Qarsiyaya xələf olacaq
  • Bu gün, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Bu gün, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Bu gün, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Bu gün, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 23:50
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 22:54
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • Dünən, 22:13
    London klubunda yeni oyunçu
  • Dünən, 21:44
    Birmingemdən Londona yollandı
  • Dünən, 21:12
    Qattuzonun yerini o tutacaq
  • Dünən, 20:41
    Milli komandanı tərk edəcək
Daha çox
Oxunub: 209
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 165
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 122
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 102
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 98
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 87
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə