• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Premyer-liqaya gəlmək istəyən “İmişli”yə Gülpəri xalanın məsləhəti

Ölkə futbolu / Manşet

2-11-2023, 12:0

2023 İmişli futbolu üçün düşərli oldu. Rayonun müxtəlif liqalarda çıxış edən üç klubu var. “İmişli” 1-ci, “Kür-Araz” 2-ci liqada, “Araz” isə Region Liqasında iştirak edir. Hiss olunur ki, rayona böyük futbolu gətirmək istəyirlər.

Çoxdan İmişliyə səfər etmirdim. “MKT-Araz” 1-ci divizionda çıxış edəndə iki-üç dəfə oyunlarına getmişdim. Əslində “İmişli” – “İrəvan” matçı günü də rayona gedirdim. Hacıqabulda xəbər çatdı ki, qonaqlar meydana çıxmayacaq. Yolun yarısından qayıtdım. Ardından klubun İdarə Heyətinin sədri Aqşin Mürsəlov məni “Zaqatala” ilə matça dəvət etdi.

Vaxt-vədə yetişdi. Dünən səhər saatlarında həmkarım Abdulla İsmayılov və Elsəvər Muradzadə ilə yollandıq İmişliyə. Taksidə bizlə birgə 50-60 yaşlarında bir xala da gedirdi. Yolboyu sürücü ilə həyatındakı problemlərdən danışmağa başladı. Bizim Abdulla da belə söhbətlərə müdaxilə etməkdən ötrü ölür. Elsəvər də qulaqlığı taxaraq musiqi dinləyirdi. Mən yazıq bilmədim nə edim... Qoşuldum xala, sürücü və Abdullanın ailə, evlilik söhbətlərinə. Yol boyuncu öyrəndim ki, Gülpəri xanım Qəbələnin Vəndam kəndindəndi. İki övladı var. İmişliyə qızıgilə qonaq gedir. Oğlu isə Bakıda qalır. Gülpəri xala nişanlı ola-ola, bunu başqası qaçırıb. Buna görə 5 il əziyyət çəkiblər. Həyat yoldaşı da çox qısqanc imiş. Qoymayıb xanımı ticarətlə məşğul olsun. Dediyinə görə, bu sahə üzrə universitet təhsili alıb. Amma əri ticarətlə məşğul olmasını istəməyib. O da məktəbdə, baxçada xadimə işləyib. Yəni bu ağbirçək xanım min əziyyətlə xalqımız üçün yararlı iki övlad böyüdüb, boya-başa çatdırıb. 89-95-ci illərdə doğulan uşaqların hamısının valideyninin həyatı belə əziyyətli olub. Gülpəri xalanın dediyi bir cümlə diqqətimi çəkdi:

“İnsan gələk işini tam görsün. Yarımçıq nəsə edib çox pul qazana bilərsən. Amma gələcəkdə bunun fəsadını görərsən. Nəsə iş görəndə tam görün!”


Oyuna yarım saat qalmış Heydər Əliyev adına İmişli şəhər stadionundaydıq. Aqşin Mürsəlovla görüşəndən sonra media sektorundakı yerimizi aldıq. Oyun başlayana kimi arenada 150-200 nəfər olardı. Start fiti səsləndikdən sonra azarkeşlər stadiona axışmağa başladı. Açığı, təəccübləndim. Çünki “İmişli” bu mövsüm ilk dəfə doğma meydanda oyun keçirirdi. “Zaqatala” ilə oyuna ən azı 2-3 min azarkeşin gələcəyini düşünürdüm. Düzdü, protokolda matçı izləyənlərin sayı 800 nəfər göstərilib. Lakin stadionda o qədər azarkeş yox idi. Hətta polisləri saysaq da, o qədər adam olmazdı. Ümid edirik ki, gələn görüşlərdə azarkeş sayı artar. Az olsalar da, çox fəal idilər. Azarkeşlərdən biri oyun ərzində top hansı futbolçuda olurdusa, “sağ ol, filanləs”, - deyə dəstək olurdu. Hələ bir xanım oyunun əvvəlindən sonuna kimi Azərbaycan bayrağı ilə ayaqüstə dayandı. Təbii ki, bəzən hakimdən narazılıq hiss olunurdu. Lakin etirazlar söyüşə keçmirdi, maksimum nalayiq ifadə “adam kişi olar” idi.

“İmişli” möhtəşəm oyun sərgilədi. Əsgər Abdullayev yerli və əcnəbi futbolçulardan ibarət əla kollektiv formalaşdırıb. Mehman Hacıyev, Nodar Məmmədov, Xəzər Mahmudov kimi premyer-liqa təcrübəsi olanlar Tonia Tisdel, Silva Gilyerme, Ezekyel Morqanla birgə gözəl vəhdət təşkil edirdi. Əsgər müəllimin məşqçilik bacarığı da öz yerində. “İmişli”nin qurduğu hücumlar başdansovdu deyildi. Mərkəz yarımmüdafiəçiləri uzun ötürmələrlə vingerləri topla təmin etməyə çalışırdılar. Onlar da öz növbəsində hücumu mərkəzə yönəldirdi. “Zaqatala” müdafiəsi belə oyun tərzi qarşısında aciz qaldı. Düzdü, Rüstəm Məmmədovun komandası rəqibə tam təslim olmadı, bir neçə qol vəziyyəti yaratdı. Lakin dünən “İmişli”nin günü idi.

Hesabı 37-ci dəqiqədə 2022/23 mövsümündə “Sumqayıt”da çıxış edən Xəzər Mahmudov açdı. Fasilədən sonra “İmişli” daha da coşdu. “Çəhrayı-ağlar” 52-ci dəqiqədə hesabı 2:0 etdi. Həzrət İsayev künc zərbəsindən ötürülən topu başla qapıya göndərdi. 5 dəqiqə sonra Xəzər dublunu rəsmiləşdirdi. Matçda sonuncu qolu isə U-21-ə namizəd olan Muxtar Nəzərli vurdu. Oyunu izləyənlər arasında Samir Əliyevin köməkçisi Emin İmaməliyev də var idi. Yəqin ki, o, Muxtarla bağlı qeydlərini baş məşqçiyə çatdıracaq.

Beləliklə, oyun “Zaqatala”nın darmadağını ilə bitdi. Oyun tərzindən hiss olunur ki, “İmişli” çempionluq uğrunda mübarizə aparmaq niyyətindədi. Ümumiyyətlə, klub rəhbərliyi də premyer-liqaya vəsiqə qazanmaq yolunda işlər görür. Stadiondakı oturacaqlar dəyişdirilib, ətrafı səliqəyə salınıb. Futbolçular üçün bazada yaxşı şərait qurulub. Hətta müxtəlif yaş qrupu üzrə 5 komanda AFFA-nın təşkil etdiyi liqalara qatılır. Amma yenə də bəzi çatışmazlıqlar var. Stadionun işıqlandırma sistemi, monitoru, teleyayın üçün normal çəkiliş yeri yoxdu. Stadionun kassası var idi. Amma 2006-cı ildə necəydisə, elə də qalıb. Arenanın ətrafında “fanfood” təşkil etmək olar. Çünki stadiona cəmi 600-700 azarkeş gəlsə də, əllərində mineral sualar və enerji içkiləri olan gənclər ortalıqda gəzirdi. Yox, onlar satmırdılar. Sadəcə, mağazadan dostları üçün alıb gətirirdilər. Arenada belə şeyləri satmaq üçün yer olsa, klubun büdcəsinə də əlavə pul gələr.

Yazını İmişliyə gedəndə rastlaşdığımız Gülpəri xalanın dediyi sözlərlə bitirmək istəyirəm. “İnsan gələk işini tam görsün. Yarımçıq nəsə edib çox pul qazana bilərsən. Amma gələcəkdə bunun fəsadını görərsən. Nəsə iş görəndə tam görün!”

Bəli, İmişlidə “MKT-Araz” kimi güclü, hətta avrokuboklara vəsiqə qazanan klub olub. Lakin həmin dövrdəki rəhbərlik işini tam görmədi, normal idarəçilik sistemi formalaşdıra bilmədi. Yekunda “MKT-Araz”ın ömrü uzun olmadı. Amma heç olmasa, həmin klubdan İmişli üçün böyük stadion yadigar qaldı. Təki “İmişli” hər şeyi qaydasında edərək premyer-liqaya gəlsin.



İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

1-ci liqa

28-08-2023, 21:0

1-ci liqada 2023-24 mövsümünün - TƏQVİMİ

Aktual / Ölkə futbolu

28-09-2023, 16:0

“İmişli” öz stadionuna nə vaxt dönəcək?

1-ci liqa

17-08-2022, 17:0

Birinci divizionda mövsümün təqvimi açıqlandı

Aktual / 1-ci liqa

30-10-2023, 10:0

“İmişli” qazondan da narazıdı, hakimdən də

Ölkə futbolu

14-08-2023, 17:0

Bölgə klubu "Araz-Naxçıvan"ın futbolçusunu transfer etdi

1-ci liqa / Manşet

25-10-2023, 16:0

“Zaqatala” və "İmişli" qalib gəldi, yevlaxlılar uduzdu - YENİLƏNİB

Aktual
Mezzotero asan qol vurdu, amma vurdu da!
“Kəpəz” azarkeşləri Mahmud Qurbanovu istəyir, o isə susur
“Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
“Difai” 2-ci liqadan çəkiləcək?
"...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
Son xəbərlər
  • Dünən, 23:58
    "Qalib gəlmək və mövsümü yüksək əhval-ruhiyyə ilə bitirmək istəyirik" - Cəlal Hüseynov
  • Dünən, 23:17
    Hacı Əliyev milliyə məşqçi təyin edildi
  • Dünən, 22:46
    Fizuli Məmmədov "Şahdağ Qusar"da
  • Dünən, 22:35
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 22:01
    Mezzotero asan qol vurdu, amma vurdu da!
  • Dünən, 21:39
    Ayxan Abbasov: "Abdulla ilə Anton millinin ən intizamlı futbolçularıdı"
  • Dünən, 21:11
    "Şamaxı"nın yay hazırlıq planı məlum oldu
  • Dünən, 20:59
    London klubunda gözlənilməz istefa
  • Dünən, 20:28
    Dünya çempionatını buraxacaq
  • Dünən, 19:57
    Parisi tərk edəcək
  • Dünən, 19:36
    Şimali Makedoniya - Azərbaycan matçının hakimləri
  • Dünən, 19:15
    Milandan Turinə yollana bilər
  • Dünən, 18:54
    Slot harda qərar tutacaq?
  • Dünən, 18:23
    “Şəfa”nın yay hazırlıq planı bəlli oldu
  • Dünən, 17:52
    “Kəpəz” azarkeşləri Mahmud Qurbanovu istəyir, o isə susur
  • Dünən, 17:28
    La Liqada hamını qabaqladı
  • Dünən, 16:57
    PFL-dən “CBC Sport”un direktoruna xüsusi hədiyyə
  • Dünən, 16:26
    Bundestimdə itki
  • Dünən, 15:55
    Levi səhmlərin bir hissəsini satdı
  • Dünən, 15:24
    Dünya çempionatında oynaya bilməyəcək
  • Dünən, 14:53
    Premyer-liqada mövsümün ən yaxşı 10 qolu - VİDEO
  • Dünən, 14:32
    Liverpuldan Londona yollandı
  • Dünən, 14:11
    “Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
  • Dünən, 13:50
    Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
  • Dünən, 13:29
    Florensiyanı tərk etdi
  • Dünən, 12:58
    “Gələn il Çempionlar Liqası üçün qayıdacağıq” - “Arsenal”ın qələbə paradına milyona yaxın azarkeş qatıldı
  • Dünən, 12:37
    “Gucci” “Alpin”ə ildə 50 milyon dollar verəcək! - dəb evi də “Formula-1” dünyasına ayaq açdı
  • Dünən, 12:16
    Vembanyama niyə ağladı?
  • Dünən, 11:55
    Premyer-liqanın tarixinə düşdü
  • Dünən, 11:34
    "Şəfa" yayın ilk transferini etdi
  • Dünən, 11:13
    “Difai” 2-ci liqadan çəkiləcək?
  • Dünən, 10:52
    Şəhriyar Məmmədyarov qələbə qazandı - “UzChess Cup”
  • Dünən, 10:31
    “Veqas” final seriyasına qələbə ilə başladı
  • Dünən, 10:00
    "...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
  • Dünən, 08:31
    Xaçmazda regional turnir başa çatdı
Daha çox
Oxunub: 721
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 253
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 251
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 168
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə