• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Çox heyif, mətbuat konfranslarında da mənim haqda soruşan jurnalist yoxdu”

Ölkə futbolu / Manşet / Müsahibə

1-11-2023, 19:0

Vüsal İsgəndərlinin legioner həyatı uğurla davam edir.

Bilindiyi kimi, təcrübəli hücumçu Albaniyanın superliqa təmsilçisi "Eqnatiya"da çıxış edir. O, indiyə qədər 10 rəsmi oyunda şans qazanıb, 3 qol, 1 məhsuldar ötürməylə fərqlənməyi bacarıb. Hələ ki 3 sarı vərəqə alıb. Sevindirici hallardan biri də komandasının 10 turdan sonra 20 xalla 10 iştirakçı arasında turnir cədvəlinin lideri olmasıdı. Futbolçu sonuncu qolunu çempionatın 10-cu turunda "Skenderbeu" komandasının qapısına vurub. Bununla "Eqnatiya" səfərdən 1 xalla (1:1) qayıdıb.
Qeyd olunanlar və başqa məsələlər haqda fikirlərini öyrənmək üçün Vüsalla danışmağı lazım bildik. Onunla söhbətdə hədəfləri, həyatı və komandasının durumu haqda mövzulardan bəhs etdik.

- Albaniyada işlərin yaxşı gedir. Çıxışından bəlli olur ki, uyğunlaşma və formaya düşmək prosesini, demək olar, tamamlamısan. Özünü necə hiss edirsən?
- Allaha şükür, bu gün hər şey yüksək səviyyədədi. Çox yaxşıyam. Start heyətində şans qazanmaq məni daha çox həvəsləndirir. Qollar vurduqca özümü yaxşı hiss edirəm. Təbii ki, dayanmaq olmaz. Daha böyük uğurlar üçün üzərimdə çalışmağa davam edirəm. Ümidlərim böyükdü, xəyallarım var.
- Bir neçə aydı "Eqnatiya"dasan. Çox güman ki, yeni insanlarla tanışlıq mərhələsini adlamısan. Baş məşqçi və futbolçularla münasibətin necədi?
- Bu mövzuda heç bir çətinliyim olmadı. Sağ olsunlar, gəldiyim gündən səmimi münasibət bəslədilər. Bu, uyğunlaşmağıma və özümü yad biri kimi hiss etməməyimə çox kömək oldu. Hər biriylə aram yaxşıdı. Mehribanıq.
- Artıq Albaniya çempionatının ümumi ab-havasından xəbərdarsan. Ora ölkəmizdən hansı xüsusiyyətlərinə görə fərqlənir?
- Müqayisə etmək istəmirəm. Onu deyə bilərəm ki, sərt liqadı. Yəni dayanıqlı yaxşı oyun sərgiləmək istəyirsənsə fiziki və psixoloji baxımdan güclü olmalısan. Azarkeşlər də aman vermir. Xüsusilə səfər oyunlarımız çox gərgin keçir. Rəqib stadionlarında tərəfdarların qəzəbi qarşısıalınmaz olur. Güclü təzyiqə tab gətirməklə yanaşı, yaxşı oyun sərgiləməlisən. Ümumiyyətlə, maraqlıdı. Əsl futbol ab-havası məhz belə olmalıdı.
- Bu yöndə hansısa çətinliklərlə qarşılaşmısan?
- İlk oyunlarda bəzi problemlər yaşadım. Lakin zamanla öyrəşirsən, hətta zövq alırsan. Komandanı və rəqibləri tanıdıqca çatışmazlıqlar geridə qaldı. İndi meydana daha rahat çıxıram, həmçinin oyundan sonra vaxtımı səmərəli keçirə bilirəm.
- 3 dəfə "sarı"yla cəzalanmısan. Albaniyada hakimliyin səviyyəsi necədi?
- Burda hər kəs işini layiqincə görməyə çalışır. Sarı vərəqələr öz səhvlərim ucbatından olub. Nə qədər intizamlı olsan da, bəzi epizodlarda səhv qaçılmazdı.
- Boş vaxtlarını necə dəyərləndirirsən?​
- Yeni dostlar qazanmışam. Matçlardan sonra restoranlara və ya şəhərin gəzməli-görməli yerlərinə gedirik. Daha çox ailəmlə və ölkəmizdəki tanışlarımla danışıram.
- Yeni təklifləri dəyərləndirmək fikrin var?
- Yox, hələ ki burdayam. Diqqətimi komandamla birlikdə çempion olmağa cəmləmişəm. Menecerim yeni təkliflərin olduğunu desə də, harasa getmək fikrim yoxdu.
- Görünür, Azərbaycana qayıtmaq haqda da düşünmürsən...
- Məncə, həm azarkeşlər, həm siz jurnalistlər, həm də məni çox istəyənlər legioner karyerasını davam etdirməyimin tərəfdarıdı. Başqa ölkədə Azərbaycanı uğurlu təmsil etmək qürurverici haldı.
- Sonuncu matçda qol vursan da, qələbə qazana bilmədiz. Oyun haqda nə deyə bilərsən?
- Dediyim kimi, səfər oyunları çox gərgin keçir. Rəqib meydanında oynamaq çətindi. Təəssüf ki, standart vəziyyətdən qol buraxdıq. Burda qonaq komandanın 1 xal qazanması belə çox dəyərlidi. Növbəti turda qələbə qazanacağımıza inanıram.
- Bu dəfə də milli komandaya dəvət edilmədin. Səncə, səbəb nədi?
- Bu haqda məlumatım yoxdu və səbəbi özümə çox maraqlıdı. Mənim üçün qaranlıq məsələdi. Çox heyif, mətbuat konfranslarında da mənim haqda soruşan jurnalist yoxdu ki, "Vüsalı niyə çağırmırsız?". Öz növbəmdə can-başla yığmamıza kömək etməyə hazıram.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

28-10-2023, 23:0

Vüsaldan Albaniyada daha bir qol

Dünya futbolu

19-09-2023, 10:0

Vüsal İsgəndərli Albaniyada "fərqləndi"

Ölkə futbolu

5-07-2023, 16:0

Vüsal İsgəndərli rəsmən "Eqnatiya"da

Ölkə futbolu / Dünya futbolu / Manşet

10-07-2023, 18:0

“Eqnatiya” tarixinin ən parlaq dönəmini yaşayır

Yığma / Manşet

1-07-2023, 16:0

Yığma üzvü legioner həyatı yaşayacaq - ÖZÜ AÇIQLADI

Konfrans Liqası

13-07-2023, 14:0

Vüsal İsgəndərlinin komandasının “Ararat”la oyununu bu telekanal yayınlayacaq

Aktual
Varqas nağılı başa çatır! – belə şey olar?
Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
“Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
“Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
“Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
Son xəbərlər
  • Bu gün, 11:06
    Rövlan Muradov "Araz-Naxçıvan"da
  • Bu gün, 10:53
    Varqas nağılı başa çatır! – belə şey olar?
  • Bu gün, 10:31
    Mehdi Cənnətov "Səbail"də
  • Bu gün, 10:10
    Braziliya pley-offa qrup lideri kimi adladı - DÇ səhəri
  • Bu gün, 09:00
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 00:58
    İsveçrə 1-сi, Kanada 2-ci oldu - DÇ gecəsi
  • Dünən, 23:25
    "Sabah" ilk yoxlama matçında heç-heçə etdi
  • Dünən, 22:50
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 22:00
    Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
  • Dünən, 21:07
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 20:36
    İbrahimoviç Messini yerə-göyə sığdırmadı - ''Pele, Maradona və Kroyffdan da üstündü''
  • Dünən, 19:59
    Torreyra ''Boka Xuniors'' iddiaları üçün nə dedi?
  • Dünən, 19:34
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 18:26
    Məşhur futbolçu klubsuz qaldı
  • Dünən, 17:59
    “Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
  • Dünən, 17:15
    "Neftçi"dən növbəti transfer
  • Dünən, 16:43
    Mundial onun üçün erkən sona çatdı
  • Dünən, 16:12
    Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
  • Dünən, 15:41
    “1,5 milyon manatın PFL-in büdcəsində saxlanılmasına icazə verilib” - AFFA-dan açıqlama
  • Dünən, 15:20
    “Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
  • Dünən, 14:59
    "Zirə"də daha bir ayrılıq
  • Dünən, 14:27
    “Futbolu bir çox idman növü kimi dörd hissədən ibarət etməli deyilik” - Aslan Kərimov mundialı dəyərləndirdi
  • Dünən, 13:57
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Dünən, 13:36
    “Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
  • Dünən, 13:15
    "Araz-Naxçıvan" kolumbiyalı futbolçu transfer etdi
  • Dünən, 12:54
    Xankəndidə yeni cüdo zalı istifadəyə verildi
  • Dünən, 12:23
    "Sabah" Avstriyada ilk yoxlama oyununu keçirəcək
  • Dünən, 11:52
    “Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
  • Dünən, 11:31
    "Neftçi"nin sabiq futbolçusu "Ballkani"də
  • Dünən, 11:10
    PFL klublara 2 milyon 610 min manat ödədi
  • Dünən, 10:59
    “Kəpəz” uğursuz olsa, Azər Məmmədovla birgə rəhbərlik də cavab verəcək” – “Xəmsə”
  • Dünən, 10:28
    Elvin Cəfərquliyev Avstriyaya aparıldı, bəs Abbas hanı? - klub rəsmisi cavab verdi
  • Dünən, 09:51
    1/16 finalda oynayacaq komandalardan 7-si bəllidi - DÇ səhəri
  • Dünən, 02:02
    İngiltərə - Qana oyununda qol vurulmadı - DÇ gecəsi
  • 23-06-2026, 23:0
    "Pafos" Muradın təqdimatını yayınladı
Daha çox
Oxunub: 265
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 255
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 232
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 209
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 203
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Oxunub: 198
“Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə