İngiltərə klub futbolunda yenilik gözlənilir.
"Football-plus.az" xəbər verir ki, Futbol Assosiasiyasının rəhbərliyi ölkə kubokunun formatını qismən dəyişməyi düşünür.
BBC-nin yaydığı məlumata görə, UEFA-nın avrokubokların formatında dəyişiklik etmək qərarını verməsindən sonra İngiltərədə turnirlərin təqvimi ilə bağlı islahata ehtiyac yaranıb. İngiltərə kubokunun 3-cü və 4-cü mərhələlərinin oyunlarında heç-heçə qeydə alınacağı halda təkrar matçların ləğvi nəzərdə tutulur. Yarımfinal mərhələsinin bir matça qədər qısaldılması da planlaşdırılır. Turnirin 5-ci mərhələsinin oyunlarının isə həftəsonuna təyin edilməsi nəzərdə tutulur.
Məlumatda mümkün dəyişikliklərin yalnız 2025/26 mövsümündən tətbiq oluna biləcəyi də qeyd olunur. Səbəb artıq televiziya hüquqları ilə bağlı bir çox müqavilələrin bağlanması ilə bağlıdı.