"Qalatasaray"da ciddi itki baş verib.
"Football-plus.az" xəbər verir ki, komandanın hücumçusu Mauro İkardi zədələnib. O, superliqanın "Beşiktaş"la matçında (2:1) xəsarət alıb. Klubun mətbuat xidməti futbolçunun müalicəsinə başlanıldığını açıqlayıb. Forvard Çempionlar Liqasının "Bavariya" ilə matçını buraxacaq.