“Qalatasaray”da ciddi itki baş verib.
Football-plus.az xəbər verir ki, İstanbul klubunun yarımmüdafiəçisi Serjio Oliveyra zədələnib. Bunu Türkiyə təmsilçisinin mətbuat xidməti açıqlayıb. Tibbi müayinədən keçən portuqaliyalı futbolçunun sağ ayaq biləyinin yan bağlarında yırtıq aşkarlanıb. Onun bir ay meydanlardan kənar qalması gözlənilir.