İsveç çempionatında 27-ci turun matçları keçirilir.
"Football-plus.az" xəbər verir ki, həmyerlimiz Musa Qurbanlının şərəfini qoruduğu "Yurqarden" də növbəti görüşünə çıxıb. Komanda "Hammarbi"ni qəbul edib. Matçda qol vurulmayıb.
Millimizin üzvü qarşılaşmaya start heyətdə çıxıb. O, 73-cü dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Yurqorden" 47 xalla 3-cü pillədə qərarlaşıb.