“FourFourTwo” nəşri futbol tarixinin ən gözlənilməz 32 transferinin reytinqini tərtib edib.
“Football-plus.az” xəbər verir ki, siyahının önündə portuqaliyalı Luiş Fiqunun 2000-ci ildə “Barselona”dan “Real”a transferi qərarlaşıb. İkinci yeri Sol Kempbellin “Tottenhem”dən “Arsenal”a (2001) keçidi tutur. İlk “üçlüy”ü 2017-ci ildə “Barselona”dan PSJ-yə keçən Neymar qapayır. Kriştiano Ronaldonun “Real”ı tərk etməsi 17-ci, Lionel Messinin “Barselona”dan ayrılması isə 26-cı sırada göstərilib.