• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Səfər oyunlarının çoxunda stadionla bağlı əziyyət çəkirik” - MÜSAHİBƏ

Manşet / Müsahibə

16-10-2023, 13:0

4 turun geridə qaldığı birinci liqada məğlubiyyətsiz irəliləyən komandalardan biri də “Şamaxı”dı.

"Football-plus.az" xəbər verir ki, ötən mövsüm elita ilə vidalaşan klub turnir cədvəlində yalnız “İrəvan”dan geridədi. Buna səbəb “Şamaxı”nın son turda MOİK səfərində 1 xalla kifayətlənməsi oldu. Həm bu oyunda, həm də komandanın cari mövsümdəki çıxışı ilə bağlı fikirlərini öyrənmək üçün baş məşqçi Vüqar Əsgərliyə müraciət etdik.

- Hələ ki birinci liqada işləriniz qaydasında gedir. “Şamaxı” sərgilədiyi oyunla elitadan gəldiyini göstərirmi?
- Bildiyiniz kimi, ötən il premyer liqada oynayan futbolçulardan yalnız bəziləri bizimlə yola davam edir. Premyer-liqadan fərqli 1-ci liqada daha dominant futbol oynamağa və daha çox qol vurmağa çalışırıq. 4 oyuna 15 qol vurmağımız da bu istəyin göstəricisidi. Yaxşı olardı ki, oyunumuza kənardan baxan mütəxəssislər qiymət versinlər.

- Yay fasiləsində yaxşı oyunla azarkeşləri yenidən tribunalara qaytaracağınızı demişdiz. 4 turdan sonrakı nəticəni qənaətbəxş saymaq olar. Bəs azarkeşlərin kluba münasibətində dəyişiklik hiss olunur?
- Birinci liqa başlayandan cəmi bir ev oyunumuz olub. Ona görə də bu suala cavab vermək üçün zamana ehtiyac var. İstənilən halda, ev oyununda azarkeşləri çox qol vurmaqla sevindirə bildik. Ümid edirəm ki, növbəti ev oyunlarında və hətta səfər oyunlarında da bizi tək qoymayacaqlar.

- Yayda heyətə cəlb olunan oyunçular ümidlərinizi doğruldur?
- Yayda - mövsümlararası fasilədə komandaya xeyli yeni oyunçu cəlb olundu. Düşünürəm ki, yetərincə rəqabətcil heyət yarada bilmişik. Hər kəs işinin məsuliyyətini anlayır və əzmlə çalışır ki, ən yaxşı nəticəni əldə edək.

- Rəqiblərin heyətində diqqətinizi çəkən futbolçular var? Gələcəkdə komandaya cəlb etmək üçün kimisə “gözaltı etmisiz”?
- Bildiyiniz kimi, bu ildən əvəzedicilər birinci liqadan ayrıldı və yaş limiti aradan qaldırıldı. Rəqiblərin heyətində indi daha çox təcrübəli oyunçular var və bu da liqanı daha maraqlı edir. Əlbəttə, diqqətimizi çəkən oyunçular var və gələcəkdə ehtiyac olarsa, onlara təklif göndərə bilərik.

- Cari mövsümdə hansı komandaları özünüzə əsas rəqib sayırsız?
- Mövsüm hələ yenicə başlayıb, hər komanda iddiasını ortaya qoymağa çalışır. İki-üç komandanı çıxmaq şərti ilə qalanları ciddi müqavimət göstərir.

- Qeyd elədiz ki, iki-üç komandanı çıxmaqla qalanları ciddi müqavimət göstərir. İki-üç komanda dedikdə konkret hansıları nəzərdə tutursuz? Müqavimət göstərməyənlərin meydanda nə kimi problemləri var?
- Turnir cədvəlinə diqqət yetirsəz və hesablara baxsaz, həmin komandaları özünüz də görəcəksiz. Onların problemləri haqda isə mən bir söz deyə bilmərəm.

- Son turda MOİK-i məğlub edə bilsəydiz, hazırda turnir cədvəlində “İrəvan”la şərikli lider olacaqdız. Həmin oyunda 3 xal qazanmaqda sizə nə mane oldu?
- MOİK yetərincə təcrübəli futbolçulardan qurulan heyətə malik komandadı. Deyərdim ki, oyunda üstün tərəf biz idik. Amma qapımıza təyin olunan iki penalti planlarımızı pozdu. Onu da demək istəyirəm ki, səfər oyunlarının çoxunda stadionla bağlı əziyyət çəkirik və bu məqam oyun planımıza təsir edir.

- Turnir cədvəlində bərabər xala malik bir neçə komanda var. Liqa sona qədər belə rəqabətli keçəcək, yoxsa bu mənzərə müvəqqətidi?
- Mövsümün əvvəlidi deyə turnir cədvəlində şərikli xalların olması normaldı. Ən azı 10-12 turdan sonra daha iddialı olanlar bilinəcək.

- Hələ ki cəmi 4 tur geridə qalıb. Mövsümün sonunda yenidən elitaya yüksəlmək şanslarınızı necə dəyərləndirirsiz?
- Rəhbərliyin və bizim əsas məqsədimiz yenidən premyer-liqaya qayıtmaqdı. Mövsümün əvvəli olmasına baxmayaraq, düşünürəm ki, şansımız yetərincə yüksəkdi.

ADİL NƏHMƏTLİ

Paylaş:
Digər xəbərlər

1-ci liqa

28-08-2023, 21:0

1-ci liqada 2023-24 mövsümünün - TƏQVİMİ

1-ci liqa / Manşet

13-10-2023, 18:0

“Şamaxı”nın bombardiri elitaya yüksələcəklərinə inanır

Premyer-liqa / Manşet

4-05-2023, 19:0

“Şamaxı” layihəsi premyer-liqanın taleyinə təsir etdi – ÖZƏL

Ölkə futbolu / Manşet

11-06-2023, 11:0

Vüqar Əsgərli "Şamaxı"dan ayrılıb? - AÇIQLAMA

1-ci liqa

4-09-2023, 16:0

1-ci liqada ilk turun oyunlarının vaxtı

Aktual
KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
"Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
“Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
“Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
“Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
Son xəbərlər
  • Dünən, 23:57
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 23:26
    Erməni güləşçilər Bakıya gələcək
  • Dünən, 23:19
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 23:00
    "Çox keyfiyyətli oyunçular transfer etmişik" - Valdas Dambrauskas
  • Dünən, 22:29
    "Müdafiə olunmağa məcbur idik" - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    "Sabah"dan minimalhesablı qələbə - YENİLƏNİB
  • Dünən, 20:11
    ''Aston Villa''nın sabiq ulduzu Duranın geri dönməsini istəmir
  • Dünən, 19:40
    KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
  • Dünən, 19:20
    "Sabah" - KuPS: START HEYƏTLƏRİ
  • Dünən, 19:09
    "Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
  • Dünən, 18:31
    “Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
  • Dünən, 18:10
    “Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
  • Dünən, 17:58
    KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
  • Dünən, 17:37
    ''Qalatasaray''ın həbsdə olmuş futbolçusuna iki təklif gəlib
  • Dünən, 17:06
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:35
    "Zİrə" kot-d’İvuarlı hücumçu transfer etdi
  • Dünən, 16:09
    “Məhəbbətdən nifrətə bir addım var, hər şeyə hazır olmaq lazımdı” – Yuri Vernidub
  • Dünən, 15:54
    “Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
  • Dünən, 15:24
    ''Çelsi'' ''Fənər''in üzvünü transfer edə bilər
  • Dünən, 14:53
    "Şəfa" kanadalı vinger aldı
  • Dünən, 14:31
    "Çatışmayan məqamlar var" - Azər Məmmədov
  • Dünən, 14:00
    ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
  • Dünən, 13:41
    “İmişli” böyükhesablı qələbə qazandı
  • Dünən, 13:34
    "Qəbələ" nigeriyalı futbolçu aldı
  • Dünən, 13:17
    "Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
  • Dünən, 12:57
    "Ümumilikdə hər şey planlaşdırdığımız kimi keçdi" - Cavid Hüseynov
  • Dünən, 12:26
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Dünən, 11:55
    Bruno Franko daha bir il "Araz-Naxçıvan"da
  • Dünən, 11:34
    "Qarabağ"ın iştirak ərizəsi açıqlandı
  • Dünən, 11:13
    "Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Dünən, 10:52
    Mahir Emreli beş ildən sonra Polşaya qayıtdı - yeni Vəli Qasımov ola bilmədi...
  • Dünən, 10:31
    "Qarabağ" zirvədə, "Sabah" 15-ci pillədə
  • Dünən, 10:00
    "Araz-Naxçıvan"dan böyükhesablı qələbə
  • 20-07-2026, 23:0
    Doğma klubuna qayıtdı
  • 20-07-2026, 22:0
    Klubu ilə yenidən anlaşdı
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 229
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 186
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 163
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə