"Zirə" və "Sumqayıt" milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədə yoxlama oyunu keçirib.
"Football-plus.az" xəbər verir ki, qarşılaşma Zirə İdman Kompleksinin stadionunda baş tutub.
Görüş "Sumqayıt"ın qələbəsi ilə bitib - 1:0. Yeganə qolu 75-ci dəqiqədə penaltidən Kamran Quliyev vurub.
Qeyd edək ki, "Zirə" 9 turdan sonra 19 xalla liderdi. Rəqibindən bir oyun az keçirən "Sumqayıt" 11 xalla yeddinci pillədə qərarlaşıb.