• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qəbələ”nin yarımmüdafiəçisi İsrailin qələbə qazanacağını düşünür - MÜSAHİBƏ

Manşet / Müsahibə

13-10-2023, 15:0

Hazırda İsraillə Fələstin arasında dəhşətli müharibə gedir, hər iki tərəfdən itkilər mindən artıqdı.

"Football-plus.az" xəbər verir ki, mediada bu proseslə bağlı müxtəlif yazılar, videolar, görüntülər yer alır. Müharibə həqiqətən də dəhşətli hadisədi. Bunu ən yaxşı azərbaycanlılar anlayır. Şükürlər olsun ki, bu gün ölkəmizdə belə hadisələr baş vermir. 30 il erməni işğalında olan torpaqlarımızı düşmənlərdən azad etdik. Lakin İsraillə Fələstin arasında başverənlər insanlıq çərçivəsinə sığmır.

Ölkəmizdə kifayət qədər yəhudi yaşayır. Hətta Qubada onlar üçün ayrıca salınmış şəhərcik də var. Söhbət “Qırmızı qəsəbə”dən gedir. Yəhudilər Azərbaycana sədaqəti ilə diqqəti çəkib. Ümumiyyətlə, din, məhzəb, irq ayrı-seçkiliyi etmək niyyətimiz yoxdu. Amma kimin dost, kimin düşmən olduğunu bilirik. Ölkəmizdə hazırda bir fələstinli, altı israilli futbolçu forma geyir. "Neftçi"dən Ataa Caber indiyədək premyer-liqada çıxış edən yeganə fələstinlidi. Yarımmüdafiəçi daha əvvəl İsrail U-21 yığmasının kapitanı olub. Bu yaydan etibarən isə Fələstin millisində çıxış etməyə başlayıb. "Ağ-qaralar"ın daha bir üzvü Kenni Sayef İsraildə anadan olub, ancaq uşaq vaxtı ailəsi ilə birgə ABŞ köçdüyü üçün hazırda bu ölkənin vətəndaşlığını daşıyır. Ötən il heyətinə israilli Fares Abu Akeli qatan "Qəbələ" bu yay onun daha iki həmvətəni - Osama Xalayla ilə Gilad Abramovu komandaya cəlb edib.

Legioner kimi illərlə İsraildə top qovumuş "Səbail"in baş məşqçisi Şahin Diniyevin sərəncamında bu ölkədən iki futbolçu var - Nir Bardea və Yadin Luqasi. "Sumqayıt" da son yay transfer pəncərəsində "İroni Kiryat-Şmona"dan ayrılan Roi Kehatı rənglərinə bağlayıb. Adı çəkilən oyunçuların hər birinə müharibə ilə bağlı fikirlərini səsləndirməsi üçün müraciət etdik. Caber, Sayef, Bardea, Xalayla danışmaq istəmədi. Kehat isə “Kəpəz”i 1:0 hesabı ilə məğlub etdikləri görüşdən sonra jurnalistlərin bu barədə suallarını cavablamışdı. Abu Akellə Luqasi isə qəzetimizin saytına qısa açıqlama verib.
Azərbaycanla da bağlılığı olduğu bildirilən Gilad Abramov cəsarətli çıxdı. 23 yaşlı yarımmüdafiəçi İsraillə Fələstin arasında gedən müharibə ilə bağlı suallarımızı cavablamağa çalışdı...

- Salam, Gilad! Necəsən?
- Salam. Yaxşı deyiləm. Ölkəmdə müharibə gedir. Narahatam.

- Elə bu barədə danışmaq istəyirdim. Son günlər İsrail dünyanın diqqət mərkəzindədi. Bu hadisələr ölkəndəki insanlara necə təsir edir?
- Başverənlər kədərləndiricidi. Səhərlər yuxudan oyanmaq çox çətindi. Dəhşətli məqalələr oxuyuram. Televizorda, internetdə amansız videolar göstərirlər. Əclaflar yüzlərlə israilli uşağı, kişini, qadını, qocanı, yaşlını, gənci qətlə yetirib. Bu dəhşətdi.

- Ailənlə əlaqə qurmağı bacarmısan? Hər şey qaydasındadı?
- Hə! Hər şey yolundadı. Onlar yaxşıdılar. Amma ailəm haqda daha ətraflı danışmaq istəmirəm.

- Mediada gündə müxtəlif rəqəmlər səslənir. Minlərlə insan həyatını itirib, yaralanıb və ya itkin düşüb. Onlar arasında sənlə tanışlığı olan kimsə var?
- Bəli. Mənlə tanışlığı olanlardan itkin düşənlər var. Onlar barədə düşünmək çətindi. İndiki vəziyyət çox qəlizdi. İsraildə dəhşətli hadisələr yaşanır. Hər şey baş verə bilər. Bu barədə düşünmək istəmirəm. Ola bilər ki, ailəmdən kiməsə nəsə olsun. Dostlarım və ya tanışlarım ölə, itkin düşə bilər. Amma bunu yaşamaq istəmirəm. Təsəvvür etmək belə çox ağırdı.

- Belə məqamlarda iş arxa plana keçir. Amma sən futbolçusan. Yaşananlar məşq prosesində sənə mənfi təsir etmir?
- Bəli, təsir edir. Fikrim ölkəmin, ailəmin, dostlarımın, tanışlarımın yanındadı. Başqa nəsə düşünə bilmirəm.

- Bu günlər ərzində ailəni, dostlarını, tanışlarını yanına gətirmək haqda düşünməmisən?
- Düzdü, vəziyyət çətindi. Ola bilər ki, bu hal günlərlə davam etsin. Amma İsrail bizim evimizdi. Əminəm ki, ailəm və dostlarım ölkəmizin müdafiəsi üçün əlindən gələni edəcək. Onlar savaşacaqlar, İsrailin müdafiəsindən geri çəkilməyəcəklər. Ordumuz bütün vətəndaşlarımızı qorumaq üçün əlindən gələni edəcək. Bu səbəbdən də onlar İsraili tərk etmək haqda düşünmürlər. Qələbə bizimlədi. Hər şey İsrail üçündü.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

10-10-2023, 18:0

“Səbail”in israilli futbolçusu ümidlidi - AÇIQLAMA

Premyer-liqa

8-06-2023, 23:0

"Neftçi"nin israilli futbolçusu Fələstin millisində

Premyer-liqa / Manşet

10-10-2023, 18:0

İsraildə olan “Qəbələ”nin üzvündən xəbər var

Ölkə futbolu

10-10-2023, 13:0

“Neftçi”nin futbolçusu “Merdeka” turnirində iştirak edəcək

Premyer-liqa / Manşet

4-07-2022, 15:0

"Neftçi" daha bir israilli futbolçunu transfer edir - İDDİA

Aktual
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Son xəbərlər
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Dünən, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Dünən, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Dünən, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Dünən, 11:54
    Millimiz rekorda imza atdı
  • Dünən, 11:23
    Hamını arxada qoydu
  • Dünən, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Dünən, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Dünən, 10:00
    Lissabondan Madridə üz tutdu
  • 12-07-2026, 23:0
    Klubu ilə yenidən anlaşdı
  • 12-07-2026, 23:0
    Kapitan “gəmini” tərk etməyəcək
  • 12-07-2026, 22:0
    Son çempiondan unikal göstərici
  • 12-07-2026, 22:0
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • 12-07-2026, 22:0
    Dortmundu tərk etməyə yaxındır
  • 12-07-2026, 21:0
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
Daha çox
Oxunub: 216
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 200
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 155
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə