Li Kan İn hərbi xidmətdən azad ediləcək.
"Football-plus.az" xəbər verir ki, PSJ-nin yarımmüdafiəçisi bu hüququ milli komanda ilə uğur qazanmaqla əldə edib.
O, Koreyanın U-23 yığması ilə Asiya Oyunlarının qalibi olub. “RMC Sport”un yaydığı xəbərə görə, bu uğuru onun hərbi xidmətdən azad edilməsinə şərait yaradıb. Asiya Oyunlarının oktyabrın 7-də keçirilən finalında Koreyanın 23 yaşadək futbolçulardan ibarət komandası Yaponiyaya 2:1 hesabı ilə qalib gələrək çempion adını qazanıb. Koreya qanunlarına görə, Li Kan da daxil olmaqla, yığmanın bütün futbolçuları hərbi xidmətdən azad edilməlidi. Qeyd edək Koreya qanunlarına əsasən, yaşı 28-dək olan hər bir kişi orduda xidmət etməlidi.
Li Kan PSJ-də bu ildən çıxış edir. 22 yaşlı futbolçu bu mövsüm Fransa çempionatında 2 oyuna çıxıb.