• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Bir sirrin ardınca: Fərid Məmmədov “Göygöl”ə hansı klubdan keçib?

2-ci liqa / Manşet

9-10-2023, 19:0

Daha əvvəl də məlumat verdiyimiz kimi, 2-ci liqanın 5-ci turunun "Göygöl" - "Dinamo" oyununda ev sahiblərinin heyətində meydana çıxan Fərid Məmmədovun qayda pozuntusuna yol verdiyi ilə bağlı iddialar var.

Futbolçu 3-cü turda "Şəmkir"in oyunçusu kimi meydana çıxsa da, cəmi 1 tur sonra "Göygöl"ün heyətində oynayıb, qol da vurub. Mübahisəli vəziyyətlə bağlı "Göygöl"ün rəsmiləri və futbolçunun özü ilə əlaqə saxlamışdıq. Məhz “Futbol+”in müraciətindən sonra "Göygöl" məlumat paylaşmış, lazım gələrsə, rəsmi sənədləri ictimaiyyətə təqdim edəcəyini demişdi. Klubun yeni üzvü Fərid Məmmədov bizə müqavilə ilə "Kəpəz"ə məxsus olduğunu, "Göygöl"ə keçmək üçün məhz bu klubla müqaviləyə xitam verdiyini bildirmişdi. Burda bir sual yaranır: Fərid “Şəmkir”də hansı əsasla oynayıb?

Xatırladaq ki, Fərid 2-ci liqanın 3-cü turunda - "Dinamo" ilə qarşılaşmada "Şəmkir"in əsas heyətində meydana çıxsa da, yarım saatı tamam olan kimi əvəzlənib. Bu münasibətə layiq olmadığını düşünən futbolçu oyundan dərhal sonra müqavilə ilə məxsus olduğu "Kəpəz"ə müraciət edib, azad agent statusu alandan sonra "Göygöl"ün düşərgəsini yollanıb. Bunlar Fəridin dedikləridi. "Göygöl"ün mətbuat xidmətinin rəhbəri Aqşin Ağayevin bizə göndərdiyi sənədlərdən isə görünür ki, sentyabrın 20-də "Şəmkir" futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Bu açıqlama Fəridin "Kəpəz"lə bağlı dediklərini şübhə altına salır. Bəs futbolçu niyə "Göygöl"ə keçid məsələsində məhz "Kəpəz"in adını hallandırır? Bu suala cavab tapmaq üçün Gəncə təmsilçisinin mətbuat xidmətinin rəhbəri Azad Mustafayevlə əlaqə saxladıq. O, Fəridin klubla müqaviləsinin mayda bitdiyini, futbolçunun kluba rəsmi bağlılığının olmadığını dedi. Deyəsən, Fərid Məmmədov "Şəmkir"dən necə inciyibsə, yeni kluba keçmək üçün keçmiş komandasının razılığını almağı lazım bilib.

"Şəmkir"in prezidenti Vüsal Məmmədov isə deyir ki, Fərid "Göygöl"ə keçmək istəyini klub rəhbərliyinə çatdırıb və müqaviləyə xitam verilməsi üçün onlarla masaya oturub:

"Fəridlə məşqçi arasında anlaşılmazlıq yaranmışdı. Buna səbəb onun sərgilədiyi performans oldu. Futbolçu "Dinamo" ilə oyunda zəif çıxış etdiyi üçün baş məşqçi onu əvəzləmək qərarına gəldi. Sonradan onun "Göygöl"ə keçidinə heç bir maneə yaratmadıq, qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verdik. Fərid "Göygöl"də göstərdiyi oyunun 40 faizini bizdə göstərsəydi, indi belə olmazdı. Onun "Kəpəz"lə münasibətlərinin hansı səviyyədə olduğunu deyə bilmərəm. Eyni vaxtda iki klubla aktiv müqaviləsi olubsa, bu bizim yox, yüksək qurumların, təşkilatçıların problemidi. Lakin düşünmürəm ki, belə hal mümkün ola".


Sonda yenidən PFL-ə üz tutduq. Qurumun media və marketinq direktoru Sənan Abdullayev məsələnin ciddi araşdırıldığını, qərarın isə ən azı iki həftə sonra bəlli olacağını dedi.

Araşdırma zamanı redaksiyamıza daha bir maraqlı məlumat daxil oldu. Məsələ FİFA üzvü olan bütün milli assosiasiyalarda qeydiyyat bazasının mövcudluğunu nəzərdə tutan “FİFA Connect” layihəsiylə bağlıdı. İddiaya görə, “Göygöl” Fəridin transferini həyata keçirərkən “FİFA Connect” platformasında oyunçunun məxsus olduğu klub “Kəpəz” olub. PFL-in sistemində isə futbolçunun “Şəmkir”lə müqaviləsi olduğu göstərilib. “Şəmkir”in adının mənfi hallandığı ilk məqam bu deyil. Xatırladaq ki, 3-cü tur çərçivəsində keçirilən “Şəmkir” – “Dinamo” oyununda adı rəsmi protokolda olmayan Kərəm Əhmədli meydana çıxdığına görə də bu kluba 0:3 hesablı texniki məğlubiyyət verilmişdi. İstənilən halda, PFL-in rəsmi açıqlamasını gözləməkdə fayda var. Ümid edək ki, bundan sonra bütün suallarımıza ətraflı cavab ala biləcəyik.

ADİL NƏHMƏTLİ

Paylaş:
Digər xəbərlər

2-ci liqa / Manşet

6-10-2023, 11:0

“Göygöl”ün transferi qalmaqal yaratdı

2-ci liqa

28-08-2023, 22:0

2-ci liqada 2023-24 mövsümünün - TƏQVİMİ

2-ci liqa / Manşet

5-09-2023, 18:0

2-ci liqanın ilk turuna yekun vuruldu - YENİLƏNİB

2-ci liqa

27-09-2023, 12:0

2-ci liqada 5-ci turun oyunlarının saatı

2-ci liqa / Manşet

25-09-2023, 17:0

2-ci liqada 4-cü tura start verildi - YENİLƏNİB

2-ci liqa / Manşet

19-09-2023, 19:0

2-ci liqada 3-cü tura yekun vuruldu - YENİLƏNİB

Aktual
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Son xəbərlər
  • Bu gün, 10:00
    Yusif İmanov "İmişli"də
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Dünən, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Dünən, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Dünən, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Dünən, 11:54
    Millimiz rekorda imza atdı
  • Dünən, 11:23
    Hamını arxada qoydu
  • Dünən, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Dünən, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Dünən, 10:00
    Lissabondan Madridə üz tutdu
  • 12-07-2026, 23:0
    Klubu ilə yenidən anlaşdı
  • 12-07-2026, 23:0
    Kapitan “gəmini” tərk etməyəcək
  • 12-07-2026, 22:0
    Son çempiondan unikal göstərici
  • 12-07-2026, 22:0
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • 12-07-2026, 22:0
    Dortmundu tərk etməyə yaxındır
Daha çox
Oxunub: 219
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 202
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 156
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 144
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə