 
Azərbaycanlı futbolçu Renat Dadaşov Türkiyə superliqasında 8-ci turun ən yaxşı oyunçusu adına namizəddi.
“Football-plus.az” xəbər verir ki, “Hatayspor”un hücumçusu “Yeniaçık” nəşrinin müəyyənləşdirdiyi 4 iddiaçı sırasına düşüb.
“Konyaspor”la görüşdə dubla imza atan 24 yaşlı forvardın rəqibləri “Fənərbağça”nın hücumçusu Edin Ceko, “Qalatasaray”ın ön xətt oyunçusu Mauro İkardi və “Ankaragücü”nün yarımmüdafiəçisi Qarri Rodrigesdi. Səsvermə nəşrin tviter səhifəsində azarkeşlər arasında aparılır.
8-ci turda İkardi və Rodriges 1 qol, 1 məhsuldar ötürmə, Ceko 1 qolla yadda qalıb.
Qeyd edək ki, “Konyaspor”u 3:1 hesabı ilə məğlub edən “Hatayspor” 14 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşır.