Şok! Elvin Cəfərquliyev azarkeşə zərbə endirdi

9.10.2023 00:23 1 132
Premyer-liqa / Manşet
Misli premyer-liqasının 9-cu turunun mərkəzi qarşılaşmasında “Neftçi” “Qarabağ”ı qəbul edib - 0:2.

“Football-plus.az” xəbər verir ki, matçdan sonra qonaqların düşərgəsində xoşagəlməz hadisə baş verib. Belə ki, Elvin Cəfərquliyev stadionu tərk edərkən azarkeşlər üzərinə şığıyıb. Azyaşlı fanatlardan biri futbolçunun papağını oğurlamaq istəyib. Onun arxasınca qaçan Elvin azarkeşə yumruq zərbəsi endirib. Müdafiəçi onu maşına otuzdurmağa çalışan polisləri də təhqir edib. Bundan sonra həm futbolçu, həm də oğurluq etməyə cəhd göstərən şəxs bölməyə aparılıb.