• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Həkken"in kapitanı: "Həmin anda anladım ki, məğlub olacağıq"

Manşet / Avropa Liqası

7-10-2023, 15:0

Srağagün “Qarabağ” növbəti tarixi uğura imza atdı. Belə ki, Ağdam təmsilçisi “Həkken”i evində 1:0 hesabıyla məğlub edərək Avropa Liqasının qrup mərhələsində növbəti qələbəsini qazandı.

Bu mövzu ilə bağlı, demək olar ki, hər detala toxunmuşuq. Bəs isveçli həmkarlarımız məsələyə necə yanaşıb? Onlar ölkə çempionunun məğlubiyyətini necə dəyərləndirir?

Suallarımıza cavab tapmaq üçün sözügedən ölkənin futbol platformalarına göz gəzdirdik. Sizi matçla bağlı dərc olunan ən maraqlı xəbərlərlə tanış edirik.

Geniş oxucu kütləsi olan “fotbollskanalen.com” saytının matçla bağlı reportajından başlayaq. Nəşr oyunun “Qarabağ”ın üstünlüyü şəraitində keçdiyini yazıb. Bununla yanaşı, hakimin yüzfaizlik penaltini vermədiyi qeyd edilib. Maraq üçün vurğulayaq ki, isveçli idman jurnalistləri 77-ci dəqiqədə meydana çıxıb sona qədər oynayan Hamidu Keytanı fərqləndirib:

“Görüşün mənzərəsi çox dalğalı görünürdü. İlk başda kimin üstün, kimin zəif olması haqda fikir yürütmək bizim üçün çətin idi. Bəlkə də ilk dəqiqələrdə hakimin haqlı penaltini təyin etməməsi “Həkken”in “şamını söndürdü”. “Qarabağ” 28-ci dəqiqədən sonra özü kimi oynamağa başladı. Amma qonaqlar bundan xeyir görmədi. Çünki hücumçular fürsətləri sağa-sola xərcləyirdi. Buna təcrübəsizlik desək, düzgün olmayacaq. Hər halda, Bakıdan gələnlərin Avropadakı uğurları oxucularımıza sirr deyil. Futbolçular rahat görünsə də, baş məşqçiləri Qurban Qurbanovun nigaran baxışları ilk hissədə isveçli oyunçulara ümid verirdi. Amma Juninyo 70-ci dəqiqədə ev sahiblərini susdurdu. Yaxşı ki, “Həkken” bundan sonra “çərçivə”də ciddi təhlükə hiss etmədi. Baxmayaraq ki, sonradan meydana çıxan Hamidu Keyta yaxşı çıxış edirdi. Onun start heyətində olmaması maraq doğurur. Yekun nəticədə İsveç klubu 8124 tamaşaçı qarşısında məğlub oldu. VAR-ın və Juninyonun qəzəbi “Həkken”in “hasarlarını uçurtdu”. İndi təhlükə çox ciddidi”.

“Həkken” futbolçuları matçdan sonra jurnalistlərin suallarını cavabsız qoymayıb. Real qol şansını qaçırdığına görə təəssüflənən Eduard Çilufya komandasını məğlubiyyətə layiq saymayıb. Zambiyalı hücumçu nəticədən narazı olduğunu bildirib: “Komanda şəklində yaxşı çıxış etdik. Təbii ki, uduzduğumuza görə narazıyam. Az fərqlə qalib gəlmək imkanımız var idi. Lakin hər şey istədiyimiz kimi alınmadı".
Kapitan Samuel Qustafson, yarımmüdafiəçi Mikkel Riqaard və hücumçu Amor Layuni isə “fotbollskanalen.com”a açıqlamasında Sebastyan Qishamerin 12-ci dəqiqədə baş verən epizodda ədalətli davranmadığını dilə gətirib. Hər üç oyunçu avstriyalı hakimin penalti təyin etməməklə biabırçı səhvə yol verdiyini bildirib.

Amur Layuni:

“Julio Romao həmin anda Mikkel Riqaardı cərimə meydançası daxilində kobudluqla dayandırdı. Aşkar penalti idi. Həmin anları təkrar izlədikcə əsəbləşirəm. “Bayer-04”lə Almaniyadakı oyunda da eyni halla rastlaşdıq. VAR düzgün çalışmayacaqsa, nəyə lazımdı?”.

Samuel Qustafson:

“Hər şey gözlərimin önündə baş verdi. “Həkken” dəfələrlə haqsızlıqla rastlaşıb. Amma bu ən pisi idi. Çünki düzgün qərar vermək üçün, sadəcə, vicdanla düşünmək və oyunu hiss etmək lazım idi. Niyə penalti verilmədiyini anlamıram. “Qarabağ” kimi komandayla matçda taleyimizin bir qoldan asılı olduğunu bilirdik. Onlar üçün cəmi bir epizod lazımdı ki, nəticəyə aydınlıq gəlsin. Bunu nəzərə alıb dərhal hakimə səhv etdiyini dedim. O isə mənə susmağı tapşırdı. Həmin anda anladım ki, məğlub olacağıq”.

Mikkel Riqaard:

“VAR qərarların düzgün verilməsi üçün varsa, bunu niyə görmədik? “Qarabağ” yalnız bundan sonra ruhlandı və təzyiqi artırdı. Çünki artıq mesaj qutuya çatmışdı. Bu qərar biabırçılıq idi. Rəqib cərimə meydançası daxilində ayağıma vurdu. Bu, təkrarda da görünür. Canlı izləyən hər kəs dediklərimi təsdiqləməlidi”.

“Svenskafans.com” saytı isə futbolçuların zəif çıxış edərək azarkeşləri məyus etdiyini bildirib. Bütün oyunçuların çıxışını təhlil edən həmkarımız Melvin Malmberq Tomas Totlandı “matçın adamı” seçib. Melvin Toması “Qarabağ” müdafiəçilərini tez-tez narahat edən və təhlükəli epizodların ifaçısı kimi qələmə verib. Peter Abrahamson, Simon Sandberq, Yohan Hammar, Samuel Qustafson, Mikkel Riqaard və Eduard Çilufyanın adları yazı müəllifinin “məğlubiyyətin baniləri” siyahısına aid edilib. Melvinin iddiasına görə, Simon Qustafson “ən zəif bənd”di və “Qarabağ” məhz onun cinahlarından faydalanıb. Yazar “Simon, biz səni belə görməyə öyrəşməmişik, cavab matçına hazırlaş və “Qarabağ”a özünü göstər” sözləriylə ona mesaj göndərib.

Ümumiyyətlə, yazıda “Həkken”in “köhlən atlar”a qarşı mübarizlik göstərmədiyi və futbolçuların həmişəkindən aşağı səviyyədə oynadığı vurğulanıb. İsveçli jurnalist baş məşqçi Per-Matias Höqmonu bu oyunla Bakıda darmadağınla üzləşmək ehtimalından da xəbərdar edib.

İsveç mətbuatında matçın media sahəsi üzrə maraqlı xəbərlə də rastlaşdıq. Belə ki, “Radiosport”un şərhçisi, “Qalatasaray”ın sabiq futbolçusu Yohan Elmander ilk yarını şərh etsə də, ikinci yarıda yoxa çıxıb. Yerli jurnalistlər məsələni araşdırarkən məlum olub ki, Yohan fasilədə qızının əlini kəsdiyini öyrənib və dərhal iş yerini tərk edib:

“Kiçik qızım şüşə balonu açanda ehtiyatsızlıqdan balon qırılıb və əli kəsilib. Təcili ora getməli oldum”.


KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Avropa Liqası

4-10-2023, 16:0

"Heqmo "Qarabağ"a qarşı keçiriləcək oyuna diqqət etməlidi"

Ölkə futbolu / Manşet

2-09-2023, 14:0

Musa Qurbanlı İsveçdən cavab verdi: “Atamla artıq danışmışam” - ÖZƏL

Manşet / Avropa Liqası

6-10-2023, 00:0

“Qarabağ” ardıcıl 2-ci qələbəsini qazandı! - YENİLƏNİR

Manşet / Avropa Liqası

4-10-2023, 21:0

“İsveçdəki azərbaycanlıların bu oyuna marağı böyükdü” - sabiq üzvü “Qarabağ”dan qələbə gözləyir

Aktual
“Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
“Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
“İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
Keyta ilə bağlı müəmma - “müqavilə müddətini uzadandan sonra dönə bilməyəcəyini dedi”
Son xəbərlər
  • Bu gün, 16:42
    Niderlandda qərar tutdu
  • Bu gün, 16:11
    Messi həm də dünya çempionatının antirekordçusudu!
  • Bu gün, 15:40
    ''Fənər''in sabiq üzvü ''Qalatasaray''a gələsi olmadı?
  • Bu gün, 14:48
    ''Beşiktaş'' bir gündə həm qalib gəldi, həm də məğlub oldu
  • Bu gün, 14:17
    ''Lill'' daha bir türkiyəli futbolçu transfer etdi
  • Bu gün, 13:48
    “Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
  • Bu gün, 13:17
    Belçika İspaniyanın seriyasına son qoysa da... - Merino yenə qəhrəmana çevrildi
  • Bu gün, 12:47
    Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
  • Bu gün, 12:15
    “Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
  • Bu gün, 11:44
    "Qarabağ" 59-cu sıradadı, bəs, başqaları? - UEFA reytinqi
  • Bu gün, 11:15
    Bakıda IBA Çempionlar Gecəsi keçirilib
  • Bu gün, 10:45
    “Sabah”, “Qarabağ” və “Zirə” rəqiblərə işgəncə verib – bu gün ağa bizik!
  • Bu gün, 10:23
    "Komandanın vəziyyəti – həm fiziki, həm də mental cəhətdən yaxşıdı” - Yuri Vernidub
  • Bu gün, 10:06
    Girassi ''Fənərbaxça''ya gələsi olmadı
  • Bu gün, 09:52
    Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
  • Bu gün, 01:03
    İspaniya da yarımfinala çıxdı - DÇ gecəsi
  • Dünən, 23:58
    “İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
  • Dünən, 22:46
    "Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 22:30
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:45
    Florensiyanı tərk etdi
  • Dünən, 21:04
    “Torpedo”nun zəif nöqtələrini yaxşı təhlil etmişdilər" - Sumqayıtdakı darmadağını şərtləndirən səbəblər nədi?
  • Dünən, 20:46
    MS-ni tərk edə bilər
  • Dünən, 19:35
    "Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
  • Dünən, 19:00
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 18:30
    Avrokuboklarda ən uğurlu həftə
  • Dünən, 17:57
    Keyta ilə bağlı müəmma - “müqavilə müddətini uzadandan sonra dönə bilməyəcəyini dedi”
  • Dünən, 17:30
    Okan Buruk Terimin bu rekordunu yeniləmək üzrədi
  • Dünən, 16:58
    Millimizin üzvü dünya reytinqində liderdi
  • Dünən, 16:31
    "Araz-Naxçıvan"da braziliyalı qapıçı
  • Dünən, 16:17
    "Bu etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm" - Elvin Cəfərquliyev
  • Dünən, 16:00
    Ramiz Məmmədov "Karvan-Yevlax"ın baş məşqçisi oldu
  • Dünən, 15:30
    Zubirin qolu yubileylə əlamətdar oldu
  • Dünən, 15:14
    “Zirə” gürcülərin ümidlərini Sumqayıtda “dəfn etdi” - REPORTAJ
  • Dünən, 14:43
    "Qarabağ"ın potensial rəqibləri üz-üzə gəldi
  • Dünən, 14:11
    “Bozqurd” yatmaz!
Daha çox
Oxunub: 208
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 135
Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
Oxunub: 135
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 133
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə