"Football-plus.az" olaraq məsələ ilə bağlı daha detallı məlumat əldə etmək üçün Vüqar Nadirovun özü ilə əlaqə saxladıq:
"Bəli, yeni komanda yaratdıq. Adını da "Hipers" (Haypers) qoyduq. İngiliscədən tərcümə edəndə mənası çeviklik, güc deməkdi. Klubumuzun prezidenti Ayaz Abdullayev bu cür adlanmağımızı istədi. İnşallah, Region Liqasından oynamağa başlayacağıq. Əsasən gənclərə üstünlük verəcəm. Futbolçu keyfiyyətləriylə yanaşı, insani dəyərləri də üstün olan şəxslərdən ibarət döyüşkən, qayğıkeş, bir-birinə dayaq olmağı bacaran kollektiv formalaşdırmağı hədəfləyirəm. Bir neçə təcrübəli futbolçuları da heyətimizə cəlb etməyi düşünürük. Ruslan Abuşov ilə Ruslan Əmircanova və vaxtilə Region Liqasının 2 dəfə çempion olmuş "Uğur"da oynamış oyunçulara dəvət göndərməyi düşünürəm. Gələcək üçün hədəfimiz daha da böyüməkdi. Gələn mövsümü 2-ci liqada oynamaq istəyirik. Komandada sırf işim baş məşqçilik olacaq. Yəni, oynayan məşqçiliklə vidalaşdım. Ev oyunlarımızı "Dalğa Arena"da keçirəcəyik".
ABDULLA İSMAYILOĞLU


