"Zədəmi sağaldıb, tezliklə yeni qüvvə ilə qayıdacam"

26.09.2023 10:31 212
İdman
“Zədəmi sağaldıb, tezliklə yeni qüvvə ilə qayıdacam”.

"Football-plus.az” xəbər verir ki, bunu Azərbaycanın yüngül çəkidə UFC döyüşçüsü Rafael Fiziyev deyib.

Polşalı Mateuş Qamrotla görüşdə sol ayağından zədələnərək mübarizəni davam etdirə bilməyən 30 yaşlı idmançı onu dəstəkləyənlərə təşəkkürünü bildirib:

“İndi sizin mesajlarınıza cavab verəcək durumda deyiləm. Dizimdə yırtılma olub. Bunun ikinci raundda baş verməsi məni çox üzdü. Halbuki gözəl döyüş göstərməyə yüz faiz hazır idim”.

Qeyd edək ki, sentyabrın 24-də ABŞ-ın Las-Veqas şəhərində təşkil olunan görüşdə Rafael Fiziyev texniki nokautla məğlub hesab edilib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul