Avropa Superfinalı: Millimiz ikinci görüşdə məğlub oldu

20.09.2023 16:08 223
Yığma
Çimərlik futbolu üzrə millimiz İtaliyanın Alqero şəhərində təşkil olunan Avropa Superfinalında keçirdiyi növbəti oyunda uduzub.

"Football-plus.az" xəbər verir ki, Zeynal Zeynalovun baş məşqçi olduğu kollektiv ikinci görüşdə Rumıniya ilə bacarmayıb.

Qarşılaşma rəqibin 4:2 hesablı qələbəsi ilə bitib. Azərbaycanın qollarını Sabir Allahquliyev və Orxan Məmmədov vurublar.

Qeyd edək ki, milli ötən gün Türkiyəni məğlub etmişdi. Sentyabrın 21-də isə rəqib İsveçrə yığması olacaq.