• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ronaldonun qəribə hərəkəti və PSJ-nin başsağlığı

Dünya futbolu

15-09-2023, 23:0

Sentyabrın 9-da Mərakeşdə son 120 ilin ən güclü zəlzələsi baş verdi – onun maqnitudasını Rixter şkalası üzrə 6,8 balla qiymətləndirdilər.

"Football-plus.az" xəbər verir ki, sentyabrın 13-nə olan duruma görə, təbii fəlakət zamanı 3 minə yaxın adam ölüb, təxminən bu qədər adam da zərər görüb. Zəlzənin episentri ölkənin ən böyük şəhərlərindən olan Marrakeşin 70 kilometrliyində yerləşir.

Türkiyədəki təbii fəlakətdən (fevral zəlzələsində ölənlərin sayı 50 mindən çox olub) sonra olduğu kimi, futbol ulduzları yenə də kənarda qalmayıb. Bir çoxu başsağlığı mesajını çatdırıbsa, bəziləri də daha böyük həcmdə yardım göstərib.

PSJ, La Liqa və Messi başsağlığı verib
Həmişə olduğu kimi, futbol dünyasının böyük hissəsi ictimaiyyət üçün açıqlama ilə kifayətlənib. Fəlakətdən bir gün sonra Lionel Messi belə yazıb: “Mərakeşdəki zəlzələnin qurbanlarının bütün ailələrinə başsağlığı verirəm. Qorxunc fəlakətdən zərər görən adamlara və yaralananlara güclü olmağı arzulayıram”.

Mərakeşli Əşrəf Hakiminin də şərəfini qoruduğu PSJ sosial şəbəkələrdə paylaşım edib: “Pari Sen-Jermen” ailəsi qorxunc zəlzələdən sonra mərakeşli dostlarımızın yanındadı. Yaxınlarını itirənlərin başı sağ olsun. Bütün düşüncələrimiz sizinlədi”.

Başqa bir mərakeşlinin – Amin Aritin formasını geyditi “Marsel” də kənara qalmayıb: “Olimpik de Marsel” bu qorxunc sınaq zamanı Mərakeş xalqına və ötən gecə baş verən faciədən zərər çəkən hər kəsə tam dəstəyini ifadə edir”.

Son vaxtlar istisnasız qalmaqal mövzusunda gündəmə gələn İspaniya Kral Futbol Federasiyası La Liqa və sequnda oyunlarında birdəqiqəlik sükut elan edib: “Mərakeşlə coğrafi, tarixi və idman prinsipləri ilə şərtlənən xüsusu münasibətlər o anlama gəlir ki, bu faciəni özümüzə çox yaxın qəbul edirik. Bu səbəbdən və faciədə həlak olanların xatirəsinə hörmət əlaməti kimi ikinci divizionda bu həftə keçiriləcək bütün oyunlar birdəqiqəlik sükutla başlayacaq. İspaniya Kral Futbol Federasiyası və La Liqa birlikdə ölkəmizin klublarını və azarkeşlərini birdəqiqəlik sükut aksiyasına qoşulmağa dəvət edir”.

“Barselona” və “Real” da faciə qurbanları ilə həmrəyliyini ifadə edib. Karlo Ançelotti isə izləyicilərinə fransız dilində müraciət edib: “Mərakeş xalqı və bu dəhşətli zəlzələdən əziyyət çəkən bütün ailələr ilə həmrəyəm”.

Ronaldo nə etdi?
Mərakeşdəki zəlzələnin episenti Kriştiano Ronaldonun dünyaya gəldiyi Madeyranın cəmi 400 kilometrliyində yerləşir. Bu üzdən portuqaliyalı ulduzun faciəyə xüsusi reaksiya göstərəcəyini gözləyənlərin sayı çox idi. Bir halda ki, o, Türkiyə zəlzələsi zamanı təkcə başsağlığı verməklə kifayətlənməmiş, zərərzəkənlərə maliyyə yardımı da göndərmişdi. Və zəlzələdən sonrakı ilk saatlarda belə informasiya yayıldı ki, Ronaldo Marrakeşin mərkəzindəki 4 ulduzlu otelini zəlzələdən zərər çəkənlər üçün sığınacaq kimi ayırıb. Orda gecələyənlərdən bəziləri bunu hətta Avropa mediasında təsdiqləmişdi də. Ancaq bir qədər sonra otelin rəhbərliyi məsələyə belə aydınlıq gətirdi: “Bu, saxta informasiyadı. Hazırda burda olan bütün müştərilər adi qaydada yerini bron edib”.

Yığma üzvləri qan verdi
Əlbəttə, mərakeşli futbolçular da zəlzələ qurbanlarına yardım edib. Onlar sosial şəbəkələrdə paylaşım etməklə yanaşı (Hakimi və Amrabat ölkələri üçün dua etməyə çağırıblar), zərərçəkənlər üçün qan da veriblər. Özü də yığma üzvləri bunu tam heyətlə edib, axı indi bir yerdədilər, Afrika Millətlər Liqası çərçivəsində Liberiya və Burkina-Faso ilə oyunlara hazırlaşmaq üçün. Qanvermə aksiyası yığmanın yerli hakimiyyət orqanlarının çağırışına cavabı oldu. Mərakeş Qanköçürmə Assosiasiyası xalqa belə çağırışla müraciət etmişdi: “Bütün Mərakeş üzrə bütün vətəndaşları qan vermək üçün ən yaxın mərkəzlərə baş çəkməyə çağırırıq, nəzərə alın ki, zəlzələdə həlak olanların sayı artır”.

Liberiya ilə seçmə oyun daha gec müddətə təxirə salındı. Burkina-Faso ilə oyun isə təqvimdə nəzərdə tutulan vaxtda, yəni srağagün axşam keçirildi. Mərakeş 1:0 hesabıyla qalib gəldi. Yerli futbol qurumu bu oyundan əldə olunan bütün vəsaitin zəlzələdən əziyyət çəkənlərə yardım fonduna köçürüləcəyini elan edib.

Paylaş:
Digər xəbərlər

Maraqlı

15-02-2023, 17:0

AŞF on min manat köçürdü

Dünya futbolu

12-09-2023, 17:0

Ronaldodan daha bir təqdirəlayiq addım

Aktual

11-05-2023, 11:0

FİFA və UEFA Şirxan Həsənzadənin vəfatı ilə bağlı başsağlığı verdilər

Aktual
PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
“Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
"Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
“Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
“Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
Son xəbərlər
  • Bu gün, 00:20
    Mahir "Rakuv"da yenə qol vurdu
  • Bu gün, 00:09
    PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
  • Dünən, 23:38
    Ramik yeni mövsümə qolla başladı!
  • Dünən, 22:52
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:21
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 21:45
    ''Fənər''in rəsmisi portuqaliyalı ulduz üçün Milana yollandı!
  • Dünən, 21:12
    Şimali Amerikaya yollandı
  • Dünən, 20:41
    Gözlənilən təyinat açıqlandı
  • Dünən, 20:10
    Nəriman Messi ilə qarşılaşa bilmədi - NİYƏ?
  • Dünən, 19:40
    Zidan Fransanın başında ilk oyununa Kocaelidə çıxacaq!
  • Dünən, 19:06
    Meksikadan vətəninə qayıtdı
  • Dünən, 18:36
    “Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
  • Dünən, 18:05
    Əziz Yıldırım akademiyanın başına kimi gətirir?
  • Dünən, 17:34
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 17:03
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 16:32
    Acunun komandası ''Kasımpaşa'' ilə bacarmadı
  • Dünən, 16:01
    "Qəbələ" braziliyalı qapıçı transfer etdi
  • Dünən, 15:30
    Rüfət komandasına qələbə qazandırdı
  • Dünən, 15:00
    ''Beşiktaş'' və İtalyano serbiyalı ulduzun yolunu gözləyir
  • Dünən, 14:31
    "Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
  • Dünən, 14:00
    Premyer-liqaya 29 ölkədən 54 legioner gəlib! - klublar Portuqaliya liqalarını su yoluna döndərib...
  • Dünən, 13:45
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 13:05
    Mançesterdən Madridə yollandı
  • Dünən, 12:35
    “Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
  • Dünən, 12:04
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 11:33
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 11:02
    “Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
  • Dünən, 10:31
    "Şamaxı"nın 13 yaşlı futbolçusu vəfat etdi
  • Dünən, 10:00
    Messi meydana çıxdı, Nəriman şans qazanmadı
  • Dünən, 00:21
    Fiziki qüsurlu futbolçu avrokubok matçında qol vurdu!
  • 1-08-2026, 23:0
    MS-ni tərk edə bilər
  • 1-08-2026, 22:0
    "Sizinlə işləmək mənim üçün böyük şərəf idi" - De Blekerdən AFFA-ya məktub
  • 1-08-2026, 22:0
    "Sabah" nigeriyalı vinger aldı - RƏSMİ
  • 1-08-2026, 21:0
    “Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
  • 1-08-2026, 21:0
    Tofiq Musayevdən növbəti qələbə - UFC
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 219
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 171
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 160
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 131
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə