• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Braziliya Almaniyaya çatdı

Dünya futbolu

15-09-2023, 22:0

Cənubi Amerikada startı sentybrın 7-də verilən DÇ-2026-nın seçmə mərhələsində ayın 12-də 2-ci turun oyunları keçirildi.

"Football-plus.az" xəbər verir ki, artıq yalnız iki komanda - Argentina və Braziliya ardıcıl ikinci qələbəsini qazandı. Regionun ən güclü yığmaları şərikli liderliyi davam etdirir.

Seçmə turnirə Ekvadoru evdə minimal hesabla məğlub etməklə başlayan Argentina yığması Boliviyada statusunu doğrultdu. Bilindiyi kimi, La Pas şəhəri dəniz səviyyəsindən 3 min metrdən yüksəkdə yerləşdiyi üçün bura gələn qonaq komandalar həmişə iqlimə uyğunlaşmaqda əziyyət çəkirlər. Argentina əvvəllər bu şəhərdə dəfələrlə xal itkisinə məruz qalıb. Amma son dünya çempionu bu dəfə gücünü şətin şəraitdə yüksək səviyyədə göstərə bildi. Lionel Skaloninin komandası meydana Ekvadorla ilk matçda topu birbaşa cərimə zərbəsi ilə tora qovuşduran Messisiz çıxmışdı. Buna baxmayaraq, oyundaşları 36 yaşlı ulduz futbolçunun yoxluğunu hiss etdirmədilər. Argentina üç cavabsız qolla qalib gəldi. Boliviyalı müdafiəçi Roberto Fernandesin 39-cu dəqiqdə qırmızı vərəqə alması da nəticəyə təsirsiz ötüşmədi. Kapitan sarğısını daşıyan Di Mariyanın ilk qolun ötürməsini verdiyini də qeyd edək. Argentina yığmasının dünya çempionatının seçmə turnirində məğlubiyyətsiz oyunlar seriyası 23-ə çatdı. Bu, komanda üçün yeni rekorddu.

İlk turda Boliviyanı 5:1 hesabıyla darmadağın edən Braziliya yığması üçün Peruya səfər, gözlənildiyi kimi, çətin alındı. Baxmayaraq ki, qonaq komanda fasiləyə qədər qapıya iki dəfə yol tapmışdı. Lakin Rişarlisonla Rafinyanın vurduği qollar VAR-ın köməyi ilə hesaba alınmadı. İkinci hissədə də ev sahiblərinin müdafiəsi ümumilikdə qənaətbəxş təsir bağışladı. Amma Fernando Dinizin komandası finişdə tilsimi qırdı: Markinyosun Neymarın ötürməsi ilə qolu “sambaçılar”a qələbə qazandırdı. Braziliyanın dünya çempionatının seçmə turnirində məğlubiyyətsiz oyunlar seriyası 36-ya çatdı. Bu, Cənubi Amerikada yeni rekorddu. Braziliya bununla dünya futbolunda Almaniyanın göstəricisini təkrarladı. Rekord isə İspaniya yığmasına məxsusdu. Bu komanda 1993-2021-ci illərdə ardıcıl 66 matçda məğlubiyyətin nə olduğunu bilməyib.

Çili - Kolumbiya matında hesab açılmadı. Ekvador - Uruqvay oyununda ev sahibi olan komanda 2:1 hesabıyla qalib gəldi. Qeyd edək ki, Ekvador yığması seçmə turnirə 3 cəza xalı ilə başlayıb. Bunun səbəbi DÇ-2022-nin seçmə mərhələsində iştirak edən Bayron Kastilyonun sənədlərinin saxtalaşdırılması ilə bağladı. Başqa sözlə, ilk qələbə bu komandanın xal hesabını sıfra çatdırdı. Venesuela - Paraqvay matçının nəticəsini bir qol müəyyən etdi. Rondonun 90+3-cü dəqiqədə penalti ilə vurduğu qol meydan sahiblərinə qələbə gətirdi.

Cənubi Amerika
qrup mərhələsi, 2-ci tur
Boliviya – Argentina 0:3 (0:2)
Boliviya: Viskarra, D.Bexarano, Saqredo (Alqaranyas, 73), Kinteros, Cuzino (Akin, 46), R.Fernandes, Ursino (Rosales, 46), Arraskayta (Sausedo, 62), Vilyamil (Vilyarroel, 26), Abreqo, Moreno.
Argentina: E.Martines, Otamendi, Talyafiko, Molina, K.Romero, De Paul (E.Palasios, 46), Mak Allister (Paredes, 85), E.Fernandes (Korrea, 87), Di Mariya, N.Qonsales (Qarnaço, 85), Alvares (Lautaro Martines, 85).
Qollar: E.Fernandes, 31 (0:1). Talyafiko, 42 (0:2). N.Qonsales, 83 (0:3).
Vərəqələr: R.Fernandes, 15. Vilyamil, 24. Kinteros, 69. Alqaranyas, 89 - sarı. R.Fernandes, 39 – qırmızı (ikinci sarı).
Hakim: Esteban Ostoyiç (Uruqvay).
12 sentyabr. La Pas.
Peru - Braziliya 0:1 (0:0)
Peru: Qalyese, Korso, Abram, Tapya, Trauko (Valera, 90), M.Lopes, Yotun, Karrilyo (Rudias, 78), Kartaxena (Kastilyo, 68), Polo (Qrimaldo, 46), P.Gerrero.
Braziliya: Ederson, Danilo (Vanderson, 86), Markinyos, Qabriel Maqalyaeş, Renan Lodi, Kazemiro, Bruno Gimaraynş (Joelinton, 85), Rafinya (Martinelli, 85), Neymar (Rafael Veyqa, 90+3), Rodriqo, Rişarlison (Qabriel Jezus, 63).
Qol: Markinyos, 90.
Vərəqələr: Rafinya, 42. Kartaxena, 45. Tapya, 48. M.Lopes, 59. Bruno Gimaraynş, 61 - sarı.
Hakim: Fernando Rapalyini (Argentina).
12 sentyabr. Lima.
Çili - Kolumbiya 0:0
Çili: Kortes, Katalan (Delqado, 73), Medel, Maripan, Suaso, Eçeverriya, Vidal (Arangis, 73), Pulqar, Valdes, Brereton (Aravena, 76), A.Sançes.
Kolumbiya: K.Varqas, Munyos, Mina (A.Sançes, 23), Maçado, Lukumi, Uribe, Lerma, Karraskal (Xames Rodriges, 58), Aryas (Kitero, 71), L.Dias (Sinisterra, 71), Borre (Duran, 58).
Vərəqələr: Katalan, 39. Aryas, 41. Karraskal, 48. L.Dias, 54. Maçado, 64. Duran, 90 - sarı.
Hakim: Xesus Valensuela (Venesuela).
12 sentyabr. Santyaqo.
Ekvador - Uruqvay 2:1 (1:1)
Ekvador: Qalindes, Arboleda (Realpe, 70), Estupinyan, A.Presyado (X.Urtado, 84), Feliks Torres, Paço, Qrueso, M.Kaysedo, Xulio (Mena, 70), Paes (Ortis, 70), Valensiya (K.Rodriges, 90).
Uruqvay: Roçet, Arauxo (Fakundo Torres, 70), Vinya, S.Kaseres, Pikeres, Valverde, De la Krus (Karbalyo, 46), Uqarte, Nandes, Kanobbio (Pelyistri, 70), D.Nunyes (Olivera, 46).
Qollar: Kanobbio, 38 (0:1). Feliks Torres, 45+5 (1:1). Feliks Torres, 61 (2:1).
Valensiya 50-ci dəqiqədə penaltidən yararlana bilməyib (yan).
Vərəqələr: De la Krus, 42. Olivera, 64. A.Presyado, 78. Vinya, 90+2. Qrueso, 90+7 - sarı.
Hakim: Vilton Sampayo (Braziliya).
12 sentyabr. Kito.
Venesuela - Paraqvay 1:0 (0:0)
Venesuela: Romo, A.Qonsales, Anxel, Osorio, Navarro (Makun, 90), S.Sosa (Savarino, 67), Soteldo (Çanselyor, 90), Xose Martines (Kasseres, 67), Errera, Rondon, Xosef Martines (Kordova, 54).
Paraqvay: Karlos, R.Roxas (Piris, 71), Q.Qomes, Balbuena, Alonso, Ortis (R.Sançes, 46), Kubas, Vilyasanti, Almiron (A.Romero, 85), R.Sosa, Avalos (Karlos Qonsales, 59).
Qol: Rondon, 90+3-p.
Vərəqələr: S.Sosa, 37. Ortis, 42. Xose Martines, 65. Navarro, 75. Karlos Qonsales, 75. Q.Qomes, 83. Piris, 90+2 - sarı.
Hakim: Andres Roxas (Kolumbiya).
12 sentyabr. Maturin.
1. Braziliya 2 2 0 0 6-1 6
2. Argentina 2 2 0 0 4-0 6
3. Kolumbiya 2 1 1 0 1-0 4
4. Uruqvay 2 1 0 1 4-3 3
5. Venesuela 2 1 0 1 1-1 3
6. Paraqvay 2 0 1 1 0-1 1
7. Peru 2 0 1 1 0-1 1
8. Çili 2 0 1 1 1-3 1
9. Ekvador (-3) 2 1 0 1 2-2 0
10. Boliviya 2 0 0 2 1-8 0
Bombardirlər: Neymar, Rodriqo (hər ikisi Braziliya), De la Krus (Uruqvay), Feliks Torres (Ekvador) – 2.

Növbəti turun oyunları oktyabrın 13-də keçiriləcək: Boliviya – Ekvador, Kolumbiya – Uruqvay, Argentina – Paraqvay, Çili – Peru, Braziliya – Venesuela.

Oyundan sonra
Anxel Di Mariya, Argentina yığmasının yarımmüdafiəçisi: “Düzünü desəm, kapitan sarğısını daşımaq məndə xoş hisslər oyatdı. Bu, həm də emosional duyğu idi. Əvvəlki oyunda sarğını Messidən almağımı indiyədək unuda bilmirəm. Dünyanın ən yaxşı futbolçusunun sənə belə imkan verməsi qeyri-adi məqamdı. Bu mövzuda danışmamışdıq. Ona görə ki, Leonun Boliviyadakı matçda oynayıb-oynamayacağını bilmirdik. Onun meydana çıxması son durumundan asılı olacaqdı. Messi komandaya kömək etməyi çox istəyirdi. Ancaq oyun günü özünü bir qədər narahat hiss etdiyi üçün oynamadı. Onun səhhəti ilə risk etməmək doğru qərar idi”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

30-03-2022, 23:0

Cənubi Amerika zonasının rəmzi komandası açıqlandı

DÇ 2026

20-12-2022, 20:0

Fransa İtaliya ilə Braziliyanın rekordunu təkrarlaya bilmədi

Dünya futbolu

31-08-2023, 22:0

Braziliya: 3 oyun, 3 qələbə! - ŞƏRH

Aktual
Nonsens: “Kəpəz”in veteranı xəstədi, veteranlar AFFA-ya üz tutur!
Ukrayna bu mövsüm klubları qələbə qazanmayan iki ölkədən biridi! – “Qarabağ” üçün təsəlli
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
“Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
“Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
“Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
Son xəbərlər
  • Bu gün, 11:15
    Anatolinin adı iştirak ərizəsinə salınmadı
  • Bu gün, 11:00
    “Qarabağ” Avropa Liqasından Konfrans Liqasına yollandı - REPORTAJ
  • Bu gün, 10:53
    Nonsens: “Kəpəz”in veteranı xəstədi, veteranlar AFFA-ya üz tutur!
  • Bu gün, 10:36
    "Sabah"ın futbolçusu Ukrayna klubunda - RƏSMİ
  • Bu gün, 10:15
    “Qarabağ”ın Kiyev “Dinamo”su ilə oyunlarının hakimləri
  • Bu gün, 09:49
    ''Bavariya''nın fəxri prezidenti Oliseyə görə ''Real'' ilə məzələndi
  • Bu gün, 00:25
    “Təəssüf ki, bizdə belə ustalıq səviyyəsinə malik oyunçu yoxdu” – Kiyev “Dinamo”sunun baş məşqçisi
  • Bu gün, 00:10
    Ukrayna bu mövsüm klubları qələbə qazanmayan iki ölkədən biridi! – “Qarabağ” üçün təsəlli
  • Bu gün, 00:09
    "Qəbələ" - "İmişli" matçında 4 qol
  • Dünən, 23:52
    "Turan Tovuz" Türkiyə klubuna qalib gəldi
  • Dünən, 23:31
    Cavid Hüseynovdan acı etiraf: “Komanda hələ ki 60 dəqiqə oynamağa hazırdı”
  • Dünən, 23:00
    İngiltərədə iş yerini dəyişəcək
  • Dünən, 22:39
    "Şamaxı" yarımmüdafiəçi transfer etdi
  • Dünən, 22:20
    “Kəpəz”in Qətər klubu ilə oyunu ləğv olundu
  • Dünən, 22:00
    “Hər üç klubumuzun uğursuzluğunu bəxtsizliklə əlaqələndirirəm” – Aslan Kərimov
  • Dünən, 21:44
    "Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi
  • Dünən, 20:56
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 20:23
    "Barsa" titulu qorudu, “Real” problemlər içində batdı
  • Dünən, 19:42
    Milli futbolçu kokain testindən keçə bilmədi
  • Dünən, 19:01
    Lorenso ilə müqavilə yeniləndi
  • Dünən, 18:34
    Dünya çempionu əməliyyat olundu
  • Dünən, 18:00
    “Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
  • Dünən, 17:25
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 16:54
    UEFA-dan Əliyar Ağayevə yeni təyinat
  • Dünən, 16:33
    Milli komandaya qayıtdı
  • Dünən, 16:02
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:31
    Şimali Amerikaya yollandı
  • Dünən, 15:02
    “Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
  • Dünən, 14:44
    "Orhus" - "Sabah" matçının hakimləri açıqlandı
  • Dünən, 14:14
    “Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
  • Dünən, 13:45
    Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
  • Dünən, 13:28
    “Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
  • Dünən, 12:57
    "Əsas məqsəd futbola yeni azarkeşlər qazandırmaqdı" - Cahangir Fərəcullayev
  • Dünən, 12:20
    Murad debüt etdi, komandası mərhələ adladı
  • Dünən, 11:57
    Azərbaycan futbolunda "Fantasy" dövrü başladı
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 218
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 155
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 145
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 129
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə