• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Premyer-liqada 500 dəqiqə oynamayan futbolçuya görə 47 milyon avro!

Dünya futbolu

11-09-2023, 20:0

Başa çatmaqda olan yay transferlər planında çox zəngin və dəlisov keçdi.

"Football-plus.az" xəbər verir ki, həm ulduzların Səudiyyə Ərəbistanına kütləvi mühacirətini, həm də Deklan Raysla Moyzes Kaysedonun rekord keçidlərini, Cud Bellingemin “Real”la müqavilə bağlamasını, Kilian Mbappe dastanınınn növbəti seriyasını izlədik. Xəbərlərin sayı-hesabı yox idi, ancaq hətta bu fonda da “transfer pəncərəsi”nin son günündə reallaşan bir keçid seçilir: söhbət Koul Palmerin “Mançester Siti”dən “Çelsi”yə yollanmasından gedir.

Burda qeyri-adi olan nədi? “Göylər” hücum qrupundan (praktiki cəhətdən istənilən mövqedə oynaya bilər, bir neçə dəfə hətta meydanın mərkəzində də görünüb) olan 21 yaşlı futbolçuya görə 47 milyon avro ödəyib. Bu isə istənilən halda çoxdu, hətta indiki bazarın, hətta premyer-liqa klubunun, yəqin hətta “Çelsi”nin də meyarlarına görə. Ancaq prinsipcə buna göz yummaq olar.

İndi isə ən maraqlı məqama baxaq: “göylər” bu məbləği premyer-liqada oyun vaxtı heç 500 dəqiqəyə çatmayan oyunçuya görə ödəyib. Daha dəqiq olsaq, 479 dəqiqə oynayan birinə görə. Palmer üç dəfə start heyətində görünüb – ötən mövsümün 37-ci turunda “Çelsi”yə, 38-ci turunda isə “Brentford”a qarşı (onda “Siti” artıq titulu təmin etmişdi), daha bir dəfə də 2021/22 mövsümündə (12-ci turun “Everton”la oyununda). Əlbəttə, Palmerin meydana çıxdığı başqa turnirlər də var. Qalan İngiltərədaxili turnirlərdə (İngiltərə kuboku, Liqa kuboku və Superkubok) onun hesabında 726 dəqiqə var, Çempionlar Liqasında da 267 dəqiqə meydanda olub. Nəticədə cəmi 1472 dəqiqə qalınır. Zahirən hücum xəttində ağlasığmaz rəqabətin yaşandığı dünyanın ən güclü klublarından birində 21 yaşlı oğlan üçün lap faciəvi göstərici də deyil.

Ancaq tərəzinin digər gözündə də 47 milyon avro qoyulub. Sözlə də yazırıq – qırx yeddi milyon avro. Böyüklər arasında futbolda hətta 1500 dəqiqə oynamayan birisi üçün.

Əlbəttə, Palmer istedadlıdı. O, Mançesterdə doğulub, 8 yaşında “Siti”nin akademiyasına qoşulub və bütün pillələri adlayaraq əsas komandaya qədər irəliləyib, 2020-nin payızında – 18 yaşında Liqa kubokunun oyununda debüt edib. Bu yay Palmer üçün daha uğurlu alınıb. Əvvəlcə İngiltərə gənclər yığmasının heyətində Avropa çempionluğunu qazanıb. Özü də təkcə elə iştirak ərizəsində adı olmayıb: İsraillə yarımfinal oyununda (3:0) Koul “1+2” göstəricisi ilə yadda qalıb, İspaniya ilə final oyununda isə məhsuldar ötürmə verib. Ardından “Arsenal”la İngiltərə Superkuboku uğrunda oyunda fərqlənib, daha sonra artıq UFEA Superkuboku uğrunda “Sevilya” ilə oyunda start heyətində görünüb və yenə qol vurub. “Siti” məhz bu qolun sayəsində hesabı bərabərləşdirib, penalti seriyasında qalib gəlməklə də kuboku qazanıb.

Düşünmək olardı ki, Riyad Mahrezin Səudiyyə Ərəbistanına gedişi və Kevin de Bruynenin ciddi zədəsi Palmer üçün əsas heyətdə möhkəmlənmək və müntəzəm oynamağa başlamaq baxımından yaxşı şans yaradacaq. Ancaq əslində vəziyyət bir qədər də çətinləşdi. “Siti”nin 65 milyona onun yaşıdı Jeremi Dokyunu “Renn”dən alması oyun praktikası baxımından problem yaşayacağının əlaməti idi.

Bu yay “Siti”nin sabiq kapitanı Vensan Kompaninin çalışdırdığı və mançesterlilərlə eyni üslubda oynayan “Bernli” Palmeri ələ keçirməyi çox istəyirdi. Söhbət futbolçunu birilliyə icarəyə götürməkdən gedirdi. MS-nin baş məşqçisi Xosep Qvardiola prinsipcə bu sövdələşmənin əleyhinə deyildi. Ancaq Dokyunun transferi bu məsələyə də təsirini göstərdi. İngiltərə mətbuatı iddia edir ki, məhz belçikalının transferindən sonra “Siti” artıq icarə variantına razı olmayıb: ya “Bernli” tamhüquqlu transfer reallaşdırmalıydı, ya da Palmer qalır.

Və bu məqamda üfüqdə 47 milyon avro, üstəlik bonuslar təklif edən “Çelsi” göründü. Yuxarıda da vurğuladığımız kimi, böyüklər səviyyəsində futbolda tam bir mövsüm keçirməyən, premyer-liqada cəmi üç oyuna start heyətində çıxan birisi üçün. Təbii ki, “Siti” londonluların təklifi ilə razılaşdı. Palmer də paytaxta köçmək variantını seçdi. Orda isə sevdiyi sağ cinah vingeri mövqeyində Rahim Sterlinq, eləcə də İngiltərənin yeniyetmələr və gənclər yığmasından tanıdığı, dostluq etdiyi Noni Madueke ilə rəqabət aparmalı olacaq. Bu artıq Palmerin seçimidi və başqa söhbətin mövzusudu. Belə transfer nə dərəcədə anomaldı (hətta söhbətin “Çelsi”dən getdiyini də nəzərə alsaq)?

Belə danışaq: keçidin anomal olmadığı dəqiqdi. Avqustun sonunda “Brayton” “Lill”dən 19 yaşlı mərkəz yarımmüdafiəçisi Karlos Balebanı 27 milyon avroya aldı. Həmin vaxt onun hesabında böyüklər arasında futbolda cəmi 531 dəqiqə var idi (Liqa 1-in ötən mövsümündə altısı start heyətində olmaqla 21 oyun, yalnız bir tam oyun). Bəli, “Brayton” Moyzes Kaysedonun satışından 127 milyon qazanmışdı və belə səxavətli davranışı özünə rəva görə bilərdi. Bəli, Avropa futbolunda ən yaxşı skaut sistemlərindən biri məhz “Brayton”dadı. Bəli, Baleba istedadlıdı. Ancaq belə təcrübəsiz futbolçuya görə 27 milyon avro... Hərçənd bu transfer “Lill”dən yox, İngiltərə premyer-liqasının başqa klubundan olsaydı, 27 yox, 40 milyon avro ödəniləcəkdi. Başqa bir nümunə - yanvarda Entoni Qordon “Everton”dan “Nyukasl”a 45,6 milyon avroya keçdi. Bəli, həmin vaxt 21 yaşı olan vinger bazarda matah mal idi, 2022-nin avqustunda onunla hətta “Çelsi” də maraqlanmışdı. Entoni 2021/22 mövsümünü parlaq keçirmişdi (35 oyun, 4 qol, 2 məhsuldar ötürmə), premyer-liqada 3500 dəqiqədən artıq oynamışdı, “Preston”da icarədə olmuşdu. Yəni Qordon daha təcrübəli futbolçu idi, nəinki haqqında danışdığımız Palmer. Bununla belə, bir ortabab mövsüm və 45,6 milyon avro - ən azı mübahisəli nisbətdi. Onda bu, premyer-liqa daxilində ingiltərəli oyunçuların hədsiz yüksək qiymətləndirilməsinə dair növbəti sübut kimi qəbul olundu. Ancaq Palmer nümunəsi göstərir ki, ingiltərəli futbolçulara münasibətdə belə səxavətli davranış artıq normaya çevrilməkdədi. Və ya başqa cür ifadə etsək, Qordona görə 45,6, Palmerə görə 47 milyon avro ödəniməsi bu ölkənin futbolunun yeni reallığıdı.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

22-01-2023, 19:0

“Çelsi” “Bavariya”, PSJ və “Real”ı arxada qoydu

Dünya futbolu

24-03-2022, 22:0

Ən varlı klublar hansılardı? - SİYAHI

Dünya futbolu

6-02-2023, 19:0

“Çelsi” MS-nin rekordunu yenilədi

Dünya futbolu

29-07-2022, 19:0

Yayda transferlər ən çox pul xərcləyən klubların siyahısı açıqlandı

Dünya futbolu

30-09-2022, 15:0

"Barselona"nın "Mançester Siti"yə 52 milyon avro borcu var

Aktual
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Son xəbərlər
  • Bu gün, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Bu gün, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Bu gün, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Bu gün, 16:32
    Mahir start heyətində!
  • Bu gün, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Bu gün, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Bu gün, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Bu gün, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Bu gün, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Bu gün, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Bu gün, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Bu gün, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Bu gün, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Bu gün, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Bu gün, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Bu gün, 11:33
    Qarsiyaya xələf olacaq
  • Bu gün, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Bu gün, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Bu gün, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Bu gün, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 23:50
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 22:54
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • Dünən, 22:13
    London klubunda yeni oyunçu
  • Dünən, 21:44
    Birmingemdən Londona yollandı
  • Dünən, 21:12
    Qattuzonun yerini o tutacaq
  • Dünən, 20:41
    Milli komandanı tərk edəcək
  • Dünən, 20:00
    “Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
  • Dünən, 19:41
    Millimiz ilk qrup qələbəsini qazandı - AÇ
  • Dünən, 19:01
    “Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
  • Dünən, 18:40
    ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
  • Dünən, 18:19
    Nunyeslə Salahın yolu bu dəfə İstanbulda kəsişə bilər
  • Dünən, 17:58
    Milandan Turinə yollana bilər
  • Dünən, 16:31
    "Neftçi" Yunanıstan klubuna qarşı - ÇL
  • Dünən, 16:01
    Romadan Milana üz tuta bilər
Daha çox
Oxunub: 208
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 165
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 122
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 100
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 98
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 87
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə