• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Futbolun istənilən sahəsi üzrə ortaya daha böyük işlər qoymalıyıq”

Ölkə futbolu / Manşet

11-09-2023, 11:0

Xəbər verdiyimiz kimi, "Qarabağ"ın İdarə Heyətinin üzvü Asif Əsgərov Avropa Klublar Birliyinin (ECA) qərarverici orqanı olan İdarə Heyətinə üzv seçilib.

Funksioner qurumun Berlində təşkil olunan Assambleyası çərçivəsində keçirilən seçkidə səs çoxluğu qazanıb. O, 2023-27-ci illərdə qurumda təmsil olunacaq. Bununla da Asif Əsgərov beynəlxalq nüfuzlu futbol qurumlarının rəhbər və qərarverici orqanlarında təmsil olunan ilk azərbaycanlı olub. Maraqlıdı ki, "Qarabağ" rəsmisinin namizədliyini Avropanın bir neçə aparıcı klubu irəli sürüb.
Qeyd olunanlarla bağlı Asif Əsgərovla əlaqə saxladıq, fikirlərini öyrəndik. Ağdam təmsilçisinin İdarə Heyətinin üzvü mövzuyla bağlı "Football-plus.az"a bunları dedi:

"Martda qurumun geniş Assambleyası olmuşdu. Növbəti həftələrdə isə başqa iclaslar keçirildi. Bu zaman ərzində Klublar Birliyinin ali rəhbərləri mənimlə söhbətdə namizədliyimi irəli sürməyimi istədi. Sözün düzü, işçi qrupunda olduğumdan əvvəlcə təklifə həvəslə yanaşmamışdım. 2017-ci ildən ECA-nın komitə üzvüyəm, iki il sonra isə sədr müavini oldum. Həmin dövrdə qurduğum münasibətlərin bu yerlərə gəlməyimdə mühüm rolu oldu. Orda müxtəlif layihələr üzərində aktiv fəaliyyət göstərirdik. Olduğum mövqedə çalışmalarla daha yaxından tanış olmaq və mövzuları mənimsəmək imkanım çox idi. Lakin son bir ayda ümumi detallarda müəyyən dəyişikliklər oldu. İcraiyyə Komitəsindən klublara namizədlər üçün formalar göndərildi. UEFA reytinqində 1-55-ci sıralarda qərarlaşmış ölkələr 4 qrupa bölündü. Azərbaycan 4-cü qrupa düşdü. 29-cu pillədə olduğumuzdan məni 29-55-ci sıralarda olan ölkələr namizəd irəli sürməliydi. Yekunda mənə etimad göstərildi və İdarə Heyətinin üzvü seçildim".

Funskioner digər namizədlər haqda və seçki prosesinin xoşbəxt sonluqla bitməsinin səbəblərindən də danışdı:

"29-55-ci pillələrdə olan ölkələrdən 4 iştirakçıya səs verildi. Mən və HİK (Finlandiya), "Maribor" (Sloveniya) və "Jalgiris" (Litva) təmsilçiləri namizəd olmuşdu. Prosesin gedişində "Maribor"un nümayəndəsi geri çəkildi. İcraiyyə Şurasına üzvlük üçün cəmi iki yer var idi. Allaha şükürlər olsun ki, ən reytinqli klubların səsverməsiylə o iki yerdən birinə mən seçildim. Ümumiyyətlə, 17 yeni üzv sıralara qatıldı. Məşhurlardan "Mançester Siti" (İngiltərə), "Bavariya" (Almaniya), "Bayer-04" (Almaniya), “İnter” (İtaliya), PSJ (Fransa), "Fənərbaxça" (Türkiyə), "Monako" (Fransa) kimi klubların namizədləri də seçkidə qalib gəldi. Təbii ki, belə nəhənglərlə eyni siyahıda olmaq çox qürurverici hissdi. İndiyə qədər Azərbaycan futbolu tarixində qərarvericilik baxımından mühüm əhəmiyyət daşıyan quruma heç kim üzv seçilməmişdi. Qurumda ölkəmizi təmsil edəcəm. Burda özümü doğrultmaq, ölkəmizi yaxşı mənada təbliğ etmək daha mühümdü. Əlimdən gələni etməyə çalışacağam ki, Azərbaycanımızın digər nümayəndələri də Avropaya inteqrasiya edilsin. Düşünürəm ki, başqa vətəndaşlarımız da Avropadakı müxtəlif işçi qrupları və komitələrdə çalışmalıdı. Əlbəttə, məsələ təkcə bundan ibarət deyil. Futbolun istənilən sahəsi üzrə ortaya daha böyük işlər qoymalıyıq. Bu üzdən başqa yerlər uğrunda da mübarizə aparmalıyıq - menecment, marketinq, idarəçilik və sair. Futbol, sadəcə, yaşıl meydanla məhdudlaşmır. Avropada daha çox olsaq və bir-birimizi dəstəkləsək, futbolumuz adına daha yaxşı olacaq".

Asif Əsgərov sonda başda "Qarabağ" rəhbərliyi olmaqla dəstək verən bütün azərbaycanlılara təşəkkür etməyi də unutmadı. 

Maraq üçün qeyd edək ki, ECA qitədə klubları birləşdirən, onların hüquqlarını qoruyan yeganə qurumdu. Birlik UEFA və FİFA tərəfindən tanınan yeganə təşkilatdı. Verilən bütün qərarlar isə UEFA tərəfindən qəbul edilir. Avropa Klublar Birliyi qitənin 500-dək klubunu birləşdirir. Qurumda ölkəmizdən "Qarabağ"la yanaşı, "Qəbələ", "Neftçi" və "Sumqayıt" da təmsil olunur.

KƏNAN BAHADIR 

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

7-09-2023, 12:0

Asif Əsgərov seçildi! - FOTO/VİDEO

Dünya futbolu

11-06-2022, 18:0

TFF prezidentliyinə 9 namizəd ortaya çıxdı!

Aktual / Manşet

3-05-2022, 17:0

“Qarabağ” Klublar Komitəsindən ayrılır? - ÖZƏL AÇIQLAMA

Aktual
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
"Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
“Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
"Şamaxı"dan yeni baş məşqçiylə bağlı açıqlama - "ən qısa müddətdə..."
Son xəbərlər
  • Bu gün, 23:20
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • Bu gün, 22:44
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • Bu gün, 22:30
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • Bu gün, 21:54
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • Bu gün, 21:29
    Burak Yılmaz Fransaya yollanır?
  • Bu gün, 20:50
    “Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
  • Bu gün, 20:00
    Doğma klubuna sərmayə qoydu
  • Bu gün, 19:32
    Luis Enrike hələ ki liderdi
  • Bu gün, 19:06
    Modriçin mundialdakı seriyası 5-ə çatacaq
  • Bu gün, 18:35
    Qəza nəticəsində həlak oldu
  • Bu gün, 17:58
    Cavid İmamverdiyev Region Liqasında oynayacaq
  • Bu gün, 17:20
    Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
  • Bu gün, 16:49
    Gözlənilən aqibətlə üzləşdi
  • Bu gün, 16:29
    Fransa klubunda gözlənilən istefa
  • Bu gün, 15:58
    Nigeriyanın baş məşqçisi Osimhenlə bağlı “bomba partlatdı”
  • Bu gün, 15:27
    Argentina nəhəngi İkardi ilə bağlı qərarını açıqladı
  • Bu gün, 14:51
    Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
  • Bu gün, 14:35
    Türkiyə yığmasının DÇ-2026 üçün yekun heyəti bəlli oldu - Kimlər kənarda qaldı?
  • Bu gün, 14:10
    "Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
  • Bu gün, 13:29
    Mundialdan sonra Montellaya Türkiyə vətəndaşlığı veriləcək
  • Bu gün, 12:58
    Azər Bağırov "Şamaxı"da - RƏSMİ
  • Bu gün, 12:47
    "Qəbələ" iki futbolçuyla yollarını ayırdı
  • Bu gün, 12:16
    "Sabah"ın futbolçusu DÇ-də oynamayacaq
  • Bu gün, 11:46
    "Üç il əvvəl bu kluba böyük ümidlər və hədəflərlə gəlmişdim" - Sekidika
  • Bu gün, 11:16
    “Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
  • Bu gün, 10:59
    Lebron Ceyms bir ildə 137 milyon qazanıb!
  • Bu gün, 10:31
    "Şamaxı"dan yeni baş məşqçiylə bağlı açıqlama - "ən qısa müddətdə..."
  • Bu gün, 10:26
    Yığmamız yarımfinala yüksələ biləcəkmi?
  • Bu gün, 10:00
    Yankoviç millidə məhsuldar ötürmə etdi
  • Bu gün, 09:20
    “Hələ ki heç nə dəqiq deyil” – Elnur Qasımov
  • Bu gün, 09:09
    Millimiz 1/4 finalda - AÇ
  • Dünən, 23:25
    Millimiz Niderlanda uduzdu - Dünya Kuboku
  • Dünən, 23:13
    Velko Simiç daha 2 il “Sabah”da
  • Dünən, 22:02
    "Şamaxı" daha bir futbolçunu yola saldı
  • Dünən, 21:46
    “Mən rusam və rus kimi də qalıram” - Yevgeni Plyuşenkonun oğlu Azərbaycanı niyə seçib?
Daha çox
Oxunub: 404
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 209
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 206
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 197
Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
Oxunub: 164
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 162
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə