• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Zorlamada suçlanan futbolçu Liqa 1-də qolları sıralayır

Dünya futbolu

8-09-2023, 23:0

Vissam Ben-Yedder futbol dünyası üçün presedent yaradır: zorlama ittihamı ilə üzləşən birisi Liqa 1-in startında qolları sıralayır. İlk 4 turda 4 dəfə fərqlənib. “Monako” onu meydana buraxmağa davam edir.

Onu nədə ittiham edirlər?
"Football-plus.az" xəbər verir ki, Nitsa prokurorluğu avqustun 11-də Ben-Yedderə ittiham elan edib: “Monako”nun 33 yaşlı forvardı zorlamada, zorlama cəhdində və seksual zorakılıqda suçlanır. Eyni ittihamlar futbolçunun 25 yaşlı qardaşına da aiddi. Vissam göz altına alınsa da, 900 min avro girov müqabilində dərhal da buraxılıb.

İki ay əvvələ qayıdaq: iyulun 10-dakı gündüz məşqindən sonra Ben-Yedder kiçik qardaşı (Vissam altı bacı-qardaşdan dördüncüsüdü) ilə birgə Nitsanın qərbindəki çimərliklərdən birinə yollanıb. Qardaşlar orda 19 və 20 yaşlı qızlarla tanış olub. Ben-Yedder gecəni birgə keçirmək üçün Bosoley kommunasında mənzil icarəyə götürür. Bura Nitsanın yarımsaatlığında və Monakonun lap yaxınlığında yerləşir. İyulun 13-də qızlar Qras kommunasının polisinə müraciət edir, polis isə işi prokurorluğa ötürür. Ona görə ki, cinayət coğrafi baxımdan Nitsa ərazisində baş verib. Avqustun 8-də - “Monako”nun “Bavariya” ilə keçirdiyi mövsümöncəsi yoxlama oyunundan (2:4) sonra Nitsa polisi Ben-Yedderi və qardaşını həbs etdi. Bu tarixlər arasında Vissam sakitcə “Monako”nun heyətində oynayır, demək olar ki, həmişə start heyətində görünürdü, yoldaşlıq oyunlarından yalnız birini buraxmışdı. Futbolçu polis bölməsində 48 saat qaldı, bu müddətdə dəfələrlə sorğu-suala çəkildi. Ardından ona ittiham irəli sürdülər, girov məbləğini müəyyənləşdirdilər və məhkəmə araşdırması başladı. Mənzildə başverənlərin detalları açıqlanmır.

Ben-Yedderin ittiham olunduğu maddələrlə bağlı qısa bilgi verək. Zorlama qarşı tərəfin razılığı olmadan həyata keçirilən cinsi aktdı. Zorlama cəhdi qarşı tərəfin razılı olmadan sekslə məşğul olmağa yönələn uğursuz cəhddi. Seksual zəmində zorakılıq isə təmas olmadan və qarşı tərəfin iradəsinin ziddinə həyata keçirilən seksual xarakterli istənilən hərəkətdi. Fransada zorlamaya və ya zorlama cəhdinə görə 15 ilə qədər azadlıqdan məhrumetmə, seksual zəmində zorakılığa görə isə 5 ilə qədər həbs cəzası və 70 min avroya qədər cərimə nəzərdə tutulur. Ben-Yedder bu mövzuda danışmaqdan boyun qaçırır, onun əvəzinə Paris Vəkillər Kollegiyasından olan Hasna Luze danışır: “Müştərim ittiham olunduğu cinayətləri qətiyyətlə rədd edir. O, əlavə təzyiq olmadan ədalət məhkəməsini gözləyir”.

Ben-Yedder niyə həbsxanada deyil?
Ona görə ki, Fransada cəza tədbiri kimi girov qoymaq praktikası aktualdı. Məhkəmə şübhəli şəxsin zərərçəkənlər üçün təhlükə yaratmadığını hesab edirsə, o, girov müqabilində azadlığa çıxa bilər. Girov şübhəlinin məhkəməyə gələcəyinin təminatı kimi qəbul olunur. Girovun məbləği isə şübhəli şəxsin gəlirlərindən və ona yönələn ittihamın tərkibindən asılı olaraq, hakim tərəfindən müəyyənləşdirilir.

Fransada girov qoyan şübhəli şəxs 17 mümkün öhdəliyin təsir dairəsinə düşür. Bunlar arasında müəyyən ərazini tərk etmək, müəyyən şəxslərlə görüşmək, maşın sürmək qadağası da var. Konkret işlə bağlı bu 17 öhdəlikdən hansını seçməyə də hakim qərar verir. Tutaq ki, hakimim şübhəli şəxsə yetkinlik yaşına çatmayanlarla təmasda olmaq qadağası qoymaq hüququ var. Hər şey adamın nədə ittiham olunmasından asılıdı.

Ben-Yedder rahat şəkildə Fransa boyunca hərəkət edir – deməli, onun ən azı gəzmək azadlığı var. Bəlkə də avrokuboklardakı səfər oyunları ilə bağlı problem yarana bilərdi, ancaq “Monako” həmin turnirlərə vəsiqə qazana bilməyib.

“Monako” Ben-Yedderi dəstəkləyir
Rəsmi mövqe belədi: klub hüquqi prosedurlara görə vəziyyəti şərh etmir. Jurnalistlərin bəlkə də 100-cu sualından sonra “Monako”nun baş məşqçisi Adi Hütter vəziyyəti belə izah edib: “Vissamla yalnız futbol haqda danışıram, onun şəxsi həyatının mənə aidiyyatı yoxdu. Mənim vəzifəm “Monako”nun ən yaxşı futbolçularını meydana buraxmaqdı, Ben-Yedder isə bunlardan biridi. O, əla bitiricidi, çox qol vurmağa qadirdi. Futbolçu Vissamı müzakirə etməyə hazıram, ancaq onun şəxsi həyatı haqda danışmayacam. Onu heyətə salıb-salmamaqla bağlı heç bir şübhəm yoxdu”.

Ben-Yedderin rəsmi şəkildə ittiham olunduğu gündə - avqustun 11-də Hütter onun kapitan kimi qaldığını elan etdi. Daha doğrusu, bu, ittiham aktının elan olunmasından bir neçə saat əvvəl açıqlandı. Klubun ittihamla bağlı əvvəlcədən xəbərdar olub-olmadığını demək çətindi, ancaq kapitan sarğısını saxlamaqla bağlı qərar istənilən halda dolaşıq durumda Vissama dəstəkdi.

“Monako”nun idman direktoru Tyaqo Silvanın mesajını anlamaq çətin deyil: “Ben-Yedderin işini diqqətlə izləyirik, ancaq bu, onun şəxsi həyatıdı. Ümid edirik ki, məsələ tezliklə həllini tapacaq, Vissam indiki yüksək oyun səviyyəsini qoruyacaq”.

“L’Equipe” qəzetinin əməkdaşları “Monako”nun avqustun 22-də keçirilən açıq məşqindən reportaj hazırlayıb. Həmkarlarımız azarkeşlərlə də danışıb - əksəriyyət nikbin əhval-ruhiyyədədi. Bəziləri, sadəcə, Ben-Yedderin günahkar olduğuna inanmır, ikincilər deyirlər ki, ədalət məhkəməsinin qərarını gözləmək lazımdı, üçüncülər forvarddan şübhələnsələr də, şəxsi həyatı idman karyerasından ayırmağı tələb edirlər. Üzərində “Ben-Yedder” yazılan futbolkalar hələ də azarkeşlər arasında çox populyardı. Vissam sakit şəkildə imza paylayır, fotosessiyalarda iştirak edir. Ben-Yeddein siması Monakodakı reklam plakatlarında qalmaqdadı. Aleksandr Qolovin, Takumi Minamino və Elyess Ben-Seqirlə yanaşı, onun nəhəng portreti də klubun əsas dükanının qonaqlarını “qarşılayır”. Amma başqa məqamlar da nəzərə çarpır. Ben-Yedder klubun sosial şəbəkə səhifələrində az-az görünür, şəxsi hesablarında isə şərh bölməsini bağlayıb.

Ben-Yedder haqda xoş söz deyənlərin sayı çoxdu: oyundaşı Minamino, “Tuluza”dakı sabiq məşqçisi Paskal Düpra, yeniyetmə komandalarında çalışdırıcısı olan Jan-Patris Mendi. Əlbəttə, Ben-Yedderi istintaq dövründə komandadan uzaqlaşdırmağı tələb edən azarkeşlər də var. Yeni mövsümdə “Klermon”la keçirilən ilk oyunda rəqibin azarkeşləri onu fitə basdılar. Ancaq klubun daxilində konsensus var: Ben-Yedder məhkəmə hökmünə qədər oynamağa davam edəcək. Nə qədər ki, meydanda fayda verir, o qədər də start heyətində görünəcək.

Qeyri-adi dərəcədə effektlidi
Artıq dəfələrlə sübut olunub ki, mövsümöncəsi dönəm futbolçunun mövsümə hazırlığının səviyyəsinin göstəricisi deyil. Ben-Yedder 6 yoldaşlıq oyununda yalnız bir qol vurmuşdu, onu da penaltidən. Rəsmi oyunlarda isə hər şey yaxşıdı. 1-ci tur – “Klermon”la oyunda (4:2) dubl, 2-ci tur – “Strasbur”un (3:0) qapısına qol, 3-cü tur – “Nant”la oyunda (3:3) qol. Yalnız 4-cü turun “Lans”la oyununda (3:0) meydanı qolsuz tərk etdi.

4 tur ərzində 4 qol vuran Vissam bombardirlər cədvəlində yalnız Kilian Mbappedən (5) geri qalır. Ben-Yedder “Monako”nun heyətində 102 qol vurub ki, bu da klub tarixində Delio Onisdən (1973-80-ci illər aralığında 193 top vurub) sonra 2-ci nəticədi. Ciddi məbləğ qarşılığında yetərincə yaxşı statistikadı – 2019-cu ildə “Monako” Ben-Yedderi “Sevilya”dan 40 milyon avroya alıb. Bu, klub tarixinin ən baha 3-cü transferidi.

İndi Vissam əvvəlki obrazından həm də onunla fərqlənir ki, hakimlərlə heç bir mübahisəyə girişmir. Meydanda nə olur-olsun, danışmır. Elə qolları da təvazökarcasına qeyd edur. İlk turlarda, demək olar ki, onun hücumda alternativi yox idi. Brel Embolo xaçvari bağlarını qırıb, Mayron Boaduya ümid azdı, hərçənd məhz o, “Nant”la oyunda komandasına xal qazandırdı. İndi artıq rəqib var – “Monako” 30 milyon avroya Folarin Baloqunu “Arsenal”dan alıb. Həmin Baloqun isə ötən mövsüm icarədə olduğu “Reyms”in heyətində Liqa 1-də 21 qol vurub. Vissamla Folarini tandem kimi təsəvvür etmək olar, Ben-Yedder buna qədər də “Monako”da Kevin Folland ilə əla tandem yaradıb. Ancaq daha pis nəticə də mümkündü: Vissamı mövsümün gedişində həbsxanaya göndərsələr, Baloqun varkən “Monako” ən azı hücumçusuz qalmayacaq.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

14-08-2023, 14:0

“Monako”nun kapitanı niyə saxlanılıb?

Dünya futbolu

31-05-2022, 09:0

Ben-Yedder Avropa nəhənginin hədəfində

Dünya futbolu

18-04-2022, 17:0

Liqa 1-də hamını arxada qoydu

Dünya futbolu

17-07-2023, 22:0

Mendi bəraət aldı

Aktual
İngiltərədə futbol demokratiyası! – Acunun komandasının finaldakı rəqibi dəyişdi
Yankoviç "Konyaspor"da? - Türkiyə klubu "Qarabağ"dan çox maaş təklif etdi, razılaşdı!
“Mayın 25-də növbəti yoxlama olacaq” - “Turan Tovuz” “Sabah”ı niyə Masazırda qəbul edir?
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
“Turan Tovuz” avrokubok matçını Tovuzda keçirə biləcək? – rəsmi açıqlama
“Həmişə olduğu kimi, bu dəfə də ədalət yerini tapdı” - Mahmud Sadıqov çempionluğu şərh etdi
Son xəbərlər
  • Dünən, 23:59
    İngiltərədə futbol demokratiyası! – Acunun komandasının finaldakı rəqibi dəyişdi
  • Dünən, 23:39
    Tanınmış italiyalı məşqçi ''Fənərbaxça''nın başına keçə bilər
  • Dünən, 23:01
    "Növbəti mövsümün hazırlıqlarına artıq start vermişik" - Tahir Gözəl
  • Dünən, 22:52
    Merih Dəmiral məmləkətində kafe açdı - Şəhid ailələri üçün pulsuz xidmət olacaq...
  • Dünən, 22:31
    ''Qalatasaray'' 3 futbolçu ilə bağlı qərarını verdi, İkardinin taleyi bu həftə bəlli olacaq
  • Dünən, 21:55
    Yankoviç "Konyaspor"da? - Türkiyə klubu "Qarabağ"dan çox maaş təklif etdi, razılaşdı!
  • Dünən, 21:50
    “Mayın 25-də növbəti yoxlama olacaq” - “Turan Tovuz” “Sabah”ı niyə Masazırda qəbul edir?
  • Dünən, 20:55
    Neymarla bağlı yekun qərar sevinclə qarşılandı
  • Dünən, 20:26
    Yenidən “Mançester Siti”də işləyəcək
  • Dünən, 20:09
    Marseldən Milana qayıdacaq
  • Dünən, 19:38
    Konte gedəcək, Sarri gələcək?
  • Dünən, 19:08
    La Liqada yeni rekord
  • Dünən, 18:37
    İnzaqi hara üz tutacaq?
  • Dünən, 18:06
    Türkiyə yığmasının DÇ-2026 üçün geniş heyəti açıqlandı
  • Dünən, 17:35
    “Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
  • Dünən, 17:19
    “Turan Tovuz” avrokubok matçını Tovuzda keçirə biləcək? – rəsmi açıqlama
  • Dünən, 17:00
    “Həmişə olduğu kimi, bu dəfə də ədalət yerini tapdı” - Mahmud Sadıqov çempionluğu şərh etdi
  • Dünən, 16:30
    Kaspiyskdə güləşçilərimizdən iki medal
  • Dünən, 16:01
    “Şaxtyor” ardıcıl 7-ci qələbəsini qazandı, Yarmolenko Rebrova çatdı - İCMAL
  • Dünən, 15:49
    “Barselona”dan daha bir rekord
  • Dünən, 15:24
    “Beşiktaş”da ikinci Sərgən Yalçın dönəmi başa çatdı!
  • Dünən, 14:53
    “Real”, “Fənərbaxça” və “Valensiya” da “Olimpiakos”a qoşuldu
  • Dünən, 14:22
    "Əsas məqsədim Avropada tanınan sistem qurmaqdı" - "Sabah"ın yeni baş məşqçisi
  • Dünən, 13:58
    Premyer-liqada mövsümün ən gənc futbolçusu kimdi?
  • Dünən, 13:29
    “Sabah”ın yeni baş məşqçisi bəlli oldu - RƏSMİ
  • Dünən, 12:52
    “Kür-Araz” təxribata meyilli komandadı” – İmişlidəki dava-dalaşa nə səbəb olub?
  • Dünən, 12:00
    İnzaqi bu komandadan da ayrılacaq
  • Dünən, 11:33
    Lebron Ceyms üçün mövsüm bitdi
  • Dünən, 11:02
    “Karolina” ardıcıl 8-ci qələbə ilə finalda!
  • Dünən, 10:31
    “Şamaxı”nın futbolçusu əməliyyat olundu
  • Dünən, 10:00
    “CBC Sport” mərkəzi qarşılaşmanı yayınlamayacaq
  • 18-05-2026, 23:0
    “Şəfa”ya kubok nə vaxt təqdim olunacaq?
  • 18-05-2026, 23:0
    "Turan Tovuz" azarkeşlərinə müraciət etdi - "Bildirmək istəyirik ki, stadionumuzu avrokubok oyunlarına hazırlamaq üçün..."
  • 18-05-2026, 22:0
    “Araz-Naxçıvan” 20-ci dəfə ölkə çempionu oldu
  • 18-05-2026, 21:0
    Elitada növbəti paytaxt təmsilçisi: addım-addım Bakı çempionatına doğru... - YAZI
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 304
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 234
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 201
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə