Samir Əliyev Serbiya ilə seçmə oyun üçün 23 nəfərə dəvət göndərib. Lakin siyahıda “Qarabağ”ın üzvü, son vaxtlar yaxşı oyun sərgiləyən Nəriman Axundzadənin adı yoxdu. Görəsən, yarımmüdafiəçi nə üçün milliyə dəvət olunmayıb? Sualımızı yığmanın baş məşqçisi Samir Əliyevə ünvanladıq. Təcrübəli mütəxəssis məsələ ilə bağlı “Football-plus.az”a açıqlamasında bunları söylədi:
“Bu məsələ ilə bağlı ətraflı izah verə bilməyəcəm. Bəzi məqamlar var ki, mətbuata açıqlama verməyi doğru saymıram. Seçmə mərhələ təzə başlayır. Qarşıda çoxlu oyun var. Növbəti matçlarda yığmaya dəvət oluna bilər”.
İLKİN SULTANLI


