Rusiya və Almaniyada oynayan futbolçular milliyə niyə dəvət olunmayıb?

17.11.2022 14:51 576
Yığma / Manşet
18 yaşadək futbolçulardan ibarət milli komandamız dünən təlim-məşq toplanışına start verib.

Noyabrın 24-dək davam edəcək hazırlıq prosesinə 23 futbolçu dəvət alıb. Bununla bağlı yığmanın baş məşqçisi Aqil Nəbiyevə müraciət etdik. Onun “Football-plus.az” saytına açıqlaması belə oldu:

“Dəvət olunanlar arasında 2006-cı il təvəllüdlülər də da var. Komandanın kapitanı Rüfət Abbasov hazırda U-21 ilə Antalyadadı. Rusiya və Almaniyada oynayanları da dəvət etməmişik. Beynəlxalq yoldaşlıq oyunları olsaydı, onları da çağıracaqdıq. Yerli komandalarla qarşılaşdığımıza görə yeni futbolçular dəvət etdik. Zədəlilərimiz də var. Bu, cari ilin son toplanışıdı. Sonrakı planlarla bağlı isə hələ məlumat yoxdu”.

ŞAİR ABDULLA

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul