"Olimpiya"nın baş məşqçisinin mətbuat konfransı baş tutmadı

30.08.2023 20:30 288
Manşet / Avropa Liqası
"Olimpiya"ın baş məşqçisi Joa Henrikenin sabah Avropa Liqasındakı "Qarabağ"la keçirəcəkləri oyundan qabaq təşkil olunan mətbuat konfransı baş tutmayıb.

"Football-plus.az" xəbər verir ki, Sloveniya tərəfdən jurnalistlərin bu oyuna maraq göstərilməməsi və azərbaycanlı media nümayəndələrinin rəqibin konfransına qalmaması səbəb olub.

Maraq üçün qeyd edək ki, "Olimpiya" baş məşqçisinin konfransına "Futbol+" qəzetindən Cavid Əliyev, "Superspor.az" saytından Anar Cəfərsoy, Pressinq.az-dan Elsəvər Muradzadə, "İnfosport.az"dan Ürfan Məmmədzadə və telekanaldan "CBC Sport" qalıb.