• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ötən həftənin sitatları

Dünya futbolu

30-08-2023, 21:0

Daha bir futbol həftəsini geridə qoyduq.

"Football-plus.az" ötən həftənin maraqlı sitatlarını bir araya gətirib:

Aurelio De Laurentis, “Napoli”nin prezidenti: “Bu işlə vəkillər məşğul olurlar və mən qarışmayacağam. Spalletti mənə bir neçə ay əvvəl “çox yorulmuşam, məzuniyyətə ehtiyacım var” demişdi. Buna görə də onu buraxdım (Luçano Spalletti avqustun 18-də İtaliya millisinə təyinat alıb. O, sövdələşməyə zidd olaraq 2023/24 mövsümündə peşəkar fəaliyyətini bərpa etdiyi üçün kluba 3 milyon avro təzminat ödəməli olacaq. İtaliya mənbələrinə görə, Spalletti De Laurentisin tələb etdiyi təzminatı ödəmədən İtaliya Futbol Federasiyası ilə müqavilə imzalayıb. Bu səbəbdən “Napoli” onu məhkəməyə verib – R.Y.). Ancaq onun beynində nə baş verdiyini yalnız özü bilir...”

Toni Kroos, “Real”ın yarımmüdafiəçisi (insayder Fabritsio Romanonun Qabriel Veyqanın “Selta”dan “Əl-Əhli”yə keçəcəyi ilə bağlı məlumatına reaksiyası): “Biabırçılıq”.

Massimiliano Alleqri, “Yuventus”un baş məşqçisi: “Səudiyyə Ərəbistanı? “Yuventus”u bu məqamda tərk etmək doğru deyil. Çox sayda gənc oyunçumuz var. Əsas hədəfimiz ölkə çempionatının ən yaxşı 4 komandası sırasında olmaqdı. “Yuventus”un uğurlu gələcəyi olacaq”.

Ceymi Karrager, “Liverpul”un sabiq müdafiəçisi: “Çelsi” həqiqətən də premyer-liqanın ilk iki oyununda yaxşı təsir bağışladı. Fikrimcə, həm “Liverpul”a, həm də “Vest Hem”ə qarşı çox yaxşı oynadı. Amma çoxlarının yeni oyunçulara görə külli miqdarda pul xərcləyən klubu ilk “4-lük”də görməməsi mənə qəribə görünür. Doğrudu, bu proqnoz sonda düz çıxa bilər. Amma hər halda, əksəriyyət londonluların şanslarını aşağı dəyərləndirir. Məndən onlara “Mançester Siti”yə çağırış etmələri üçün neçə oyunçu almaları lazım gəldiyini soruşsanız, ilk növbədə qapıçı transfer etməyi məsləhət görərdim. Robert Sançesi alsalar da. Əvvəlki kimi yüksək səviyyəli mərkəz müdafiəçisinə ehtiyac duyduqlarını deyərdim. Çünki Tyaqo Silvanın artıq 38 yaşı var. Komandanın “təmiz” bombardirinin olduğunu düşünmürəm. Mərkəz hücumçusunun olması mütləq deyil. Məsələn, “Liverpul”un ən yaxşı bombardiri sağ cinahda oynayan Məhəmməd Salahdı. Mən bu fikrimlə Nikolas Ceksonu tənqid etmək istəmirəm. O, komandaya bu yay gəlib və çıxışı məndə xoş təəssürat oyadır”.

Aldo Spinelli, “Livorno”nun sabiq prezidenti: “Dostum Massimilianonun uğura ehtiyacı var. Bu mövsümün sonunda komandadan gedəcək. Səudiyyə Ərəbistanına, Amerikaya və ya tələb olunduğu hansısa ölkəyə üz tutacaq. Bu yay bir neçə təklif almışdı. Amma hazırkı iş yerində qalmağa üstünlük verdi. Özünü növbəti dəfə sübut etməyə çalışacaq. Müasir futbolda hər şey çətinləşib. Yaxın Şərq ölkələrindən gələn təkliflərin bir müddətdən sonra təkrarlanması mümkün deyil. Belə təkliflərlə yalnız İngiltərə klubları rəqabət apara bilər”.

Anxel Di Mariya, “Benfika”nın yarımmüdafiəçisi: “Klub üçün çətin mövsüm oldu. Mövsüm boyunca nə baş verdiyini anlaya bilmədim. Bunu anlamağa və meydana çıxmaq şansı qazanarkən üzərimə düşən işi görməyə çalışdım. Hə, zədələrə görə “Yuventus”da çox da oyun keçirə bilmədim. Rəhbərliklə bir neçə dəfə görüşərkən İtaliyaya gəlməzdən əvvəl klub və baş məşqçi ilə danışdığımız məsələlərin olduğu kimi reallaşmadığını qarşı tərəfə bildirmişdim. Mövsüm ərzində çox hadisə baş verir və belə məqamlarda verilən sözün dəyərdən düşdüyünü anlayırsan...”

Oliver Mintslaff, “Leyptsiq”in idarə heyətinin məsləhətçisi: “Daniel Olmo heç yana getmir. O, bu mövsüm komandanın əsas üzvlərindən biri olacaq”.
Karlo Ançelotti, “Real”ın baş məşqçisi: “Yeni Ançelotti? Müasir futbolda mənə oxşayan bir məşqçi də görmürəm. Mən Qvardiola, De Zerbi və ya Arteta kimi oyuna həddən artıq köklənən məşqçiləri xoşlayıram. Və Bordalas kimi oyunçuları ən yüksək səviyyədə motivə edən həmkarımı da qeyd etməliyəm”.

Paul Braytner, AFR yığmasının sabiq yarımmüdafiəçisi: “Əziz səudiyyəlilər, jestləri və dramatizmi ilə ən böyük aktyorlardan olan Neymarı transfer etdiyiniz üçün sağ olun. Sol cinahdakı çöpşəkilli bakteriya. Bundan sonra onun hərəkətlərinə dözməli olmayacağıq. Onlar (Səudiyyə Ərəbistanında oynayan məşhur futbolçuları nəzərdə tutur – R.Y.) orda çoxlu pulları ilə nə edirlər? Səudiyyəlilər amerikalıların ötən əsrin 70-ci illərində özlərinin oyuncaq liqasında etdiklərini təkrarlamaq istəyirlərsə, futbolçulara görə ağlagəlməz məbləğlər ödəyirlərsə, belə də davam etsinlər”.

Xavi Ernandes, “Barselona”nın baş məşqçisi: “Mənə verdiyiniz sualı cavablamazdan əvvəl İspaniya Kral Futbol Federasiyasındakı vəziyyət haqqında danışmaq istəyirəm. İlk növbədə Cenni Ermoso və digər qadın futbolçularımıza dəstəyimi ifadə edirəm. Eyni zamanda federasiyanın prezidentini (milli komandanın oyunçusu Ermosonun dodaqlarından öpən Luis Rubialesi nəzərdə tutur – R.Y.) hərəkətinə görə qınayıram. Nəhayət, futbol ictimaiyyətində dünya çempionatındakı qələbəmizdən söhbət getmədiyinə görə böyük təəssüf və məyusluq hissimi dilə gətirirəm. Ümid edirəm ki, fikirlərimi aydın və inandırıcı şəkildə ifadə edə bildim”.

Massimo Franki, “Tuttosport” qəzetinin jurnalisti: “Kvaratsxeliya ötən mövsüm “Napoli”nin hücum xəttinin lideri oldu. İndi bu statusa uyğun oynamaq lazımdı. Əlbəttə, oyununda bir qədər geriləmə ola bilər. Necə ki, son mövsümün ikinci yarısında olmuşdu. Amma bu, gənc futbolçu üçün normal sayılır. Xviçanın yeni mövsümdəki çıxışının A seriyasındakı debütü ilə müqayisədə heç də zəif olmayacağını düşünürəm”.

Xuan Laporta, “Barselona”nın prezidenti: “Transfer pəncərəsi” bağlanana qədər yenə oyunçu alacağıq? Bunun üçün birdən artıq imkanımız var”.

Bako Poçoyev, “Roma”nın hücumçusu Sərdar Azmunun tərcüməçisi: “Zenit”in onunla maraqlanması ilə bağlı informasiya vardı, amma iş elə gətirdi ki, “Roma”ya keçəsi oldu. Sergey Semakla işləmək Azmun üçün maraqlı olardı. Bir müddət əvvəl bir komandada işləmişdilər. Ancaq transfer məsələsində “Roma” daha operativ hərəkət etdi. Azmunun İtaliya klubuna transferində şəxsən Joze Mourinyo maraqlı idi. Sərdar da onun rəhbərliyi altında oynamağa razı idi. Don Joze futbolçuya zəng etmiş, onu komandasında görmək istədiyini bildirmişdi”.

Tomas Hitslşperger, Almaniya yığmasının sabiq yarımmüdafiəçisi: “Mən gey oduğumu karyeramı başa vurduğum 2014-cü ildə bəyan etdim. Bunu 2011/12 mövsümündə “Volfsburq”da oynadığım vaxtda da etiraf edə bilərdim. Amma dostum mənim ilk növbədə Almaniyanın bir çox məşhurlarına məsləhət verən bir hüquqşünasla görüşməyimi zəruri saydı. Onun kabinetinə gey olduğumu tezliklə etiraf edəcəyim düşüncəsi ilə daxil olmuşdum. Amma bu sahə üzrə böyük təcrübəyə malik olan həmin şəxs mənə “bunu etmə. Sən bu etiraf üçün lazımi qədər gücə malik deyilsən. Bu, sənin şəxsi həyatındı. Heç kim həyatında baş verən hadisədən xəbər tutmamalıdı. Futbolunu oyna, gey-bara get, amma nəbadə gey olduğunu etiraf edəsən” dedi. Mən onun məsləhətinə qulaq asdım. İndi onun vaxtilə mənə doğru məsləhət verdiyini etiraf etməliyəm”.

Kamal Milner, “İnter Mayami”nin müdafiəçisi: “Məşqdə məşqçilərin təlimatlarını yerinə yetirməkdən çox Messinin hərəkətlərinə baxıram. Yanında onun kimi gözəl şəxsiyyət varsa, öz işinə köklənmək çətin olur”.

Stefano Pyoli, “Milan”ın baş məşqçisi: “Leao ilə hər gün danışıram. Ona istedadının supergüc olduğunu başa salmağa çalışıram. Amma bu supergücünü komanda üçün istifadə etməlidi”.

RAMİL YUSİFOV

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

23-08-2023, 23:0

“Napoli” İFF-ni və Spallettini məhkəməyə verə bilər

Dünya futbolu

5-11-2022, 22:0

Spalletti həmkarlarını arxada qoydu

Dünya futbolu

10-05-2022, 19:0

Spallettinin aqibəti məlum oldu

Dünya futbolu

29-05-2023, 16:0

Prezident Spallettinin aqibətini açıqladı

Aktual
“Difai” 2-ci liqadan çəkiləcək?
"...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
“Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
Son xəbərlər
  • Bu gün, 11:34
    "Şəfa" yayın ilk transferini etdi
  • Bu gün, 11:13
    “Difai” 2-ci liqadan çəkiləcək?
  • Bu gün, 10:52
    Şəhriyar Məmmədyarov qələbə qazandı - “UzChess Cup”
  • Bu gün, 10:31
    “Veqas” final seriyasına qələbə ilə başladı
  • Bu gün, 10:00
    "...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
  • Bu gün, 08:31
    Xaçmazda regional turnir başa çatdı
  • Dünən, 23:42
    La Liqada gözlənilən istefa
  • Dünən, 23:04
    Azərbaycanın İstanbuldakı sabiq konsulu dəstəklədi, Əziz Yıldırım prezident seçildi!
  • Dünən, 22:56
    Milli komandanın kapitanı oldu
  • Dünən, 22:00
    İtaliya paytaxtını tərk etmədi
  • Dünən, 21:01
    Ayxan Abbasov mətbuat önünə çıxacaq
  • Dünən, 20:30
    Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
  • Dünən, 19:56
    Cüdoçumuz Tallindən medalla dönür
  • Dünən, 19:25
    ''Qalatasaray''ın sabiq ulduzu Okan Burukun köməkçisinə çevrilə bilər
  • Dünən, 18:54
    ''Performansımla bu pullara layiq olduğumu göstərdim'' - Uğurcan Çakır üçün mövsümün unudulmaz oyunları hansıdı? 
  • Dünən, 18:19
    Mourinyo TFF-ni məhkəməyə verdi! 
  • Dünən, 17:48
    Argentina - 6, Fransa – 5, İspaniya – 4...
  • Dünən, 17:17
    DÇ-yə ən çox oyunçu göndərən çempionatlar və klublar hansılardı?
  • Dünən, 16:47
    “Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
  • Dünən, 16:16
    Hakan Safidən daha bir möhtəşəm transfer - Çalhanoğlu ''Fənər''ə keçməyə razılıq verdi!
  • Dünən, 15:45
    ''Beşiktaş''ın yeni mövsümə hazırlığa start verəcəyi tarix bəlli oldu
  • Dünən, 15:09
    "Zirə" Tiaqo Silva ilə vidalaşdı
  • Dünən, 14:55
    "Şamaxı" Həbiblə yenidən anlaşdı
  • Dünən, 14:24
    Türkiyə DÇ-yə 4 oyunluq qələbə seriyası ilə yollanır
  • Dünən, 13:53
    Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
  • Dünən, 13:20
    Almaniya klubunda baş məşqçi dəyişdi
  • Dünən, 12:51
    "İndi səhifəni çevirmək və yeni fəsilə başlamaq vaxtıdı" - Dani Bolt
  • Dünən, 12:20
    Millimiz Dünya Kubokunun yarımfinalında
  • Dünən, 11:59
    Almaniyadan İngiltərəyə yollandı
  • Dünən, 11:30
    Milandan Madridə yollanacaq
  • Dünən, 11:00
    “Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
  • Dünən, 10:32
    Almaniya klubu ilə danışıq aparır
  • Dünən, 10:00
    London klubunu tərk etdi
  • 6-06-2026, 23:0
    A seriyasında istefa
  • 6-06-2026, 23:0
    Futbol əfsanəsi vəfat etdi
Daha çox
Oxunub: 711
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 247
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 246
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 153
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə