"Football-plus.az" xəbər verir ki, indiyə qədər FİBA-da vitse-prezident postunu tutan, prezident vəzifəsində isə malili Hamane Nyanqı əvəz edən Əl-Tani belə deyib:
“Bu məsuliyyəti üzərimə götürmək mənim üçün böyük şərəfdi. Mən, Qətər və bizim Asiya qitəsi üçün. İndi bütün qitələrdən olan 212 milli federasiyanın maraqlarını təmsil edirəm. Basketbol qlobal idman növü və ən böyük gücümüzdü. Bu gün mən yalnız bir vəd verə bilərəm: FİBA rəhbərliyi ilə birgə bu qurumun və basketbolun mənafeyi naminə yorulmadan çalışacam”.




