• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Barselona” büdcəyə qənaət yolunda növbəti addımlar atdı

Dünya futbolu

25-08-2023, 18:0

“Barselona” hələ də maliyyə problemləri ilə mübarizə aparır.

“Football-plus.az” xəbər verir ki, avqustda “Barça Vision” studiyasının səhmlərinin 29,5 faizi satıldı ki, İlkay Gündoğanın transferini qeydiyyatdan keçirmək mümkün olsun. Ancaq klub prezidenti Xuan Laporta bununla kifayətlənmədi və yeni qənaət yolları düşündü. Bu məsələdə yeni yanaşma məşhur “La Masiya”nın imtiyazlarının ixtisarıdı.

Uşaqlar daha məşqə taksi ilə yollanmayacaq

Klubun yetirmələrinin bir hissəsi elə internatda yaşayır, məsələn, Qavi yaxınlarda burdan ayrılıb, ancaq uşaqların əksəri akademiyaya Kataloniyanın müxtəlif regionlarından gəlir. Bu üzdən 1998-ci ildən bəri “Barsa” taksi xidmətindən yararlanırdı. Taksinin ən məşhur müştərilərindən biri Sesk Fabreqasdı, hər gün 65 kilometr yol qət edirdi. Bu səfərlər baha başa gəlirdi, valideynlər pul ödəmək istəmirdi, odu ki, klub özü maşın tutmalı oldu.

Bu xidmət düz 25 il davam etdi. Əksər valideynlər məhz səxavətli servisə görə “Barsa”nı seçirdi. Onlar uşaqlarını maşına qoyur və məşqə göndərirdi, uşaqlar evə də taksi ilə qayıdırdı. “Barsa” bunun üçün bütöv bir taksi parkı saxlayırdı: 30-a yaxın maşın və 40 sürücü klubun sərəncamında idi. Bu xidmətdən gənc oyunçuların 80 faizə yaxını yararlanırdı. Baxmayaraq ki, yetərincə bahalı məşğuliyyət idi. Maşınlar, əməkhaqqı, benzinpulu – bütün bunlar hətta Avropa ölçüləri ilə götürəndə də yetərincə bahadı.

İndi isə klub avtobus sisteminə keçir. Klubun avtobusları uşaqları müəyyən nöqtələrdən götürəcək:

• Jirona: Tordera, Mataro və Badalona;
• Vik: Qranolyers, Parets-del-Valdes və Monkada-i-Reyşax;
• Lerida: İqualada və Abrera;
• Tarraqona: Kalafel, Sitjes və Kasteldefels;
• Manresa: Terrasa və Sant-Kuqat.

Əlbəttə, valideynlər yeni qərardan narazıdı. “Diario Sport” uşağını akademiyadan götürməyə qərar verən atalardan birinin fikirlərinə yer ayırıb: “Taksi futbol məktəbi seçimində əsas amillərdən biri idi. Ancaq indi uşaqları avtobusların keçdiyi nöqtələrə çatdırmaqla bağlı problemlə üzləşirik”.

“Barsa” valideynlərdən marşrutları razılaşdırmağı xahiş edib:

“Dəyişiklik nəticəsində yarana biləcək istənilən çətinliyə görə təəssüflənirik. Yeni əməliyyatlara uyğunlaşmaq baxımından tam əməkdaşlığınıza ümid edirik”.

“Barsa”nın təmsilçiləri iddia edir ki, akademiyada təhsil alanlardan heç biri artıq sentyabrın 6-da start götürəcək yeni dərs ili üçün sənədlərini geri götürməyib. Valideynlər qəzəblənsələr də, uşaqları akademiyaya aparıb-gətirməkdə davam edirlər. Bəlkə də onların nəyisə dəyişmək üçün vaxtı olmayıb, axı klub bu məsələni yeni dərs ilinin başlaması ərəfəsində açıqlayıb.

2-ci komanda üçün nahar ləğv olunub

“Relevo”nun yaydığı xəbərə görə, klub ehtiyat komanda üçün yemək hazırlayan kənar şirkətin xidmətindən də imtina edib. Rafael Markesin çalışdırdığı “Barselona Atletik”in oyunçuları əvvəllər məşqdən sonra səhər və ya nahar yeməyi üçün qala bilərdi. Bu məcburi deyildi, ancaq klub oyunçularına belə xidmət göstərirdi.

Ancaq Laporda bu xidməti də ləğv edib. Klubda belə hesab edirlər ki, bütün bunlar əsaslandırılmayan xərclərdi, axı heç də bütün futbolçular qalmırdı. “Relevo” onu da əlavə edir ki, Markes özü səhər məşqindən sonra oyunçulardan evlərinə dağılışmağı xahiş edib ki, növbəti məşğələlər ərəfəsində yaxşıca dincəlsinlər. “Barsa”nın 2-ci komandasının futbolçuları kluba müqavilə ilə bağlı olan və normal əməkhaqqı alan peşəkarlardı. Onlar bazaya məşqlərə, taktiki məşğələlərə və başqa klub tədbirlərinə qatılmaq üçün baş çəkirlər. Odu ki, naharın təxirə salınmasına tənqid etməyə adamın əli gəlmir. Bunu uzaqbaşı xərclərin optimallaşması kimi qiymətləndirmək olar.
Doğrudanmı, klubun maliyyə durumu belə çətindi?

Hər halda, belə görünür. Xüsusən də La Liqanın məhdudiyyətləri kluba mane olur. “Barça Vision”un səhmlərinin 120 milyona satılmasına, Usman Dembelenin PSJ-yə 50 milyon avroya transfer olunmasına baxmayaraq, “Barsa” hələ də İnyiqo Martineslə Markos Alonsonu qeydiyyatdan keçirə bilməyib. Səhmlərin satışına görə nəzərdə tutulan pulun hələ ki yalnız yarısı ödənilib, Dembelenin satışı isə kluba hardasa 30 milyon qazandıracaq ki, La Liqa da bu məbləğin yalnız 10-12 milyonunu yeni transferlərə xərcləməyə icazə verəcək. İnyaki Penya ilə Kleman Lanqle iştirak ərizəsindən kənarda qalıb, fransalını satmaq istəyirlər. Xavi hələ ki olanlara görə panikaya düşmür: “Bu yayın hansı ssenari üzrə keçəcəyini əvvəldən bilirdik. Hər şey normal olacaq”.
Baş məşqçi belə desə də, heç də hər şey onun xoşuna gəlmir. Məsələn, Laporta Markos Alonsonun satılmasında israr edir, Xavi isə bunun əleyhinədi. Baş məşqçinin fikrincə, Markos Ronald Arauxonu əvəz edə bilər, sadəcə, onun qeydiyyatdan keçməsi əməkhaqqı fonduna 9 milyona başa gələcək. Alonso özü də qalmağı arzulayır. “Barsa” isə Joao Kanselonun baha keçidi ərəfəsində belə riskə getmək istəmir. Bu transfer, demək olar ki, “Mançester Siti” ilə razılaşdırılıb.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

22-08-2022, 14:0

"Barselona" yeni transferini qeydiyyatdan keçirə bilmir

Dünya futbolu

21-11-2022, 14:0

“Barselona” qışda kimi transfer edəcək?

Dünya futbolu

13-09-2022, 13:0

Qavi hə, Buskets isə yox

Aktual
Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
“Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
"Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
“Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Son xəbərlər
  • Bu gün, 20:00
    DÇ-də 64 komandanın oynayacağı gözlənilir
  • Bu gün, 19:29
    Petkoviç postunda qaldı - DÇ-nin ETİMADI
  • Bu gün, 19:03
    Mane beynəlxalq karyerasını başa vurdu - DÇ-nin AYRILIĞI
  • Bu gün, 18:40
    Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
  • Bu gün, 18:09
    Zidanın təyinatı zaman məsələsidi
  • Bu gün, 17:38
    "Azərlotereya" şirkəti ilə ilkin danışıqlarımız olub" - Elgiz Abbasov
  • Bu gün, 17:25
    “Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
  • Bu gün, 17:00
    Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
  • Bu gün, 16:35
    Hamıdan yaxşı o oldu
  • Bu gün, 16:04
    Baş məşqçi kimi yığmaya qayıtdı - DÇ-nin İSTEFASI
  • Bu gün, 15:34
    "Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
  • Bu gün, 15:22
    Premyer-liqada yeni mövsümün püşkü atıldı
  • Bu gün, 14:36
    Gözlənilən təyinat rəsmən açıqlandı - DÇ-nin TƏYİNATI
  • Bu gün, 14:14
    "Sabah" - KuPS matçını polşalı hakim idarə edəcək
  • Bu gün, 13:49
    “Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
  • Bu gün, 13:23
    “Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
  • Bu gün, 12:54
    “Oley Oley” kampaniyasında ilk avtomobilin sahibi bəlli oldu
  • Bu gün, 12:36
    Millimiz Bakıda yoldaşlıq görüşü keçirəcək - rəqib bəllidi
  • Bu gün, 12:08
    ''Yeni mövsüm böyük bir meydan oxumaq olacaq'' - Ake ''Fənərbaxça''da ilk günlərin təəssüratını bölüşdü
  • Bu gün, 11:35
    Tiav vəzifəsindən azad olundu - DÇ-nin İSTEFASI
  • Bu gün, 11:00
    Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
  • Bu gün, 10:33
    Mövsümün əvvəlini buraxa bilər - DÇ-nin EHTİMALI
  • Bu gün, 10:12
    UEFA reytinqində liderik!
  • Bu gün, 09:51
    "İnanıram ki, növbəti matça daha yaxşı formada çıxacağıq" - Qurban Qurbanov
  • Bu gün, 09:30
    "Potensial rəqiblər sırasında qarşılaşmaq istəmədiyim iki komandadan biri "Torpedo" idi"
  • Bu gün, 09:09
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bəllidi
  • Bu gün, 01:50
    "Sabah", "Zirə" və "Qarabağ" avrokubokların 2-ci təsnifat mərhələsində! - YENİLƏNİB
  • Bu gün, 00:30
    "Qarabağ" "Vestri"ni keçsə, Sofiya klubu ilə qarşılaşacaq
  • Bu gün, 00:08
    Nəhənglərin ulduzları əldən çıxa bilər - onlardan biri qalmaq, digəri ayrılmaq istəyir
  • Dünən, 23:30
    Vembanyama 252 milyon dollarlıq müqavilə bağladı!
  • Dünən, 23:01
    "Vestri" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 21:51
    “Qarabağ”ın səfər oyunu göstəriləcək!
  • Dünən, 21:06
    6 milyon avroluq KuPS... - ötən il tarix yazan finlər “Sabah”a qarşı
  • Dünən, 20:45
    AFFA-da qadın liqalarının klub nümayəndələri ilə görüş keçirildi
  • Dünən, 20:23
    “Qalatasaray” bu yayın ilk transferini reallaşdırdı
Daha çox
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 235
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 225
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 154
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə