Bakıda seleksiya xarakterli təlim-məşq toplanışı keçirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununu keçirib.
"Football-plus.az" xəbər verir ki, 1-ci liqa təmsilçisi MOİK-lə qarşılaşan millimiz 2:1 hesablı qələbə qazanıb. U-19-un qollarını İbrahim İbrahimli və Uğur Səfərov vurub. Yığmamız növbəti oyununu sabah “İmişli” komandasına qarşı keçirəcək.